Hökumət aparatından bildirilib ki, “bütün proses məxfi baş verib, deməli, bu informasiya yayıla bilməz” " />

Ermənistanın baş naziri nazirlərin maaşlarını gizlincə iki dəfə artırıb

Hökumət aparatından bildirilib ki, “bütün proses məxfi baş verib, deməli, bu informasiya yayıla bilməz”

Nikol Paşinyan, nazirlərin əməkhaqqı
Nikol Paşinyan, nazirlərin əməkhaqqı

Президент Армении Армен Саргсян и премьер-министр Никол Пашинян, члены правительства и депутаты

Ermənistanın baş naziri 2019-cu ilin iyulunda nazirlərin, nazir müavinlərinin və nazirliklərin baş katiblərinin maaşlarının qaldırılması ilə bağlı gizli sərəncam verib. Bu haqda informasiya “Hetq” (“İz”) internet nəşrində dərc olunub.

Nikol Paşinyanın administrasiyasından artıq məsələ ilə açıqlama verilib və bildirilib ki, bütün “proseslər gizli baş verib, odur ki, bu informasiya yayılmaq üçün deyil”.

Əməkhaqları nə qədər artıq?

Nikol Paşinyanın gizli sərəncamı haqda informasiyanı yoxlamaq üçün “Hetq” nəşri bəzi nazirliklərə əməkdaşların sayı və maydan avqusta qədər əməkhaqqı fondu ilə bağlı sorğu göndərib.

Məlum olub ki, fövqəladə hallar naziri Feliks Tsolakyan və ətraf mühit naziri Erik Qriqoryan dörd ay müddətində 6 milyon dram (təxminən 12630 dollar) əməkhaqqı alıb. Yəni onların aylıq maaşı 1,5 milyon dram (təxminən 3157 dollar) təşkil edib.

Məsələ burasındadır ki, “Dövlət vəzifəsi tutan şəxslərin mükafatlandırılması haqda” qanuna əsasən, nazirlərin əməkhaqlarının indeksi 12-dir. Yəni nazir maaşını almaq üçün baza maaşının həcmini – 66140 dramı (139,54 dolları) 12-ə vurmaq lazımdır. Vergilər daxil 793680 dram (1670 dollar) eləyir.

Bununla da nəşr müəyyən edib ki, mükafatlandırmalar haqda qanuna dəyişiklik edilmədiyi halda baş nazirin gizli qərarı ilə nazirlərin əməkhaqları iki dəfə artırılıb.

Bu, nazir müavinlərinin əməkhaqqına da aiddir. Qanunla müəyyən edilmiş indeksə əsasən, nazir müavinlərinin əməkhaqqı 562 160 dramdır (təxminən 1185 dollar). Amma Paşinyanın sərəncamından sonra onların əməkhaqqı 1 milyon 60 min drama (təxminən 2230 dollara) yüksəlib.

Nazirliklərin baş katiblərinə gəlincə, onlar indi əvvəlki kimi 595 260 dram (1255 dollar) yox, 870 000 dram (təxminən 1835 dollar) alır.

Baş nazir aparatının şərhi

Paşinyanın gizli sərəncamı ilə bağlı vəziyyəti artıq baş nazir aparatından şərh ediblər.

Baş nazir administrasiyasının ictimaiyyətlə əlaqələr idarəsinin rəis səlahiyyətlərini yerinə yetirən Armen Xaçatryan bildirib:

“Qeyd etməyi vacib sayırıq ki, həmin… vəzifəli şəxslər gəlirləri, xərcləri və əmlakları haqda məlumat təqdim edirlər, bu isə o deməkdir ki, bu proses tam şəffaf olub”.

Politoloqların və siyasətçilərin şərhləri

Politoloq Qaqik Ambaryan kəskin bəyanatla çıxış edib:

“Bir il ərzində Paşinyanın qeyri-peşəkar nazirləri 1 minyom 500 min dram maaş veriləsi həcmdə iş görməyiblər… Niyə əməkhaqları artırılıb, hansı peşəkar kadrlar hökumətə daxil edilib ki, dövlət idarəçiliyi sisteminə öz bacarıqları sayəsində öz töhfəsini versin?”

Ambaryan hazırkı hakimiyyəti keçmiş hakimiyyəti tənqid edərək “məxməri” inqilab həyata keçirəndən sonra ööz prinsiplərinə xəyanət etməkdə günahlandırıb:

“Paşinyanın hərəkətində ən iyrənci bütün bunların gizli edilməsidir. Hansı hesabatlılıqdan söhbət gedə bilər? Hansı açıq və şəffaf iş üslubundan danışmaq olar? Öz xələfləri ilə müqayisədə onlar hər şeyi çox daha həyasızca edirlər”.

Politoloq Qrant Melik-Şahnazaryan da hesab edir ki, baş nazirin bəyanatları və atdığı addımlar ziddiyyət təşkil edir:

“Mahiyyətcə, Nikol Paşinyan şəffaflığı və cəmiyyət qarşısında tam məsuliyyəti yox, siyasi məqsədyönlülük və öz siyasi planlarını rəhbər tutur. Yəni prioritet bəyan edilmiş dəyərlərə və yanaşmalara yox, Paşinyanın siyasi komandasının maraqlarına ən çox nəyin uyğun gəldiyinə verilir”.

“Çiçəklənən Ermənistan” parlament fraksiyaının rəhbəri, oliqarx Qaqik Tsarukyan bildirib ki, nazirlərin maaşlarının xalqdan gizlincə qaldırılması yolverilməz addımdır:

“Əgər insanlar görürlərsə ki, hansısa nazir öz işini yaxşı görür, onlar onun işinin nəticələrini öz gündəlik həyatlarında hiss edirlərsə, lap on dəfə də artırmaq olar. Amma bu cür gizlin həm deputatlar, həm də xalq üçün təhqiramizdir. İnqilabdan sonra bizim üçün “gizli” sözü qəbuledilməzdir”, – Qaqik Tsarukyan deyib.

Sosial şəbəkələrdəki şərhlərdən

Facebook-un Ermənistan seqmentində bu xəbər ən çox müzakirə olunan mövzuya çevrilib.

Şərhlərdən bəzilərini təqdim edirik:

“Zəhmət olmasa, deyin, yaşlı adamlar bir “qürurlu” nazirin aylıq maaşı həcmində pensiyanı neçə il ərzində ala biləcək? Ya da müəllimlər? Əgər nazirin bir maaşını müəllim maaşının həcminə bölsək neçə il edəcək?”

“Qoy hələ yoxlasınlar ki, may-sentyabr aylarında İqtisadiyyat Nazirliyində mükafatlar necə ödənib! Burada imtiyazlılardan ibarət qrup var, onlar öz maaşlarından daha çox mükafat alırlar!”

“Bunu gizlin etmələri məyusedicidir. Nəhayətdə bu, dövlət təhlükəsizliyi məsələsi deyildi. Bu cür məsələlər ictimai olmalıdır, axı biz bu cür davranışına görə ötən hakimiyyəti dəyişdik. İnsanlar büdcə pullarının necə xərcləndiyini bilməlidir”.

“Əgər nəticədə aydın olsa ki, bütün bunlar həqiqətdir, o zaman bu, dəhşətli biabırçılıq olacaq! Biz şəffaf və dürüst hökumət uğrunda mübarizə aparırdıq”.


More on JAMnews