Gözü qorxan valideynlər övladlarından imtina edir – Çeçenistanda yalnız hüquq müdafiəçiləri və LGBT nümayəndələri deyil, yeniyetmələr də təqib olunur
Son həftədə onlarla yeniyetmə, onların valideynləri və hüquq müdaifəçiləri Çeçenistan hakimiyyəti tərəfindən hücum obyektinə çevrilib.
Respublikada qeyri-ənənəvi seksual oriyentasiyalı insanlara qarşı əsl terrora qədər gedib çıxan amansız təqib bitmək bilmir.
• Yanvar edamı — Çeçenistanda gizli qətllər haqda jurnalist araşdırması
ATƏT bəyan edib ki, qurumun Daimi Şurası dəfələrlə Çeçenistanda baş verənlərlə bağlı Rusiya rəhbərliyinə müraciət edib, amma Moskvanın reaksiyası “adekvat olmayıb”. Bu haqda Kanadanın ATƏT-dəki daimi nümayəndəsi, səfir Nataşa Keyer bildirib.
Keyer deyib ki, buna görə də ATƏT Rusiyaya münasibətdə “Vyana mexanizmini” işə salmaq haqda qərar qəbul edib.
Moskvaya dörd suala rəsmi cavab vermək üçün on gün vaxt verilib:
- Federal hakimiyyət Çeçenistanda vəzifəli şəxslərin ATƏT çərçivəsində ATƏT-in öhdəliklərini yerinə yetirmələrini təmin etmək üçün hansı addımları atıb?
- Rusiya Federasiyasının federal hakimiyyəti Çeçenistanda LGBT nümayəndələrinə münasibətdə törədilən pozuntular və haqsızlıqlara dair iddiaları necə araşdırıb? Çeçenistanda ümumiyyətlə LGBT nümayəndələri olmadığı üçün onlara qarşı pozuntuların və ya haqsızlığın baş vermədiyi haqda qənaətə necə gəlib?
- Federal hakimiyyət Çeçenistanda vətəndaş cəmiyyəti subyeklərinin və kütləvi informasiya vasitələrinin repressiyalarla qarşılaşmadan insan haqlarının pozulması hallarını sənədləşdirmək və bu haqda məlumat vermək imkanlarını təxmin etmək üçün hansı tədbirlər görüb? Məsələn, Çeçenistanda “Memorial” hüquq müdafiə təşkilatının fəaliyyətinin təmin olunması üçün hansı addımlar atılıb?
- Rusiya federal hakimiyyəti ekstremizmdə ittiham olunan və 2017-ci ilin yanvarında Qroznıda məhkəməsiz edam edilən 27 nəfər saxlanılan şəxsdən hər birinin aqibətini necə araşdırıb?
Əgər Moskva cavab verməsə və ya verdiyi cavablar ATƏT-i təmin etməsə, üzv ölkə tərəfindən ATƏT öhdəliklərinin pozulmasını üzə çıxarmaq üzrə fövqəladə missiya formalaşdırılacaq.
Yeniyetmələrin bir qismi öldürülüb, bir qismi döyülüb, onların ailələri Çeçenistandan qovulur
Çeçenistan hakimiyyəti Qroznıda avqustun 20-də polislərə qarşı hücuma reaksiya verib. Rəsmən bildirildiyinə görə, bu hücumu 11-17 yaş arası yeniyetmələr törədib. Hücum zamanı beş polis və iki nəfər yoldan ötən zərər çəkib. Hücum edən dörd yeniyetmə öldürülüb, biri də xəstəxanada dünyasını dəyişib.
«Настоящее время» nəşrinin yazdığına görə, hücum edənlərdən birinin atası Şali şəhərinin keçmiş mer müavini Ramzan Musayevdir və o, övladının meyiti qarşısında onu lənətləyib.
“Sizi görüm cəhənnəm odunda yanasız! Nə atasını, nə də anasını dinləmədən o, bu gün məni və ailəmi biabır edib. Mənə belə oğul lazım deyil”, – o deyib.
Musayevin 18 yaşlı oğu Maqomedi Çeçenistanda bu yaxınlarda baş verən hücumun təşkilatçısı adlandırırlar. Deyilənlərə görə, gəncin kompüterində terror aktının təşkili ilə bağlı məlumat tapılıb.
İctimai qınaq öldürülən yeniyetmələrin ailəsini gözləyən yeganə aqibət deyil. Hakimiyyət hücumda iştirak edənlərin ailələrindən “israrla” Çeçenistanı tərk etmələrini tələb edib.
Polislərə hücuma aidiyyatı ola biləcək onlarla yeniyetməni polis şöbələrinə gətiriblər. Saxlanılanların telefonları, planşetləri və noutbukları əllərindən alınıb və yoxlanılıb.
Hücumda iştirak edənlərin valideynləri və qohumları va polisə gətirilib. “Nastoyaşee vremya” nəşrinin mənbələri bildirir ki, respublikada yerli hakimiyyət tərəfindən təqib olunmaq qorxusundan baş verənlər haqda danışmaqdan çəkinirlər.
Hüquq müdafiəçilərinə təzyiq
Amnesty International, Human Rights Watch və Front Line Defenders beynəlxalq hüquq müdafiə təşkilatları president Vladimir Putinə açıq məktub yazaraq, onu Çeçenistan rəhbəri Ramzan Kadırovun bəyanatını pisləməyə və çeçen liderinə “hüquq müdafiəçilərinin ünvanıına səsləndirdiyi təhdidləri həyata keçirməyə” imkan verməməyə çağırıblar.
Çeçenistan DİN-in rəhbər heyyəti ilə görüşdə Kadırov terrorçular haqda danışarkən, bəyan edib ki, “hüquq müdafiəçiləri onlardan da betərdir”.
“Tom, bu istiqaməti [güc strukturlarının tənqidini] dəstəkləyənlər – hüquq müdafiəçiləri, ATƏT və BMT – bir nömrəli düşmənlərdir”, – “Kavkazskiy uzel” informasiya agentliyinin verdiyi məlumata görə, Kadırov bunu görüşdə bildirib.
“Qroznı “Memorialının” rəhbəri Oyub Titiyevlə bağlı məhkəmə bitəndən sonra Çeçenistan hüquq müdafiəçiləri üçün “qadağan olunmuş ərazi” olacaq”, – Azadlıq Radiosunun məlumatına görə, Kadırov belə deyib.
• “Memorial” hüquq müdafiə mərkəzinin Çeçenistan nümayəndəsi Oyub Titiyev 10 il müddətinə azadlıqdan məhrum edilə bilər
Hüquq müdafiə təşkilatlarının məktubunda deyilir ki, Çeçenistan hakimiyyəti mütəmadi olaraq insan haqlarını pozur, bu pozuntuları qeydə alan hüquq müdafiəçilərinə qarşı isə respublika hakimiyyəti “hədsiz düşmənçiliklə” yanaşır.
Müraciət müəllifləri həmçinin prezident Putini Oyub Titiyevi dərhal azad etməyə çağırıb.
Putinin cavabı hələlik səslənməyib.