Kilsəyə ildə 9,5 milyon dollar ayrılması məsələsini ilk dəfə Respublikaçılar Partiyası qaldırıb" />

Gürcüstanda kilsənin dövlət büdcəsindən maliyyələşməsini dayandırmağa çağırıblar

Kilsəyə ildə 9,5 milyon dollar ayrılması məsələsini ilk dəfə Respublikaçılar Partiyası qaldırıb

Bu gün Gürcüstanın müxalif Respublikaçılar Partiyasının liderləri gürcü pravoslav kilsəsi patriarxlığının büdcədən maliyyələşdirilməsini, həmçinin dövlət və kilsənin bir-birinin işinə qarışmasını dayandırmağa çağırıblar.

2002-ci ildə dövlət və Gürcüstanın pravoslav kilsəsi arasında Konkordat bağlandığı zaman patriarxlıq dövlətdən 200 milyon laridən çox (indiki məzənnə ilə 76 milyon dollara yaxın) vəsait aldı. Formal olaraq bu vəsait SSRİ dövründə dəymiş ziyana görə kompensasiya idi. Patriarxlıq ayrılmış vəsaitin xərclənməsinə dair hesabat verməyə borclu deyil. Bu prosesə hər hansı bir dövlət orqanı tərəfindən də nəzarət edilmir.

Hələ Şevarnadze hakimiyyəti dövründə başlanmış kilsənin maliyyələşdirilməsi təcrübəsini 2003-cü ildən etibarən Mixail Saakaşvilinin başlığı altında yeni hakimiyyət, daha sonra 2012-ci ildən isə “Gürcü arzusu” hökuməti də davam etdirdi. Bu mövzunun açıq müzakirəsindən həm hakimiyyət nümayəndələri, həm də müxalif siyasətçilər çəkinirdilər, indiyə qədər heç bir siyasi partiya patriarxlığın büdcədən maliyyələşdirilməsinin dayandırılması məsələsini qaldırmamışdı.

“Niyə Gürcüstan əhalisi belə bir kompensasiyanı ödəməyə borcludur? Bəlkə hakimiyyət nümayəndələrindən və ya din xadimlərindən kimsə bunu izah edə bilər?” – Respublikaçılar Partiyasının siyasi katibi Tamar Kordzaya mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu təcrübə ilə patriarxlıqda da razı deyillər, saxlanmış protoierey Georgi Mamaladzenin məktubunda da bu haqda deyilir.

Patriarxlığın əmlak idarəetməsi xidmətinin rəhbəri Georgi Mamaladzenin mediaya düşmüş məktubuna əsasən, o, patriarx İkinci İliaya patriarxlıq strukturlarında baş verən maliyyə pozuntuları haqda məlumat vermək istəyib.

Georgi Mamaladze ata Tbilisi aeroportunda fevralın 10-da “yüksək ranqlı din xadiminə” qarşı sui-qəsd ittihamı ilə saxlanıb. İstintaq təfərrüatları açıqlamayıb, amma mediaya düşən xəbərə görə, saxlanılan din xadimi patriarxa sui-qəsd etməkdə günahlandırılır. Mamaladze isə özünü günahkar bilmir.

Mamaladze saxlanılandan sonra patriarxlıqda digər ruhanilər də maliyyə pozuntuları haqda danışmağa başlayıb.


More on JAMnews