Gürcüstanın baş naziri bayram münasibətilə xüsusi olaraq Abxaziya və Cənubi Osetiya sakinlərinə müraciət edib " />

Gürcüstan müstəqillik gününü qeyd edib. Fotoreportaj

Gürcüstanın baş naziri bayram münasibətilə xüsusi olaraq Abxaziya və Cənubi Osetiya sakinlərinə müraciət edib

Bu gün Gürcüstan müstəqilliyinin 101-ci ildönümünü qeyd edib.

1918-ci il mayın 26-da Təsis Məclisi Tbilisidə yeni müstəqil dövlətin – Gürcüstan Demokratik Respublikasının yaranışını bəyan edib. Respublika 1921-ci ilə – Qırmızı Ordu Gürcüstana soxularaq sovet hakimiyyətinin bərqərar olmasını elan edənə qədər mövcud olub.

26 may – Müstəqillik Günü 1991-ci ildən Gürcüstanın əsas dövlət bayramı kimi qeyd olunur.

Mayın 26-da Tbilisi və regionlarda silahlı qüvvələrin yeni əsgərlərinin ənənəvi təntənəli andiçmə mərasimləri, həmçinin bayram sərgiləri və konsertləri keçirilib.

Gürcüstan prezidenti Salome Zurabişvili aniçmə mərasimində nitq söyləyib.

“Müstəqillik uğrunda bütün mübarizə tarixi bizə bunun daima müdafiə etməli olduğumuz nailiyyət olduğunu xatırladır. Biz hər gün dövlətimizin üzərində durduğu özülü qurmalı, möhkəmləndirməli və müdafiə etməliyik”, – Zurabişvili deyib.

Onun sözlərinə görə, “sovet düşüncəsinin qalıqları bizə mane olur, bizi geriyə çəkir və Gürcüstanın azad Avropa dövləti kimi bərqərar olmasına imkan vermir”.

Prezident həmçinin qeyd edib ki, Gürcüstanın müstəqilliyi onun müxtəlifliyindədir və gürcü dilinin öyrənilməsinin bütün Gürcüstan ərazisində əlçatan olması vacibdir.

“Ərazimizdən işğal xətti keçdiyi müddtəcə müstəqillik tam olmayacaq və bizim vətəndaşlarımız Rusiyanın zorakı rejiminin qurbanları olaraq qaldığı müddətcə müstəqillik tam olmayacaq”, – Salome Zurabişvili deyib.

Gürcüstanın baş naziri də Gürcüstan hərbçilərini salamlayıb, onları Müstəqillik Günü və adniçmə mərasimi münasibətilə xüsusi olaraq təbrik edib.

O, həmçinin Abxaziya və Cənubi Osetiyada yaşayan vətəndaşlara müraciət edib:

“Mən istəyirəm ki, bizim abxaz və osetin həmvətənlərimizi də bizim ümumi vətənimizin Müstəqillik Günü münasibətilə təbrik edim – bu, hamının birləşməli olduğu gündür… Bizim əcdadlarımız bizim ümumi vətənimizdə sülh və firavanlıq uğrunda mübarizə aparıb. Mən sizə demək istəyirəm ki, sizin hər birinizin ağrısı bizim ağrımızdır. Və Gürcüstanın hər bir uğurunu, Gürcüstanın gələcəyini biz yalnız sizinlə təsəvvür edirik”, – baş nazir deyib.

100 il əvvəl Azərbaycan, Ermənistan və Gürcüstan müstəqil respublika olduqları zaman nə ediblər?

Gürcüstan: müstəqilliyin 27-ci ili. Bu illər ərzində nə baş verib?


More on JAMnews