Alıcılar malları ucuz qiymətə satan “Yerevan Siti” super-market şəbəkəsinin qanunsuz fəaliyyəti ifşa olunandan sonra ərzaqların qiymətinin qalxacağından narahatdır" />

Ermənistanın iri super-market şəbəkəsi illərlə vergidən yayınıb

Alıcılar malları ucuz qiymətə satan “Yerevan Siti” super-market şəbəkəsinin qanunsuz fəaliyyəti ifşa olunandan sonra ərzaqların qiymətinin qalxacağından narahatdır

Milli Təhlükəsizlik Xidməti iri sahibkarların qanunsuz fəaliyyəti ilə bağlı faktları ifşa edir. Məlum olub ki, ölkənin ən iri super-market şəbəkələrindən biri – “Yerevan Siti” illərlə vergi ödəməkdən yayınıb.

Şəbəkə keçmiş Ermənistan hakimiyyətinin yaxın çevrəsinə daxil olan iş adamı Samvel Aleksanyana məxsus “Aleks Holding” şirkətinə aiddir. O, eks-prezident Serj Sarqsyanın rəhbərlik etdiyi Respublikaçılar Partiyasının tərkibində deputat seçilmişdi.

Vergidən yayınmaq məqsədilə cinayətkar sxem hazırlanıb və illərlə tətbiq edilib. Bu sxemə yüzlərlə vətəndaşın adına açılmış saxta fərdi müəssisələr cəlb edilib.

MTX-nin məlumatına əsasən, Dövlət Gəlirləri Komitəsinin əvvəlki rəhbərliyi ilə razılaşma əldə edilib: fermerlərdən alınan ərzaqları supermarket yaradılmış bu fərdi müəssisələr vasitəsilə satırmış. Bu müəssisələr vasitəsilə malalrın satış həddi məhduddur, bu da 20 faiz ƏDV və gəlir vergisi əvəzinə mal dövriyyəsindən cəmi 2 faiz vergi ödəməyə imkan verib.

İlkin hesablamalara görə, 461 müəssisənin ümumi mal dövriyyəsi 40 milyard dramdan çox olub və bundan cəmi 2 faiz vergi ödənib. Halbuki “Aleks Holding” qanun çərçivəsində fəaliyyət göstərsəydi, 20 faiz vergi ödəməli olacaqdı.

Üstəlik bütün bunlar yerli kənd təsərrüfatı mallarının qiymətinin qalxmaması bəhanəsi ilə həyata keçirilib.

Hələlik aydın deyil ki, bu ifşadan sonra yerli kənd təsərrüfatı malları bahalaşacaq, ya yox. Alıcılar yerli meyvə və tərəvəz qiymətlərinin qalxacağından narahatdır.

İqtisadçılar bildirirlər ki, “Yerevan Siti” super-marketləri mahiyyətcə bazarı inhisara almışdı və qiymətləri diktə edən mövqedən çıxış edirdi. Bununla əlaqədar olaraq, onlar qiymət artımını mümkün sayırlar. Amma yeni təyin olunmuş kənd təsərrüfatı naziri Artur Xaçatryan əmin edib ki, “Yerevan Siti” bu fəaliyyətlə məşğul olan yeganə şirkət deyil, qiymətləri isə bazar müəyyən edəcək.

Facebook Comments

More on JAMnews