Bir il sonra - 1 yanvar 2020-cu il tarixindən pensiyalar daha 20 lari artacaq " />

Gürcü təqaüdçülərinin pensiyasını artırıblar

Bir il sonra - 1 yanvar 2020-cu il tarixindən pensiyalar daha 20 lari artacaq

Yanvarın 1-dən Gürcüstanda pensiya 20 lari (7,5 dollar) artaraq, 200 lari (75,2 dollar) olacaq. Əlilliyi olan şəxslər üçün də pensiya 20 lari olacaq.
Bu gün Gürcüstanda 750 min nəfərdən çox adam pensiya alır. Qadınlar üçün pensiya yaşı 60, kişilər üçün 65 yaşdır.
Pensiya xərcləri Gürcüstanın dövlət büdcəsinin həcmcə ikinci maddəsidir.
2019-cu ildə ötən illə müqayisədə və ümumi olaraq pensiya xərcləri iki milyard lariyə çatacaq [təxminən $75,5 milyard]. 2018-ci ildə pensiyalara 1,7 milyard lari [təxminən $642 dollar].
Son dəfə pensiya 2016-cı ilin iyulunda artırılıb. Onda 180 lari (67,7 dolllardan çox) olub.
Hakimiyyət bildirir ki, bir il sonra – 1 yanvar 2020-ci il tarixindən pensiyalar daha 20 lari artacaq.
• Gürcüstanda yaşayış minimumu 2018-ci ilin noyabr ayında əməkqabiliyyətli kişilər üçün 174,3 lari təşkil edib, “Sakstat” Milli Statistika Komitəsinin məlumatına əsasən. Onlardan 121,7 lari yemək, qalanı gigiyena vasitələri, dərman, paltar, təhsil, nəqliyyat və kommunal xərclər üçün nəzərdə tutulub. Ərzaq zənbilinə 40 adda ərzaq daxildir. 

More on JAMnews