Hazırda Konstitusiya layihəsinin məzmunu nədən ibarətdir? Xülasə " />

Gürcüstanın yeni Konstitusiyasının detalları dəqiqləşir

Hazırda Konstitusiya layihəsinin məzmunu nədən ibarətdir? Xülasə

Gürcüstanın yeni Konstitusiyası üzərində aparılan iş qalmaqallı hal alır. Aprelin 10-da Konstitusiya Komissiyasının işləyib hazırladığı dəyişikliklər layihəsi açıqlanıb, amma komissiyanın bütün üzvləri onu dəstəkləməyib. İstisna deyil ki, müxalifət və qeyri-hökumət təşkilatlarının nümayəndələri Konstitusiya Komissiyasını tərk edəcək, çünki onların sözlərinə görə, təkliflərinin yer almadığı sənədə görə məsuliyyət daşımaq istəmirlər. Hakimiyyət onların tənqidi qeydlərini nəzərə almır.

Aprelin 10-da dərc olunan layihə hələ ki, son variant deyil. Aprelin sonuna qədər ona dəyişikliklər etmək mümkündür. Məhz ayın sonunda yekun sənəd hazır olmalıdır. Bundan sonra o, parlamentin müzakirəsinə veriləcək.

Qısaca olaraq Konstitusiya layihəsində hazırda nələrin əks olunduğu haqda:

– Prezident ümumxalq səsverməsi yolu ilə seçilməyəcək. 2003-cü ildən etibarən prezident 300 deleqat tərəfindən seçiləcək. Onlardan 150-i parlamenti təmsil edəcək; Abxaziya və Acariya Muxtar Respublikalarının Ali Şuralarınının hər birini 13 nəfər; qalan 124 nəfər isə Tbilisi və Gürcüstanın bütün regionlarının yerli özünüidarəetmə orqanlarının nümayəndələrindən ibarət olacaq.

– Prezidentliyə namizədlərin yaş senzi 35-dən 40 yaşa, prezidentlik müddəti isə 5 ildən 15 ilə qaldırılacaq.

– Təhlükəsizlik və müdafiə ilə bağlı məsələlər prezident səlahiyyətlərindən çıxarılır, prezident yanında fəaliyyət göstərən Təhlükəsizlik Şurası ləğv edilir. Yalnız müharibə halında prezidentin rəhbərliyi altında Milli Müdafiə Şurası toplaşacaq.

– Prezident beynəlxalq münasibətlərlə bağlı məsələlərdə ölkənin ali nümayəndəsi olmayacaq.

– Prezident Gürcüstanın hakimliyə və Ali Məhkəmə sədrliyinə namizədləri təqdim etmək səlahiyyətindən məhrum ediləcək.  Prezidentin əvəzinə bunu Ali Hüquq Şurası edəcək.

– Hazırkı majoritar-proporsional seçki sistemi dəyişəcək. Seçkilər yalnız proporsional sistemlə keçiriləcək, hərçənd deputat mandatlarının paylaşdırılması məsələsi açıq olaraq qalır.

– Parlamentə 5 faizlik keçid baryeri isə olduğu kimi qalır.

– Parlament Kutaisidə qalacaq.

– Vergilərin tətbiqi və ya artırılması üçün referendum keçirmək lazım gələcək.

– Nikah anlayışı Konstitusiyada təsbit ediləcək.

– Konstitusiya başqa dövlətlərin vətəndaşlarının torpaq satın alması  məsələsini nizamlamayacaq (bu nizamlama müzakirə olunurdu, amma layihənin bu variantına daxil edilməyib).

“Gürcü arzusu” necə Konstitusiya istəyir?


More on JAMnews