Gürcüstanda dronlardan istifadəni məhdüdlaşdırıblar. Amma "Azadlıq Radiosu" demək olar ki, bütün ölkə üzərində uçmağa macal tapıb" />

“Gürcüstan – göylərdən görünüş” – bir fotoqrafın missiyası

Gürcüstanda dronlardan istifadəni məhdüdlaşdırıblar. Amma "Azadlıq Radiosu" demək olar ki, bütün ölkə üzərində uçmağa macal tapıb

Sentyabrın 1-dən Gürcüstanda “Pilotsuz uçuş aparatları və uçuşların qeydiyyatı, həm də pilotsuz uçuş aparatları və pilotsuz uçuş sistemlərinin istismarı, istifadəsi və məhdudlaşdırılması qaydası” qüvvəyə minib.

Sentyabrın 1-dən etibarən pilotsuz uçuş aparatının maksimal icazə olunan hündürlüyü yer səthindən 400 fut və ya 122 metr, maksimal icazə olunan sürəti isə saatda 160 kilometr təşkil edəcək.

Ölkənin İqtisadiyyat Nazirliyinin Mülki Aviasiya Agentliyinin xüsusi icazəsi olmadan çəkisi 25 kilometrə qədər olan uçuş aparatını saatda maksimum 54 kilometr sürəti ilə istifadə etmək olar. Bu zaman aparat insanlar qrupundan, dəmir və avtomobil yolundan, binalardan üfüqi xətt üzrə 50 metr, aerodromdan isə üfüqi xətt üzrə 6 kilometr aralıda yerləşə bilər. Bununla yanaşı, qaydalarda həm də qeyd edilir ki, insanları dronlarla danışmaq, həm də pilotsuz uçuş aparatlarını bir uzaqdan idarəetmə stansiyasından idarə etmək qadağandır.

Yeni qaydalar qüvvəyə minənə qədər Azadlıq radiosu demək olar ki, bütün Gürcüstanın üzərindən uçdu. Görün, nə alındı:

Dronlar fotoqrafiya dünyasını dəyişdilər, 2013-cü ildə bu qurğular dünya bazarına çıxdı və havadan nisbətən ucuz və təhlükəsiz çəkilişin mümkünlüyünü göstərdi. Düzdür, eyni zamanda da şəxsi azadlıq təhlükəsinə təhdid də yarandı, yeni qanunlar isə onların istifadəsi şərtlərini məhdudlaşdırdılar. Gürcüstan “azad” səması olan son ölkələrdən biriydi, amma sentyabrın 1-dən etibarən burada da dronların istifadəsinə qanunvericiliklə sərt məhdudiyyətlər qoyuldu.

Dəyişikliklərdən xəbər tutan kimi, dronlardan foto çəkməyin pionerlərindən biri olan Eymos Çepl kvadrokopterin son modeli ilə “silahlanaraq”, Gürcüstana gəlir ki, yeni qanunlar qüvvəyə minənə qədər son dəfə Gürcüstanın dağlarını, düzənliklərini və şəhərlərini quş uçuşu səviyyəsindən çəkə bilsin.

Tuşeti

42 ° 22N 45 ° 38E

Qədim gözətçi qüllələri Tuşeti Milli Parkında, Rusiyanın Dağıstan və Çeçenistan regionları ilə sərhəddə yerləşən Omaro kəndində görünür.

Xevsureti

42 ° 36N 45 ° 12E

Çeçenistanla sərhəddə, ülgücün ucu kimi iti olan dağın zirvəsində Çeçenistanla sərhəddə ucalan Mutso qala məskənində istehkamların xarabalıqları.

Msxeta-Mtianeti

42 ° 33N 45 ° 04E

Qafqaz dağlarında daşdan müşahidə qalası Şatili kəndi yaxınlığında Datviscvari aşırımına açılan mənzərə ilə.

Samtsxe-Cavaxeti

41 ° 37N 43 ° 42E

Tbilisi yaxınlığında yerləşən və batan günəşin şüaları altında Toskananı xatırladan Şavnabada monastırı.

Kaxeti

41 ° 52N 44 ° 40E

Qremi kilsəsi və yaxınlıqda yerləşən qala səhər günəşinin şüaları altında üzümlüyün fonunda.

Samtsxe-Cavaxeti

41 ° 42N 43 ° 30E

Tsixisdziri yaxınlığında, Qədim Baraleti kilsəsinin qübbəsində yuva salan hacıleylək.

İmereti, Katsxis Sveti

42 ° 17N 43 ° 12E

Katsxis Svetidə son 24 il ərzində yaşlı gürcü keşişi “Tanrıya yaxın olmaq üçün” yaşayır. Keşiş aşağıda yerləşən monastıra gələn könüllülərin gətirdiyi ərzaqlarla qidalanır.

Kartli, Uplissixe

41 ° 58N 44 ° 12E

Uplissixe Şida Kartlidə tərk edilmiş qala şəhəridir. Uplissixe Gürcüstan ərazisində ən qədim yaşayış məskəni sayılır.

Msxeta-Mtianeti, Cvari monastırı

41 ° 50N 44 ° 44E

Cvari monastırı günəşin ilk şüaları altında parlayır. Ətəyində Mtkvari və Araqvi çaylarının birləşdiyi dağın başında yerləşir. Fonunda – Gürcüstanın qədim paytaxtı olan Msxeta.

Kartli 

41 ° 57N 44 ° 09E

Çobanlar dar cığırlarla qoyun sürüsünü kəndə qovurlar. Qori şəhərinin ətrafında çəkilib.

Tbilisi

41 ° 41N 44 ° 48E

“Kartlis deda” (“Ana Gürcüstan”) – paytaxtın üzərindən ucalan monument qeyri-rəsmi olaraq “Ana Gürcüstan” adlanır.

Batumi

41 ° 38N 41 ° 40E

Batumi Abxaziyadakı separatist müharibəsindən sonra müasir memarlıq, kazino, çimərliklərin sayəsində Gürcüstanın aparıcı turizm mərkəzinə çevrilib. Özü də burada dəniz və çimərliklər o qədər də abadlaşdırılmış və qəşəng olmayıb.

Kutaisi

42 ° 15N 42 ° 42E

Gürcüstanın üçüncü ən böyük şəhəri olan Kutaisi səhər dumanında.

Axaltsixe  

41 ° 38N 42 ° 58E

Axaltsixe şəhərinin çoxsaylı mədəniyyət abidələrinin üzərindən ucalan Rabat qalası. Burada, bir-birinin iki addımlığında sinaqoqa, kilsə və məscid yerləşir.  

Çiatura

42 ° 17N 43 ° 17E

Başıbəlalı Çiatura şəhərində yerləşən bu yerin ətrafında marqanes hasil edilir. Yerli zavod bu nadir mineralı emal edir və xaricə göndərmək üçün hazırlayır.  

Facebook Comments

More on JAMnews