İqtidar partiyası hadisəni “terror aktı” kimi xarakterizə edir. Gürcüstan DİN-i “ağır” maddə ilə cinayət işi qaldırıb " />

Gürcüstan parlamentində üfunət. Baş verənlərə görə məsuliyyəti ictimai fəallar öz üzərlərinə götürüblər

İqtidar partiyası hadisəni “terror aktı” kimi xarakterizə edir. Gürcüstan DİN-i “ağır” maddə ilə cinayət işi qaldırıb

Gürcüstan parlamentinin çümə axşamı plenar iclası “texniki fasiləyə” çıxmalı olub. Buna səbəb bütün binaya yayılan kəskin kanalizasiya qoxusu olub.

Əvvəlcə Tbilisidə yanğın haqda şayiə yayılıb. Daha sonra parlament binasının qarşısına təcili yardım maşınlarının gəlməsi şayiəni daha da gücləndirib. Amma tezliklə parlamentdə akkreditasiya olunmuş jurnalistlər və deputatların özləri bu söz-söhbəti təkzib ediblər və bildiriblər ki, fövqəladə vəziyyət binaya yayılan üfunətlə bağlıdır.

Gürcüstanda siyasi böhran – çıxış yolu haradadır? Ekspertlərin fikri

Gürcüstan müxalifəti parlament qarşısında piketi davam etdirir. 12 nəfər saxlanılıb

“Bu rəmzidir. Pparlament əsl sifətini göstərir…” – müxalif Milli Hərəkat Partiyasından olan deputat Roman Qotsiridze deyib.

Üstündən bir qədər də vaxt keçəndən sonra “parlamentə etiraz mayesinin axıdılmasına” görə məsuliyyəti bir qrup ictimai fəal götürüb.

“Sistem üfunət qoxuyur”, – qrup üzvləri Facebook-da bu şəkli paylaşaraq yazıblar:

Qutu üzərində rus dilində yazılıb ki, bu, daxili və xarici istifadə üçün stimulyator-antiseptikdir. Rusiya mənbələrinə əsasən, bu maddə heyvan mənşəli cəsəd toxumalarından hazırlanıb, baytarlıqda istifadə olunur və insan üçün təhlükəsizdir. Üstəlik, lazım gələrsə, insanların müalicəsi üçün də istifadə oluna bilər. Məsələn, sovet dövründə bu maddə immunitetin möhkəmləndirilməsi, ömrün uzadılması və radiasiya əleyhinə vasitə kimi tətbiq olunurdu. Amma preparatın kəskin və pis qoxusu var.

Gürcüstan parlamentinin keçmiş sədri İrakli Kobaxidzenin sözlərinə görə, kəskin qoxu iki müxalif deputatın iclas zalına gəlməsindən sonra ətrafa yayılıb:

“Bu mayeni onlar səpib… Onlar öz hərəkətinə görə bütün ciddiyyətlə cəzalandırılacaqlar”, – İrakli Kobaxidze deyib.

Üfunət deputat Enzela Maçavarianinin səhhətinə pis təsir edib. Parlamentin özünü pis hiss edən bir əməkdaşına da tibbi yardım lazım olub.

Daxili İşlər Nazirliyi parlamentdə naməlum mayenin axıdılması faktı üzrə cinayət işi qaldırıb. Bu haqda qurum nümayəndəsi “Interpressnews” agentliyinə məlumat verib.

Parlamentdə kriminalistlər işləyir və istifadə olunmuş maddənin növünü müəyyən etməyə çalışırlar.

“Parlamentdəki hadisə ilə bağlı 11-ci maddə ilə cinayət işi qaldırılıb, bu da insanların səhhətinə təhlükə yaradılmasını nəzərdə tutur”, – DİN-dən bildirilib.

İqtidarda olan “Gürcü arzusu” partiyasının nümayəndələri baş verənləri “terror aktı” adlandırırlar.

“Bu, parlamentə kimyəvi hücumdur. Bir neçə adam ziyan görüb”, – parlament sədri Arçil Talakvadze deyib.

“Müxalifət öz məqsədinə çatmaq üçün heç bir vasitədən çəkinmir”, – iqtidar partiyasının üzvü Dmitri Xundadze əmindir.

 


More on JAMnews