Niyə Kosovonun futbol yığması ola bilər, Abxaziyanın isə yox?" />

İnal Xaşiq, Suxum

Niyə Kosovonun futbol yığması ola bilər, Abxaziyanın isə yox?

Ötən çərşənbə axşamı olacaq oldu. Budapeştdə keçən UEFA Konqresi Kosovonun Futbol İttifaqını öz təşkilatının tərkibinə qəbul etdi.

Kosovalılar öz məsələlərini çətinliklə həll etsələr də – UEFA üzvlərinin demək olar ki, yarısı özlərini öz müqəddəratını təyin edən ərazidən olan futbolçularla yanaşı görmək istəmədilər (28 “lehinə, 24 “əleyhinə və daha iki assosiasiya səsvermə zamanı bitərəf qaldı) – bununla belə, Kosovonun üzvlüyü ilə bağlı qızğın müzakirələri bu ölkə yığması özünün yeni statusda ilk rəsmi oyununu oynayandan da əvvəl unudacaqlar.

Praqmatik futbolun tərəfdarlarının dediyi kimi, “oyun unudulacaq, nəticə isə qalacaq.

Mən özümü tablodakı rəqəmlərin praqmatik müşahidəçisindən daha çox incəsənət sevər hesab etsəm də, Kosovo ilə bağlı məsələdə məni məhz nəticə maraqlandırır. Çünki Budapeştdə bütün baş verənlərin UEFA və ona can atanlar üçün kifayət qədər tutarlı tərifi var – “presedent yaranıb.

Başqalarının əvəzinə deyə bilmərəm, onların özü deyər yəqin ki, amma mənim bir abxaz kimi bu presedent qəlbimi qızdırdı və abxaz futboluna işıq ucu göstərdi və bu faktdır.

Niyə Kosovoya olar, Abxaziyaya isə yox? Bu sual indi həmişə UEFA qarşısında qoyulacaq.

Əvvəllər idman və o cümlədən də özünün siyasətdən kənar olması ilə öyünən futbol hər hansı formada müxtəlif siyasi xarakterli maneələr törədirdi. Elə həmin UEFA-nın nizamnaməsində bu təşkilatda üzvlüyün şərtləri ilə bağlı olan bəndi məhz bununla izah etmək olar:

“UEFA-da üzvlük Avropa qitəsində yerləşən, Birləşmiş Millətlər Təşkilatı tərəfindən müstəqil dövlət kimi tanınan və öz ölkələri ərazisində futbolla bağlı məsələlərin təşkili və implementasiyasına cavabdeh olan milli futbol assosiasiyaları üçün açıqdır.

Şotlandiya, Şimali İrlandiya və Uels futbol federasiyalarını bir kənara qoyaq. Onları ən populyar oyunun baniləri kimi təbii ki, qaydalardan kənar etdilər.

İsveçrəni də xatırlamayaq, baxmayaraq ki, ölkə BMT-yə ancaq 2002-ci ildə daxil olub, klublar və yığma isə beynəlxalq eqida altında artıq on illərlə oynayır. Axı bu ölkədə dünya liderlərinin pulları saxlanır, həm də UEFA və FİFA-nın mənzil qərargahları yerləşir.

Kosovo isə axı BMT-yə daxil deyil. Bu ölkə yenə də dünya liderlərinin etimad doğuran bank sisteminə malik deyil. Kosovo ərazisində hətta ən axırıncı beynəlxalq idman təşkilatlarının heç olmasa bir mənzil qərargahı da yoxdur və çətin ki, yaxın zamanlarda olsun (baxmayaraq ki, yerli daşınmaz əmlakın qiyməti darıxdırıcı, amma həddən artıq bahalı İsveçrədə olduğundan dəfələrlə ucuzdur). Və nəhayət, kosovalıların futbol tarixinə töhfələri barədə mən ümumiyyətlə danışmıram, çünki kosovalıların özləri də bu haqda danışmırlar.

Bununla belə, kosovalılar futbolu çox sevir və istəyirlər ki, onların futbolçuları nə düşmən Serbiyanın yığmasında, nə də qohum Albaniyanın tərəfində deyil, məhz öz vahidliyi uğrunda mübarizədə böyük əzablar bahasına əldə edilən Kosovo ölkəsinin bayrağı altında çıxış etsinlər.

Xülasə, Abxaziya Futbol Federasiyasının şansı yaranıb.

 

Manşetdəki foto Kosovo info informasiya saytındandır

Məqalədə yer alan fikirlər müəllifin terminologiyası və baxışlarını ifadə edir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.

Dərc edilib: 10.05.2016


More on JAMnews