Ölkə hakimiyyəti bəyan edir ki, onların stansiyanı bağlamaq kimi öhdəlikləri yoxdur, onun gücünü əvəzləyəcək mənbələr tapmağa ehtiyac var" />

Ermənistanın atom stansiyası işinə davam edəcək və yeni enerji bloku ilə təchiz olunacaq

Ölkə hakimiyyəti bəyan edir ki, onların stansiyanı bağlamaq kimi öhdəlikləri yoxdur, onun gücünü əvəzləyəcək mənbələr tapmağa ehtiyac var

Ermənistanda ildə 600 meqavat enerji istehsal edən yeni atom enerji bloku inşa ediləcək. Bu, ölkədə istehsal edilən enerjinin həcmini saxlamağa imkan verəcək.

Ermənistanda atom stansiyasını bağlamaq və yenisini tikmək lazımdırmı?

Ermənistanın enerji təhlükəsizliyi haqda

Atom stansiyasının istismar müddətini artırmaq lazımdır

Metsamor atom elektrik stansiyası artıq uzun müddətdir ki, mübahisə mövzusuna çevrilib. Bəzi beynəlxalq strukturlar, o cümlədən də Avropa İttifaqı stansiyanın bağlanmasında və ya modernləşdirilməsində israr edir. Ermənistanla Avropa İttifaqı arasında hərtərəfli və geniş tərəfdaşlıq haqda Saziş müzakirələrin fəallaşmasına səbəb olub.

Enerji və nüvə təhlükəsizliyi ilə bağlı əməkdaşlıq haqda bölməyə əsasən, Ermənistan tərəfi AES-i bağlamaq və onu yeni güclərlə əvəz etmək öhdəliyi götürüb. Amma ölkə hakimiyyəti artıq bəyan edib ki, istismar müddəti uzadılacaq, çünki indi Ermənistan yeni AES tikmək və ya mövcud gücü əvəzləmək imkanında deyil.

Hazırda stansiyanın təhlükəsiz istismarını uzadacaq işlər həyata keçirilir. Düzdür, hələlik aydın deyil ki, bu müddət nə qədər uzadılacaq.

Üstəlik yeni enerji blokunun inşası planlaşdırılır. Daha əvvəl bildirilmişdi ki, yeni blok Ermənistana 5 milyard dollara başa gələ bilər.

AES gücü əvəzləmək mümkün olduğu zaman bağlanacaq

Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, atom elektrik stansiyasının bağlanması məsələsi gündəlikdə yoxdur. Aİ ilə Saziş AES-in bağlanmasını nəzərdə tutmur:

“Mən qeyd etmək istəyirəm ki, Ermənistan-Aİ arasındakı hərtərəfli və geniş tərəfdaşlıq haqda Sazişdə atom stansiyasının bağlanması məsələsi adekvat gücə malik yeni enerji mənbələrinin yaradılması ilə uzlaşdırılıb. Bizim gündəmimizdə AES-in bağlanması yox, müvafiq əvəzləyici güclərin yaradılması durur”.

Metsamor AES haqda

Ermənistan və ya Metsamor atom elektrik stansiyası iyirmi ildən çoxdur ki, respublikanın enerji təhlükəsizliyi sistemində həlledici həlqə olaraq qalır. AES Ermənistanda istehsal olunan elektrik enerjisinin 40 faizinə qədərini təmin edir. Strateji istiqamət hesab olunur.

Obyekt istismara 1977-ci ildə verilib. 1988-ci ildə ölkənin şimalında baş verən dağıdıcı zəlzələdən sonra SSRİ Nazirlər Kabineti və Ermənistan SSR Nazirlər Kabineti AES-in fəaliyyətini dayandırmaq qərarı verib. Bu, təkanların təkrarlanması ehtimalı ilə bağlı olub.

Amma beş ildən sonra, 1993-cü ildə müstəqil Ermənistanın hakimiyyəti stansiyanın ikinci enerji blokunu təkrar işə salıb. Başqa real elektrik enerjisi mənbələrinin olmadığı bir şəraitdə bu, SSRİ dağılandan, ölkə Türkiyə və Azərbaycan tərəfindən blokadaya alınandan sonra yaranan enerji böhranından qurtulmaq üçün yeganə çıxış yolu idi. Atom energetikası Ermənistanın ümumi enerji sistemində hələ də mühüm yer tutur və strateji istiqamət hesab olunur.


More on JAMnews