Keçmiş hərbi baza və onun çıxarılmasından 11 il sonra bir vaxtlar bu baza ilə bağlı olan insanların həyatı haqqında JAMnews-un fotoreportajı " />

Gürcüstanda Axalkalaki şəhəri: Rusiya bazasından sonra həyat

Keçmiş hərbi baza və onun çıxarılmasından 11 il sonra bir vaxtlar bu baza ilə bağlı olan insanların həyatı haqqında JAMnews-un fotoreportajı

Rusiya (əvvəllər isə SSRİ) Silahlı Qüvvələrinin 62-ci hərbi bazası Gürcüstanın Axalkalaki şəhərindən 2007-ci ilin noyabrında çıxarılıb. Axalkalaki əhalisi etnik ermənilərdir. İki minə yaxın yerli Rusiya bazasında ya xidmət edir, ya da işləyirdi. Hələ 2005-ci ildə bazanın çıxarılması barədə razılaşma əldə olunanda Gürcüstan prezidenti Mixail Saakaşvili bildirdi ki, Gürcüstan hakimiyyəti yerli əhalinin işə düzəlməsi məsələsində kömək edəcək. O cümlədən elə həmin yerdə Gürcüstan hərbi bazasının açılması planları nəzərdən keçirilirdi.   

Amma Saakaşvilinin prezidentliyi dövründə baza elə də açılmadı. Bu planın realizəsinə 2014-cü ildə artıq yeni hakimiyyət başladı.

Keçmiş bazanın girişində banner burada Gürcüstan silahlı qüvvələrinin tədris mərkəzinin açılması barədə məlumat verir. Foto: Aqunik Ayvazyan, JAMnews

Müdafiə naziri İrakli Alasaniya hətta İlkin Hərbi Hazırlıq Mərkəzinin təməlinə kapsula qoyub. O vəd edib ki, bu mərkəz şəhər sakinləri üçün iş yerləri, yerli kəndlilər üçün isə satış bazarı yaradacaq.

Hakimiyyətin planına görə, 2019-cu ildən gürcü əsgərləri Axalkalakidə hazırlıq keçməlidir. Amma bu günə qədər burada tikinti işlərinin ancaq kiçik bir hissəsi başa çatdırılıb. Burada obyekti mühafizə edən cəmi 22 gürcü hərbçisi var. İkisi bizi keçmiş Rusiya bazasının ərazisində müşayiət edirdi. Amma tikilən obyektləri tikməyə qəti qadağan etdilər.  

Hərbi şəhərdə evlər özəlləşdirilib, amma mənzillərin cəmi üçdə bir hissəsində yaşayış var – qalan evlərin sahibləri köçüb. Şəhərcik və baza ərazisində xarabalıq hökm sürür – bir çox bina dağılıb, qalanları dağılır.

Keçmiş hərbi şəhərcikdə əksər evlər boşdur. Foto: Aqunik Ayvazyan, JAMnews

Seyran Amazaryanın 37 yaşı var. İxtisasca hüquqşünasdır, ali məktəbi Moskvada bitirib. O, Hərbi şəhərcikdə böyüyüb. Axalkalaki bələdiyyəsində işləyir. Onun qardaşı ailəsi ilə birlikdə Rusiyaya köçüb, hər dəfə də Seyranı ora çağırır. O da “axırıncı mogikan” kimi burada ailə qurub və boşalan şəhəri tərk etmək istəmir.  

Seyran Amazaryan. Foto: Aqunik Ayvazyan, JAMnews

– Şəhərcikdə bağçaya, məktəbə getmişəm. Əlaydı, bu təmiz başqa dünyaydı. Şəhərcikdə böyüyən uşaqlar daha inkişaf edirdi, digərlərindən (şəhərdə) fərqlənirdilər. Məktəbi bitirəndən sonra Rusiyada heç bir problemsiz ali təhsil almışam, çünki bünövrə artıq varıydı, bircə yaxşı oxumaq qalırdı.

– İndi artıq bütün bu dünyanın yoxluğuna alışmışıq, razılaşmışdıq necəsə. Atam tibb anbarının rəisidir. Övladlarım üçün atamın mənə elədiyinin yarısını edə bilsəm bu, möcüzə olar. Sinif yoldaşlarımla internet vasitəsilə əlaqə saxlayıram,  darıxıram onlar üçün. Onlar əsasən məktəbimizin vəziyyəti ilə maraqlanırlar. Hardadı bu məktəb? Yoxdur artıq, izi-tozu da qalmayıb…

– Əvvəl çətiniydi mənə, elə bir hiss varıydı ki, elə bil nəyimisə kəsiblər. İndi uyğunlaşmışıq. Çoxları Rusiya vətəndaşlığı və sertifikatlar (mənzil üçün) alıb, getməyə məcbur oldular. Rusiyanın hansısa şəhərlərində mənzillər aldılar, uyğunlaşdılar və qaldılar. Çoxları qayıtmadı. Heç kim yaxşı həyatdan getmir.   

– İndi də təlim mərkəzi tikirlər, düşünürəm ki, bu, pis deyil, heç olmasa mülki işçilər işlə təmin olunacaq. Az da olsa canlanma yaranacaq, mağazalar işləməyə başlayacaq, 200-300 adam gətirsələr, şəhərcik “nəfəs almağa” başlayacaq.  

Hərbi şəhərcikdə bu evin ikinci mərtəbəsində Seyran Amazaryanın uşaqlığı keçib. Foto: Aqunik Ayvazyan, JAMnews

 

78 yaşlı Qoar soyadının açıqlanmamasını və ancaq divardakı fotolarının çəkilməsini istəyir: “Baxın, gəncliyimdə necə gözəl olmuşam… Qoy, insanlar divardakı şəklimdən məni tanısınlar”.  

Qoar və nəvəsinin mənzilin divarından asılmış fotoları. Foto: Aqunik Ayvazyan, JAMnews

– Bazanın vaxtında hamımız işləyirdik, hər şey yaxşıydı. Çamaşırxana anbarının rəisiydim, pensiyaya çıxdım. İki il sonra mədəmdə problemlərim yarandı, bazanın nəzdində xəstəxanada əməliyyat olundum. Həkimlər də varıydı, xəstəxanada da, hər şey varıydı. İndi isə şəhərə getməyə məcburam, taksiyə üç lari  (1,2 dollar) ödəyirəm. Bu cür həyatdan xoşum gəlmir, amma nə edə bilərəm ki? Rusiya bazasının vaxtlarında səhər saat yeddidən küçələrdə həyat qaynayırdı, adamlar işə tələsirdi. Hər yer çox təmiziydi. Hərbçilər təmizliyə riayət edirdi, hər səhər əsgərlər buraları süpürür, təmizləyirdi, indi bəs? Zibilin üstünnən gəzirik.  

– 30 il işləmişəm, 30 il də putyovka ilə istirahət etmişəm. Ruslar istirahətə öz vətənlərinə gedir, bizdə işləyən qadınlar isə sanatoriyada dincəlməkdən çəkinir, putyovkalarını mənə verirdilər, mən də gedirdim. Müxtəlif şəhərlərdə dincəlirdim, həyatım da yaxşıydı. İndi isə heç kimin yadına düşmürəm. 60 lari (25 dollara yaxın) müavinət verirlər, az qala gündə beş dəfə gəlib, yoxlayırlar. Bu gün kəsirlər, sabah verirlər. Dəhşətdir.    

Keçmiş hərbi şəhərcik ərazisində yaşayış evi. Foto: Aqunik Ayvazyan, JAMnews

СеTirun Kurqinyanın altı nəfərdən ibarət ailəsi sertifikatla Rusiyadan mənzil alıb, amma şəhərcikdə yaşamağa davam edir. Getmişdilər, amma uyğunlaşa bilmədilər və geri qayıtdılar.

Tirun Kurqinyan nəvəsi ilə. Foto: Aqunik Ayvazyan, JAMnews

– Yoldaşım hərbçi, praporşik olub. Mən də hospitalda kiçik tibb bacısı işləmişəm. Normal maaş alırdım, uşaqlar balacaydı. İndi oğlum böyükdür, indi də işləyirik, amma yenə də güclə dolanırıq. Pul çatmır, çünki hamımızın bankla problemlərimiz var. Kosmetika satıram. Yoldaşım Rusiyadan pensiya alır.

– Bazanı çıxaranda deyirdilər, söz verirdilər ki, yaxşı olacaq, amma artıq on bir il keçib, hər şey daha da pisləşib. İş yerləri yoxdur, işləyə bilərəm və işləmək istəyirəm (tibb  bacısı), amma əvvəlki xəstəxana artıq yoxdur. Oğlum Rusiyaya işləməyə gedir, bununla da dolanırıq.

Hərbi şəhərcikdə yeni idman meydançasında uşaqlar. Foto: Aqunik Ayvazyan, JAMnews

Axalkalakinin hərbi şəhərciyində keçmiş Zabitlər evinin kimsəsiz binası. Foto: Aqunik Ayvazyan, JAMnews 

Rusiyanın dövlət simvolikası Zabitlər evinin kimsəsiz binasının üstündə hələ də qalır. Foto: Aqunik Ayvazyan, JAMnews

Zabitlər evinin kimsəsiz binasında akt zalı. Foto: Aqunik Ayvazyan, JAMnews 

Zabitlər evinin köhnə hissəsi inqilabdan əvvəl kilsə olub. Baza gedəndən sonra dindarlar bura yenidən qayıtdılar. Foto: Aqunik Ayvazyan, JAMnews 

Keçmiş hərbi bazanın darvazasında qırmızı ulduz. Foto: Aqunik Ayvazyan, JAMnews 

Keçmiş Rusiya bazasının ərazisini Axalkalaki şəhəri ilə birləşdirən piyada körpüsü. Foto: Aqunik Ayvazyan, JAMnews 


More on JAMnews