Deputat deyib ki, o, psixoloji zorakılıq qurbanı olub" />

Gürcüstan parlamentinin deputatı keçmiş əri tərəfindən zorakılığa məruz qaldığını bildirib

Deputat deyib ki, o, psixoloji zorakılıq qurbanı olub

Gürcüstan pparlamentinin deputatı Sofiko Kiladze keçmiş əri tərəfindən psixoloji zorakılığa məruz qaldığını bildirib. Onun sözlərinə görə, iki həftə əvvəl o, hüquq-mühafizə orqanlarına müraciət edib, məhkəmə iclası baş tutub və onun ərinə məhdudlaşdırıcı order verilib – məhkəmə onu bir ay müddətində qadına yaxınlaşmaq və onunla ünsiyyətdə olmaq hüququndan məhrum edib.

Ermənistanda seksual zorakılıq. Tabunu sındırıb, bu barədə danışa bilənlər haqda

• Türkiyə: qadınların qətli və onlara qarşı zorakılıq artır

Sofiko Kiladze iqtidarda olan “Gürcü arzusu” partiyasının üzvü, parlamentin İnsan Haqları Komissiyasının sədridir.

Kiladzenin sözlərinə görə, onun başına gələnlər sübut edir ki, “istənilən adam, o cümlədən də hüquq müdafiəçisi və ya parlament üzvü də bu vəziyyətə düşə bilər”.

Deputat vurğulayıb ki, öz işinin detalları haqda ictimaiyyət qarşısında açıq danışmaq istəmir. “Məni əhatə edən insanların emosional vəziyyətindən, sağlamlığından, azyaşlı övladımdan, onun maraqlarından narahatam, buna görə də təfərrüatlara varmaq istəmirəm”, – Kiladze “Rustavi-2” telekanalına müsahibəsində bildirib.

Buna qədər Facebook-da artıq deputatın əri tərəfindən döyüldüyü haqda informasiya yayılmışdı. Amma Kiladzenin özü fiziki zorakılıq faktını təsdiqləmir.

İnsan haqları müdafiəçiləri Sofiko Kiladzeni parlamentin İnsan Haqları Komitəsinin rəhbəri olaraq dəfələrlə tənqid etsələr də, bu dəfə onu qəti şəkildə müdafiə ediblər.

Hüquq müdafiəçisi, “Qadın hərəkatının” üzvü İda Baxturidze JAMnews-a bildirib ki, Gürcüstanda ailədaxili zorakılıq genişmiqyaslı problemə çevrilib və “Sofo Kiladzenin başına gələnlər sübut edir ki, zorakılığın mədəni, iqtisadi, sosial və ya digər hədləri yoxdur”.

“Zorakılıq probleminə toxunan zaman həm təcavüzkar, həm də onun qurbanı rolunda cəmiyyətin heç bir təbəqəsinin nümayəndəsini istisna etmək olmaz”, – İda Baxturidze deyib.

O, diqqətə çatdırır ki, Gürcüstanda yüksək sosial statusa sahib olan qadınlar zorakılıq haqda açıq danışmaqdan çəkinirlər.

“Sofo Kiladze problemini bölüşərək böyük cəsarət nümayiş etdirib.Yüksək sosial statusa qahib olan qadınlar, xüsusən də siyasətçilər çox nadir hallarda zorakılıq qurbanı olduqları haqda danışırlar. Yəqin ki, bu da bir “stereotipdir” – güclü, özünü realizə edən qadınlar zorakılıq qurbanı ola bilməz. Artıq qəbul etmək lazımdır ki, deputatlar, nazirlər, tanınmış jurnalistlər və hüquq müdafiəçiləri də zorakılıq qurbanı olur və gender əlamətinə görə haqları pozulur”, – Baxturidze deyir.

•Gürcüstanın qadın sakinləri çox vaxt ərləri və ya tərəf müqabilləri tərəfindən zorakılığa məruz qalır. 2018-ci ildə ən azı 5875 belə hal qeydə alınıb. Daxili İşlər Nazirliyinin statistikasına əsasən, məhz bu sayda məhdudlaşdırıcı order çıxarılıb.

•2018-ci ilin martında BMT-nin Qadın Təşkilatının və Dövlət Statistika Xidmətinin birgə apardığı tədqiqataəsasən, Gürcüstanda hər yeddi qadından biri zorakılıq problemi ilə qarşılaşıb. UNWOMEN tədqiqatına görə, Gürcüstanda zorakılığın ən çox yayılan forması psixoloji və fiziki təzyiqdir.


More on JAMnews