“Zaman hər şeyi yerbəyer etdi, atam anladı ki, uşaq doğmaq pozğunluq və əxlaqsızlıq deyil”" />

Ermənistanda tənha analar: ənənəni pozmağa cəsarət edən qadınlar

“Zaman hər şeyi yerbəyer etdi, atam anladı ki, uşaq doğmaq pozğunluq və əxlaqsızlıq deyil”

Nune və onun atası

Nune Kirokosyan ərdə olmadan uşaq doğmaq qərarına gələndə 35 yaşı vardı. O fərqindəydi ki, bu, Ermənistanda qəbul olunmuş ənənələrə ziddir və onun ətrafı bunu anlamayacaq. Amma Nune qərarlı idi və doğdu. Qızının artıq 11 yaşı var.

“On il əvvəl belə bir qərar vermək daha çətin idi, amma mən sonuna qədər mübarizə apardım. Hamilə olduğum zaman evdə kimsə danışanda, qızım reaksiya verirdi, tərpənirdi. Atam danışmağa başlayanda isə içəridə donub qalırdı. Hələ doğulmamışdan sanki atamın onun dünyaya gəlməsini istəmədiyini bilirdi”, – Nune danışır.

• Doğma özgə uşağı: Ermənistanda surroqat analıq

Ermənistanda seksual zorakılıq. Tabunu aşıb, bu barədə danışanlar haqqında

25 yaşında ailə qurub, amma bir neçə ildən sonra boşanıb və ata ocağına qayıdıb. Təhsilini davam etdirib, iqtisadçı peşəsinə yiyələnib, mənsəb sahibi olub, müstəqilliyii hiss edib. Və bu müddət ərzində həmişə övlad sahibi olmaq haqda düşünüb.

“Artıq 32 yaşım vardı, anlayırdım ki, zaman keçir. Əsas problem atam idi. Bir dəfə ona dedim ki, “Ata, əgər uşaq doğsam, sən pis olarsan?”. O, sarkazmla cavab verdi ki, yox, əksinə, qürurla başım dik, əlimdə bayraqla gəzəcəm. Deyirəm, “ata, mən 40, 50, hətta 60 yaşında ərə gedə bilərəm, amma o yaşda artıq uşaq doğa bilməyəcəm”. Ona xəbərdarlıq elədim ki, əgər hamilə qalsam, özüm üçün uşaq doğacam”, – Nune danışır.

Bu söhbətdən bir il sonra Nune hamilə qalıb. Hamiləliyinin üçüncü ayında yenidən atası ilə danışıb. Bu söhbətdən sonra atası onunla bütün ünsiyyəti kəsib.

“O mənimlə bir il beş ay danışmadı. Anam və qardaşım qərarımı çox rahat qəbul etdilər. Qızım böyüyürdü, atam isə hələ də susurdu. Sonra öyrəndim ki, mən evdən çıxan kimi uşağa yaxınlaşıb, qucağına alır, oxşayır, hətta layla çalırmış. Zaman hər şeyi yerbəyer elədi, o anladı ki, uşaq doğmaq pozğunluq və əxlaqsızlıq deyil”.

Nune deyir ki, qırx yaşını haqlayıb, bu addımı atmağa dəyərmi deyə düşünən qadınlar tanışır. Və çoxları qınaqdan qorxaraq bu yoldan çəkinir.

Sona heç vaxt ərə getmək niyyətində olmayıb

39 yaşlı Sona Badalyanın oğlunun artıq iki yaşı var. Onun sözlərinə görə, bir çox qadın ana olmaq arzusunu iççində basdırı və bu qərarı valideynlərinin, cəmiyyətin münasibəti ilə izah edirlər.

“Onların sadəcə qətiyyətləri çatmır. Sadəcə qərar qəbul etmək və müəyyənləşdirmək lazımdır – sən süni mayalanmaya gedəcəksən, yoxsa münasibət quracaqsan? Bu yaş qrupundan olan qadınların digər problemləri həll olunan işgüzar məsələlərdir”, – Sona hesab edir.

O deyir ki, indi yaddaşını qurdalayır və heç vaxt ailə arzulamadığını xatırlayır. Arzuları həmişə iki nəfərlik olub – özü və övladı, kişisiz.

“Bilmirəm bu eqoizmdir, yoxsa nədir? Amma mən dəfələrlə özümü bu düşüncələrdə yaxalayırdım. Və kainat səsimə səs verdi – xəyalını qurduğum şeyi mənə verdi. Mən bu addımı atmalıydım. Mən ətrafdakıların nə düşünəcəyini belə fikirləşmirdim. Mənim əsas planım daha bööyük, daha vacib və daha möhtəşəm idi. Mənə hətta tək uşaq doğmaq istəyən qadınların ətrafdakıların nə düşünəcəyini götür-qoy etməsi qəribə gəlir. Birincisi, insan özü özünü sevməlidir. Qadınlar özləri haqda düşünməlidir. Hamiləlik dövründə mən heç vaxt başı aşağı gəzmədim, utanmadım, çünki mənim attığım addım başqalarının həyatına heç cürə təsir etmirdi və başqalarının xoşbəxtliyini əlindən almırdı”, – Sona deyir.

Oğlu dünyaya gələndən sonra Sona dostlarının onu daha çox dəyərləndirdiyini hiss edib, onun özünə verdiyi dəyər də böyüyüb. Amma yenə də ailə problemlərindən kənar qala bilməyib. Valideynləri hələ də uşağın doğulmasını həzm edə bilməyiblər, qardaşı isə ümumiyyətlə onunla danışmır.

“Onlar deyirlər ki, mən bu qərarı eqoistcə qəbul etmişəm, həəyatımı dəyişməzdən əvvəl onlarla müzakirə etməmişəm, icazə istəməmişəm. Onlara eyni cavabı verirəm: sizdən biriniz həyatınızı dəyişməzdən əvvəl mənimlə məsləhətləşib? Yaxud da mən tələb etmişəm ki, nəyisə mənimlə razılaşdırasız? Hər kəs öz həyatını yaşayır”, – Sona deyir. 

Necə cəsarət etməli?

40 yaşlı Emma Sarqsyan etiraf edir ki, artıq beş ildir ki, özünü uşaq doğmağa hazırlayır:

“Mən cavan olanda və uşaq doğmaq haqda düşünəndə, özümə deyirdim ki, ərə getməsəm heç vaxt bu yola əl atmaram. Amma zaman və yaş bu qərara gəlib çatmağa kömək edir. ən əsası psixoloji cəhətdən hazır olmaqdır, o zaman bütün kənar söhbətlərarxa plana keçəcək”.

Sona isə deyir ki, çoxları cəsarətini toplayıb, bu qərarı verə bilmək üçün onun yanına gəlir:

“Onlara başa salıram ki, ən əsası qərar qəbul etməkdir. Mən indi “qalib” mövqeyindən danışmıram. Sadəcə deyirəm ki, rətiyyətli olmaq lazımdır. Kimdənsə doğmaq istəmirsənsə, süni mayalanmaya getmək olar. Amma bundan da utanırlar”. 

Həkimlərin köməyi

“Fertility center” reproduktiv mərkəzdə hər il onlarla subay qadınsüni mayalanma sayəsində ana olur.

Mərkəzin direktoru, ginekoloq-reproduktoloq Eduard Ambartsumyan deyir ki, son zamanlar onlara müraciət edən qadınların sayı artır. On il əvvəl onlara barmaqla sayılacaq qədər qadın müraciət edirdi və bu, qəhrəmancasına və ya faciəvi addım sayılırdı:

“İndi artıq bu məsələni nənələrlə və babalarla müzakirə etmirlər, bütün qohum-əqrəbadan icazə almırlar. İndi qadın özü müstəqil qərar qəbul edə bilir”.

Reproduktiv mərkəzin direktorunun sözlərinə görə, adətən onlara 40-45 yaşlı qadınlar müraciət edir. Amma o, məsləhət görür ki, həkimə daha əvvəl müraciət etsinlər, çünki 44-cü il qadının həyatında son reproduktiv il sayılır. 45 yaşında qadının reproduktiv funksiyası rəsmən bitmiş hesab olunur.

“Hətta bizim güclü dəstəkləyici texnologiyalar da bəzən bizə kömək etməyə imkan vermir, çünki qadının yumurta hüceyrəsi artıq işləmir. Hətta elə olur ki, hətta süni mayalandırma üçün qadının yumurta hüceyrəsini almaq olmur. Əgər qadın 45, hətta 50 yaşında da doğmağın mümkün olduğunu düşünüb uzadırsa, əslində bunun ona aid olmadığı ilə üz-üzə qala bilər”, –  Eduard Ambartsumyan deyir. 

Seçim hüququ

Analıq xəyalı müxtəlif mərkəzlərdə uşaqlıq daxilində mayalandırma üsulu ilə qadınlara 300 və ya 350 min drama (620-720 dollar). Üstəlik onların seçim imkanı da olur.

“Kimsə mavi gözlü uşaq istəyir, kiminçün isə uşağın hündür olması önəmlidi, kimsə xəyallarındakı kişiyə, kimsə də bir zamanlar könül bağı olan birinə oxşamağını istəyir”, – reproduktiv mərkəzin direktoru deyir.

Ermənistanın mərkəzlərində donorların məlumatları açıqlanmır. Amma Eduard Ambartsumyanın sözlərinə görə, Avropa İttifaqı ölkələrində artıq bu məsələni yenidən nəzərdən keçirirlər. Orada uşaqlara 18 yaşından sonra donorun kimliyi haqda məlumat almaq hüququnun verilməsi haqda düşünürlər. 

Qadınlar kişilərdən daha çoxdur

BMT-nin Əhali Fondununicra nümayəndəsi Tsovinar Harutunyan hesab edir ki, bunun ən əsas səbəbi miqrasiyadır. Kişilər qazanc dalınca ölkədən gedir. Miqrantların 80 faizi fəal reproduktiv yaşda olan kişilərdir.

“Əgər 20-40 yaş qrupubunu nəzərdən keçirsək – bunlar məhz ən fəal reproduktiv yaşda olan insanlardır – burada bu qrupdan olan kişilər 40 mindən azdır”, – Tsovinar Harutunyan deyir.

Onun sözlərinə görə, bu, ciddi problemdir, çünki bir çox qadınlar məhz bu səbəbdən ailə qura bilmir. Və onlardan uşaq sahibi olmaq istəyənlərsüni mayalanma haqda düşünürlər:

“Dövlət münbit atmosfer, şərtlər təmin etməlidir ki, uşaq istəyın qadınlar tənha ana olduqları zaman bu haqdan yararlansınlar. Maadi imkana gəlincə, əsasən işi olan təminatlı qadınlar bu addımı atır. Dövlət stereotiplərin aradan qaldırılması üçün tədbirlər görməlidir ki, öz haqlarından tam yararlana bilsinlər və bu zaman onları alçaldan olmasın. Digər tərəfdən onlar uşaq doğmaq üçün maşın kimi nəzərdən keçirilməməlidirlər”.

BMT Əhali Fondunun ictimaiyyətlə əlaqələr üzrə məsul olan Mqer Manukyan hesab edir ki, bu problem ölkənin iqtisadi vəziyyəti düzəldikcə həllini tapa bilər. İş və qazanc olsa kişilər qayıda biləcək:

“Amma kəmiyyət disbalansından başqa maarifləndirici və keyfiyyət disbalansı da var. Mövcud tədqiqat nəticələrinə görə, qadınlar özlərinə bərabər və ya cəmiyyətdə özündən daha yüksən statusa malik kişilərə ərə gedir. Kişilər üçün hər şey fərqlidir – onlar istənilən sosial statusa malik olan qadınla evlənə bilərlər.

İşi və cəmiyyətdə mövqeyi olan uğurlu qadınların seçimləri bir qədər məhduddur. Otuz və qırx yaşlılar var ki, özlərinə uyğun kişini tapa bilmədiklərini deyirlər. Və burada məsələ təkcə onda deyil ki, kişilər sayca azdır”.

“Süni mayalanmaya qərar verdim”

Emma Sarqsyan xəyalllarının kişisinə rast gəlməyib. Amma karyerada, maddi müstəqillik sarıdan ciddi uğurlar qazanıb və övladının firavan həyatını təmin etməyə qadirdir.

“Mən artıq süni mayalanmaya qərar vermişəm. Mən bu addımı atacam ki, həyatımın mənası olsun, xoşbəxt olub”, – o deyir.

Bu yolu artıq keçmiş Nune Kirakosyan qadınlara məsləhət görür ki, yeganə həyatlarını özləri üçün yaşasınlar, başqaları üçün yox – hətta bu başqaları onların valideynləri, qardaşları və digər yaxın qohumlarıdırsa.


More on JAMnews