Dəyişikliklər paketi qadına qarşı və ailədaxili zorakılıqla bağlı olacaq" />

Gürcüstanda qadın sünnəti cinayət məsuliyyətinə səbəb olacaq

Dəyişikliklər paketi qadına qarşı və ailədaxili zorakılıqla bağlı olacaq

Qadınlara qarşı və ailədaxili zorakılıqla bağlı qanunvericilik dəyişikliyi paketinə 20-ə yaxın qanun layihəsi daxildir. Bu gün hökumətin təsdiqlədiyi qanun layihələri arasında Cinayət Məcəlləsinə qadın sünnəti ilə bağlı cinayət məsuliyyətini nəzərdə tutan 1332-ci maddənin əlavə edilməsi də var.

Layihəyə əsasən, qadın sünnəti, həmçinin dini, etnik və ya digər ənənələrin təsiri ilə bu ayinin həyata keçirilməsi məqsədilə qadına təzyiq göstərilməsi cinayət məcəlləsi ilə cəzalandırılacaq. Eyni hərəkət hamilə, azyaşlı və ya fiziki imkanları məhdud qadına qarşı edilərsə, bu, ağırlaşdırıcı vəziyyət hesab olunacaq.

Gürcüstanda qadın sünnətinin geniş yayılması haqda geniş ictimaiyyət ötən ilin noyabr ayında xəbər tutdu. Müharibə və Sülh İcmalları İnstitutu (IWPR) Şərqi Gürcüstanın Kaxeti regionundakı üç kənddə – Tivi, Saruso və Çantliskuri məskunlaşmış etnik avarlar arasında qızların sünnətinin geniş yayıldığı haqda jurnalist araşdırması dərc etmişdi. 20 ildən çox bir müddətdə ev şəraitində qızları sünnət edirlərmiş.


More on JAMnews