Hakimiyyət və ekspertlərin fikri üst-üstə düşmür" />

Ermənistanda atom stansiyasını bağlamaq və yenisini inşa etmək lazımdırmı?

Hakimiyyət və ekspertlərin fikri üst-üstə düşmür

Foto: Qayane Mkrtçyan, JAMnews

Ermənistanda 41 yaşlı atom stansiyasının taleyi müzakirə olunur: bağlayıb, əvəzində yenisini tikmək, yoxsa ömrünü uzatmaq?

Metsamor Atom Stansiyası Ermənistan-Türkiyə sərhədinin 16 kilometrliyində yerləşir və təhlükəsizlik nöqteyi-nəzərindən həm Ermənistan, həm də Türkiyə üçün həssas obyektdir.

Ermənistan və Avropa İttifaqı arasında paraflanmış, mətni bu yaxınlarda ictimailəşdirilmiş  “Hərtərəfli və  geniş tərəfdaşlıq haqda” sazişdə atom stansiya haqda da danışılır. Sazişdə bildirilir ki, stansiya 1976-cı ildə istismara verilib, artıq bağlanmalı və yenisi ilə əvəz olunmalıdır, amma bunun nə zaman və necə ediləcəyi qeyd olunmur.

“Düşünürəm ki, bizim qarşımızda atom stansiyasının bağlanmasına dair müddətin müəyyən olunması vəzifəsi durur. Tez və ya gec biz bu problemlə üz-üzə qalacağıq, axı stansiyanı daima istismar eləmək mümkün deyil”, – energetik geosiyasət və beynəlxalq təhlükəsizlik məsələləri üzrə ekspert Armen Manvelyan deyir.

Ermənistan hakimiyyəti illərlə yeni atom stansiyasının inşa ediləcəyinə söz veriblər. Bu məsələ hazırkı Ermənistan prezidenti Serj Sarqsyanın seçkiöncəsi vədləri siyahısına da daxil idi. Az əvvəl baş nazir Vaçe Qabrielyan bəəyan etmişdi ki, hakimiyyət bu plandan imtina etmir və yeni atom stansiyasının inşası 2022-2023-cü illərdə başlaya bilər.

Amma indi ilk dəfədir ki, ölkə rəhbərliyi açıq şəkildə bunu eləməyin lazımlılığı ilə bağlı tərəddüdünü ifadə edib.

“Tutaq ki, bizim yeni atom stansiyamız oldu… Amma bir anlıq təsəvvür edin ki, sabah yeni texnologiyalar vasitəsilə atom stansiyası olmadan da eyni həcmdə enerjini əldə etməyin mümkünlüyü aydın oldu. O zaman bizim atom stansiyası vasitəsilə istehsal etdiyimiz enerji istehlakçılar üçün qa-qat baha başa gələcək. Bu durumda biz hansı yolla getsək, daha yaxşı olar? Əlbəttə ki, müasir texnologiyalar yolu ilə”, – ədliyyə naziri David Harutunyan jurnalistlərə deyib.

Ammma Ermənistandakı bir çox ekspertlər onunla razı deyillər.

İqtisadçı Vilen Xaçatryan deyir ki, dünya hələ atom enerjisinin günəş, kinetik və ya digər enerji ilə əvəz edilə biləcəyi səviyyəyə çatmayıb.

“Atom stansiyasının bağlanması Ermənistanın regiondakı mövqeyini xeyli pisləşdirəcək. Bundan başqa atom stansiyasının bağlanması prosesi özü özlüyündə sadə bir şey deyil. Buna illər lazımdır”, – Xaçatryan deyir.

Hazırda Metsamor atom stansiyası Ermənistan istehlakçılarının ümumi tələbinin 40 faizini ödəyir. Bu, Cənubi Qafqazda yeganə atom stansiyasıdır. AES-in binası 9 ballıq zəlzələyə tab gətirməyə qadirdir. Bu, çox vacibdir, çünki Ermənistan qeyri-stabil zonada yerləşir.

Ekspert Vahe Davtyan deyir ki, atom stansiyasının yeni blokunun inşası üçün 5 milyard dollara yaxın vəsait tələb olunur, bu da ancaq əgər blok orta güclü – 600 MVt olarsa, yəni ciddi investisiyalara ehtiyac var. Onun sözlərinə görə, stansiyanın bağlanması isə Ermənistanı elektrik enerjisini idxal etmək imkanından məhrum edəcək və bu, ölkənin təhlükəsizliyi üçün böyük zərbə olacaq.

“Enerjinin atom istehsalını əvəz edə biləcək istiqamət su hidroenergetikadır. Hazırda elektrik enerjisi istehsalının 20-25 faizi su elektrik stansiyalarının payına düşür. Tükənməyən enerji mənbələri də inkişaf edir, amma bu, uzunmüddətli perspektiv üçündür. AES olmadan Ermənistan yetəri qədər əlçatan elektrik enerjisindən məhrum olacaq. Blokada şərtlərində bu, ölkə üçün kifayət qədər güclü zərbə olacaq”, – Vahe Davtyan hesab edir.

Facebook Comments

More on JAMnews