Fındığın ixrac həcminin azalmasının əsas səbəbi keyfiyyətin aşağı olmasıdır" />

Gürcüstan fındığı üçün əsas bazar Avropa əvəzinə Rusiya bazarı olub

Fındığın ixrac həcminin azalmasının əsas səbəbi keyfiyyətin aşağı olmasıdır

2018-ci il fındıq ixracı baxımından Gürcüstan üçün ən uğursuz il olub.

Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə, əvvəlki ilin noyabrı ilə müqayisədə 2018-ci ilin analoji dövründə fındıq ixracı 52 faiz azalıb.

2018-ci ilin noyabrında 4,4 milyon dollarlıq fındıq ixrac edilib, halbuki bundan bir il öncə ixrac olunan fındığın dəyəri 9,2 milyon dollar təşkil edib.

Asiya taxtabitisi bəşəriyyətə qarşı. Fındığın tonlarla tullandığı Sameqrelodan reportaj

Gürcüstan 2018. On əsas hadisə

”Gürcü arzusu”nun Rusiya ilə münasibətləri nizamlamaq üçün atdığı 9 addım

Bundan başqa, daha bir vacib ştrix ortaya çıxıb – əgər indiyə qədər fındıq əsasən Aİ ölkələrinə ixrac edilən kənd təsərrüfatı məhsulları siyahısına daxil idisə, 2018-ci ildə bu tendensiya dəyişib.

Artıq Avropa İttifaqı Gürcüstan fındığının əsas idxalçısı deyil, indi bu rolda Rusiya çıxış edir. Gürcüstan qozu da keyfiyyət tələbləri Aİ-də olduğu qədər yüksək olmayan Ukraynaya və bəzi Şərqi Avropa ölkələrinə ixrac edilir.

Fındığın ixrac qiyməti bir kiloqramına görə 5,3-5,5 dollardır.

Gürcüstan fındığının Emalçıları və İxracatçıları Assosiasiyasının icraçı direktoru Levan Kardavanın sözlərinə görə, son illərdə ixrac həcminin azalması keyfiyyətin fəlakət səviyyəsində enməsi ilə bağlıdır ki, bunun da səbəbi mərmər taxtabitinin fındığa daraşmasıdır.

Avropa bazarına daşınan məhsulun azalmasının ikinci səbəbi qonşu Türkiyə fındığının ucuz olmasıdır. Türkiyə fındığı nə qədər ucuzdursa, Gürcüstan fındığı bir o qədər onunla rəqabətə dözə bilmir, müvafiq olaraq, ixrac həcmi də azalır.

“Amma yenə də əsas problem keyfiyyətdir. Buna görə biz praktiki olaraq Avropa bazarında fındıq sata bilmirik. Bizim əsas satış bazarımız Rusiya bazarı olub”, – Karadava deyir.

2016-cı ilə aid məlumata görə, Gürcüstan Avropya ən çox qoz ixrac edən beş ölkə sıraslnda idi, Avropa İttifaqı bazarında isə Türkiyədən sonra ikinci yeri tuturdu.

Gürcüstanda fındıqçılıq Sovet İttifaqının süqutundan sonra sürətlə inkişaf etməyə başlayıb, həm də dövlət dəstəyi və hökumətin maliyyələşdirdiyi proqramlar olmadan.

Bu gün Gürcüstanda fındıq sahələri təxminən 60 min hektar ərazini əhatə edir. Plantasiyaların əsas hissəsi Qərbi Gürcüstanda – Sameqrelo və Quriyada yerləşir. İxracın azalmasına baxmayaraq, fındıq hələ də Gürcüstanın ən çox ixrac olunan ərzaq və məhsullarının ilk onluğunda qalır.

Diaqramma:

Göy – Gürcüstandan fındıq ixracı (mln. ABŞ dolları)

Qırmızı – Gürcüstandan fındıq ixracı (ton)

Yaşıl – Fındığın orta illik qiyməti


More on JAMnews