Britaniya taxt-tacının varislərindən biri olan şahzadə Harrinin qalmaqallı müsahibəsi " />

Britaniyanın kral ailəsini taxt-tac cəlb etmir

Britaniya taxt-tacının varislərindən biri olan şahzadə Harrinin qalmaqallı müsahibəsi

Britaniya taxt-tacının birbaşa varisi olan şahzadə Çarlzın kiçik oğlu şahzadə Harri Amerikanın Newsweek jurnalına qalmaqallı müsahibə verib.

Müsahibədə o kral ailəsində heç kimin kraliça İkinci Yelizavetanın yerini tutmaq arzusunda olmadığını bildirib. Hazırda 92 yaşında olan Yelizaveta taxt-taca 65 il öncə sahib olub. “Ancaq biz vaxtı çatanda üzərimizə düşən öhdəlikləri yerinə yetirəcəyik”, –  deyə taxt-taca yiyələnməyə sırada 5-ci namizəd olan şahzadə Harri bildirib.

Başqa suallardan əlavə şahzadə Harri anası ledi Diana ilə münasibətləri haqqında da sualları cavablandırıb. Onun sözlərinə görə, anası onun və qardaşının adi insanların həyatı ilə tanış olması üçün çox şey edib. “Mən hökmdar olsam da, –  şahzadə deyib, – alış-veriş üçün supermarketə özüm gedəcəm”.

O, həmçinin uşaqlığının ən sarsıdıcı xatirəsi ilə də bölüşüb. Bu, 1997-ci ildə Parisdə avtomobil qəzasında 36 yaşında həlak olan anasının başqa qohumlarla birlikdə tabutunun arxasınca London küçələrindən keçməli olduğu gün idi.


More on JAMnews