Onları satmağa cəhd edən iki Yerevan sakini saxlanılıb. Hələlik məlum deyil, onların özləri oğrudur yoxsa əsərlər onların əlinə başqa yolla keçib " />

Ermənistanda Milli Qalereyada oğurlanmış Levitan və Brasaunun oğurlanan rəsm əsərlərini tapıblar

Onları satmağa cəhd edən iki Yerevan sakini saxlanılıb. Hələlik məlum deyil, onların özləri oğrudur yoxsa əsərlər onların əlinə başqa yolla keçib

Ermənistanın Milli Təhlükəsizlik Xidməti və İstintaq Komitəsi Milli Qalereyadan oğurlanan rəsm əsərlərini satmağa cəhd edən iki Yerevan sakinini saxlayıb. Hüquq-mühafizə orqanları dünya şöhrətli rəssamlar Mattias Brasau və İsaak Levitanın rəsm əsərlərini aşkar ediblər.

Ermənistanın Milli Qalereyası müvəqqəti olaraq dövlət idarələrinə verilmiş yüzlərlə eksponatını qaytarmağı tələb edir

Yerevanda gəzinti — ilk dəfə Ermənistan paytaxtına gələnlərə məsləhətlər

Rəsm əsərlərini çecəyə satmağa cəhd ediblər

Hollandiyalı rəssam Mattias Brasaunun 1984-cü ildə oğurlanmış “Ovçu” rəsmini cinayətkarlar 60 min dollara satmaq istəyiblər.

Rus rəssamı İsaak Levitanın 1992-ci ildə oğurlanmış “Bahar mənzərəsi” işi daha da bahadır. Satıcı ilə Levitanın etüdu ilə bağlı konkret razılaşma olmayıb. Amma saxlanılanlar onun işlərinin milyon funt sterlinqtən baha qiymətləndirildiyini bilməyiblər.

Təfərüatlar və araşdırma

Milli Qalereyadan bu ikisinin də içində olduğu 10 qiymətli rəsmin itməsi faktı ilə bağlı cinayət işi 2012-ci ildə açılıb. Amma cinayətkarları tapmaq mümkün olmadı – iş dayandırıldı.

“2019-cu ilin yazında Milli Təhlükəsizlik Xidmətinə iki Yerevan sakininin bu cinayət işi üzrə oğurlanan iki əşyanın yeri ilə bağlı olması və onları satmaq istəməsi ilə bağlı məlumat daxil olub”, – Qor Ohanyan deyib.

13 iyun 2019cu ildə alıcı ilə müqavilə bağlanandan sonra iki nəfər saxlanılıb – əsərlərin “sahibi” adlanan və onları ona satmağa kömək edən vasitəçi. Hər ikisi Yerevan sakinidir. Onların barəsində ölkədən çıxmamaqla bağlı iltizam alınıb. İstintaq davam edir və hələlik məlum deyil ki, onların özləri rəsm əsərlərini oğurlayıb yoxsa onları başqa yolla alıb.

Hələlik rəsmlər İstinaq Komitəsindədir və tezliklə Milli Qalereyaya qaytarılacaq.


More on JAMnews