Biri bildirib ki, Ermənistan müharibəsiz qələbə qazanmalıdır, digəri isə “hərbi sürprizlər” vəd edib " />

Ermənistanın baş naziri və müdafiə nazirindən səs-küylü “hərbi” bəyanatlar

Biri bildirib ki, Ermənistan müharibəsiz qələbə qazanmalıdır, digəri isə “hərbi sürprizlər” vəd edib

Yerevanda hərbi təhsil müəssisəsi məzunlarının diplom təltifi mərasimi keçirilib. Bu da Ermənistan baş naziri və müdafiə nazirinin səs-küylü bəyanatlarla çıxış etmələri üçün səbəb olub.

Baş nazir məzunlara “istedadlı sərkərdələr müharibəsiz qələbə qazanır” məzmunlu Çin hərbi strategiyasını xatırladıb. Nikol Paşinyan hesab edir ki, Ermənistan məhz bu istiqamətdə hərəkət etməlidir:

“Bizə elə silahlı qüvvələr, elə dövlət lazımdır ki, bütün potensial rəqiblər bizimlə müharibə etməyin mənasız olduğunu anlasınlar. Mübarizə nəticəsi birdir – rəqibin məğlubiyyəti və bizim qələbəmiz”.

Müdafiə naziri David Tonoyanın bəyanatları isə artıq mərasim bitəndən sonra  – jurnalistlərlə söhbət zamanı səslənib. Bəyanatlar bir neçə dənə olub. Ən əsası və ən çox sitat gətiriləni gözlənilən “hərbi sürprizlər” haqda olub. Söhbət yeni silah növlərindən gedir.

Ermənistanda Rusiyanın Azərbayacana silah təchizatını dayandıracağına şübhə edirlər

Qarabağda “aprel müharibəsinin” üçüncü ili. Bu nəyi dəyişdi? Bakıdan və Yerevandan ekspertlər

“Sürprizlər” haqda daha ətraflı

Ermənistanda müdafiə sahəsində ən çox müzakirə olunan mövzulardan biri ölkəyə Rusiya qırıcılarının və “Tor” zenit-raket komplekslərinin gətirilməsidir.

Rusiyanın Su-30SM qırıcılarının çatdırılmasına gəlincə, burada məsələ kifayət qədər aydındır və çoxdan məlumdur.  Ermənistanın alınan dörd qırıcıya görə həm nağd, həm də kredit vəsaitlərlə ödəniş etdiyi haqda əlavə məlumatlar yayılıb.hər bie Su-30SM təyyarəsinin silahsız qiyməti təxminən 22 milyon dollardır. Nazir sifarişin həyata keçirildiyini təfsdiqləyib:

“Müqaviləyə əsasən, biz bu ilin sonunda və ya gələn ilin əvvəlində istehsalçıların öz öhdəliklərini yerinə yetirəcəklərini gözləyirik”.

 David Tonoyanın “sürprizlər” deyərkən, “Tor” zenit-raket komplekslərini nəzərdə tutduğunu ehtimal emkən olar. Silahlı Qüvvələrin arsenalının gözlənilən zənginləşdirilməsi haqda söhbətlər Ermənistanın Birinci kanalında yayımlanan “Zinuj” (Silahlı Qüvvələr) teleproqramının efirindən sonra başlayıb.

Rusiyanın “Tor” zenit-raket kompleksləri qoşunların və mülki obyektlərin hava zərbələrindən taktiki müdafiəsi  üçün hazırlanıb. Kompleks müxtəlif növ raketlərdən, pilotsuz uçan aparatlar, aviasiya bonbalarından, təyyarələrdən və vertolyatlardan müdafiə üçün uyğunlaşdırılıb. Üstəlik kompleks avtomat rejimdə işləyə bilir, yəni şəxsi heyətin iştirakı olmadan istənilən spektrlı hava hücumu ilə, o cümlədən dəyüksək dəqiqlikli raketlərin zərbələri ilə eyni zamanlı mübarizə apara bilər.

İctimai yayımçı bu informasiyanı ötən ilin mayında yayıb. Bir neçə ay ərzində komplekslərin gətiriləcəyindən söhbət gedirdi, amma nazir heç indi də dəqiq zaman haqda bir söz deməyib:

“Deyə bilərəm ki, “Tor” çox maraqlı silahdır. Bizim müvafiq gözləntilərimiz var”.

Pilot proqram və onun ilk nəticələri

Müdafiə Nazirliyinin rəhbəri Silahlı Qevvələrdə pilot proqram haqda danışıb. Proqram artıq bir aydır, işləməyə başlayıb ki, orduda qidalanma keyfiyyəti yaxşılaşsın. Hərbçilərin qida təminatı müsabiqə yolu ilə seçiləcək kommersiya şirkətlərinin öhdəsinə buraxılacaq.

Proqram artıq Ermənistanın dörd hərbi hissəsində tətbiq edilməyə başlayıb. Yaxın gələcəkdə bir hərbi hissəni də bu cərgəyə qoşmaq planlaşdırılır. Proqram ümumilikdə üç illik nəzərdə tutulub.

“İndi qida təşkilinə ancaq bir şirkət başlayıb, qalan beş çirkət yaxın zamanda işə başlayacaq. Onlar qoşulduqca ərzaq təminatə yeni model üzrə həyata keçirilən hərbi hissələrin də sayı artacaq”, – Tonoyan vurğulayıb.

O, artıq fəaliyyətdə olan şirkətə onun yaxın dostunun rəhbərlik etdiyi söz-söhbətlərinə də aydınlıq gətirib:

“Mən inkar etmirəm ki, şirkət rəhbəri mənim xahişimlə bu işlə məşğul olur, çünki başqa etibarlı variant yox idi”.

Bu yaxınlarda pilot proqrama daxil edilmiş hərbi hissələrin birində yeməyin keyfiyyətini baş nazir özü yoxlayıb.

Sərhəddə gərginlik haqda

David Tonoyan Ermənistanın Vayots dzor vilayətnin Yelpin kəndidinin atəşə tutulması məsələsinə fə toxunub.

Onun sözlərinə görə, sərhədin bəzi hissələrində müəyyən gərginlik hökm sürür. Bu gərginlik sərhəddə aparılan mühəndis işləri ilə əlaqədardır və narahatlıq üçün səbəb yoxdur:

“Atəş hədəfə tuşlanmış olmayıb. İstənilən halda biz bütün tədbirləri gördük, həmçinin qonşu Naxçıvanla əlaqə yaradılıb ki, insident bir hada təkrarlanmasın”.

Söhbət ötən il Düşənbədə keçirilən görüşdə Ermənistanın baş naziri ilə Azərbaycanın prezidentinin gəldikləri operativ əlaqədən gedir.

Tonoyan bu əlaqənin necə işlədiyini izah edib:

“İnsident başverir, yoxlayırıq, xəbərdarlıq edirik, qarşı tərəf tədbir göörür. Bu, vasitəçi əlaqəsidir, təyin olunmuş vəzifəli şəxslərin iştirakı ilə danışırıq. Yəni normal, çox müsbət prosesdir”.

Bədbəxt hadisə haqda

İyulun 20-də Ermənisttan ordsunda bədbəxt hadisə baş verib. Müddətli xidmətdə olan sıravi əsgər odlu silahla ölümcül yaralanmış vəziyyətdə tapılıb.

İstintaq Komitəsinin İnformasiya və İcimai Əlaqələr şöbəsinin rəisi Naira Harutunyan Facebook səhifəsində bunları yazıb:

“Səkkizinci harnizon istintaq şöbəsində Ermənistan Cinayət Məcəlləsinin 110-cu maddənin 1-ci hissəsi ilə (intihar həddinə çatdırma) cinayət işi qaldırılıb. İstintaq aparılır”.

Müdafiə naziri bununla bağlı bildirib ki, hazırda bu cür hadisələrin azaldığı müşahidə olunur. Amma onun fikrincə, sistemdə hələ də çatışmayan şeylər var ki, bunlar bu halda həlak olan əsgərin ağır psixoloji viziyyətini əvəlcədən üzə çıxarmağa imkan verməyib:

“Daha yaxşı işləmək lazım idi. İndi müvafiq tapşırıqlar verilib, daha ətraflı danışa bilmirəm, çünki ilkin istintaq gedir”.


More on JAMnews