Yerevanın bəzi rayonlarında çirkli yeraltı keçidlərdən keçməkdənsə, qaydaları pozmağa üstünlük verirlər " />

Ermənistanda qadağan olunmuş yerlərdə yol keçməyə görə 10 dollar həcmində cərimə tətbiq ediləcək

Yerevanın bəzi rayonlarında çirkli yeraltı keçidlərdən keçməkdənsə, qaydaları pozmağa üstünlük verirlər

Qadağan olunmuş yerlərdə yol keçən Ermənistan sakinləri indən belə 5 min dram (10 dollara yaxın) həcmində cərimə olunacaq. Svetoforun yanından, amma qırmızı işıqda keçənləri isə 3 min dram (6 dollar) həcmində cərimə gözləyir.

Əgər yol hərəkəti qaydasını pozan şəxsin yanında sənədi olmasa, o, şəxsiyyətinin müəyyən edilməsi və cərimənin yazılması üçün ən yaxın polis şöbəsinə aparılacaq.

Yerevanda hətta yaxınlıqda yeraltı və ya yerüstü keçidlər olan ərazilərdə də qadağan olunmuş yerlərdə yol keçən insanlara rast gəlmək mümkündür. Qayda pozucuları hərəkətlərinə müxtəlif səbəblərlə haqq qazandırırlar. Cavanlar tələsdiyini deyir, qocalar şikayətlənir ki, yeraltı və yerüstü keçidlərin pillələrini qalxıb-düşə bilmirlər. Elə kvartallar da var ki, oradakı yeraltı keçidlər çox çirkli olduğuna görə adamlar üfunətin içindən keçməmək üçün qaydaları pozmağa üstünlük verir.

Polis əməkdaşlarının sözlərinə görə, qadağan olunmuş yerlərdə yol keçən qayda pozucularına ən çox Yerevanın mərkəzdən kənar küçələrində rast gəlmək olur. Belə qayda pozucuları üzündən qəzalar baş verir.

Polisin məlumatına görə:

  • 2017-ci ildə yol qəzalarının 30%-ə yaxınını (1 010 hadisə) piyadaların vurulması təşkil edib,
  • onların yarıdan çoxunda – 696 hadisə qəzanın səbəbi piyadanın yolu qadağan olunmuş yerdə keçməsindən ibarət olub.

More on JAMnews