Amma ən çox tövsiyyə olunanlar – qocalar, hamilələr, xroniki xəstələr peyvənddən imtina edir" />

Ermənistanda daha çox insan qrip peyvəndinə razı olur

Amma ən çox tövsiyyə olunanlar – qocalar, hamilələr, xroniki xəstələr peyvənddən imtina edir

Ermənistanda mövsümi qripə qarşı artıq 36 minə yaxın insan peyvənd olunub. Amma risk qrupuna daxil olanlar: hamilələr, xroniki xəstəliyi olan insanlar, qocalar peyvənddən imtina edir. Çox vaxt valideynlər də övladlarını peyvənd elətdirməkdən boyun qaçırır.

Ümumi vəzuyyət nə yerdədir?

Bu gün ölkəyə gətirilən qrip əleyhinə peyvəndlərin demək olar ki, 77 faizi artıq istifadə olunub.

Peyvənd olunan 36 min nəfərin arasında yalnız 189 hamilə qadın var. Bu, ümumilikdə hamilə qadınların cəmi 1,5 faizini təşkil edir.

Yaşlı adamların yalnız 1.1 faizi, xroniki xəstəlikləri olan adamların isə cəmi 2.7 faizi və 6 aylıqdan 5 yaşa qədər bütün uşaqların cəmi 1.3 faizinin valideynləri peyvəndə razı olub.

Azərbaycanda niyə valideynlərin çoxu uşaqlarını peyvənd etdirmək istəmir?

Gürcüstanda təşviş. “Donuz qripi” üzündən on bir ölüm

İmmunoprofilaktika üzrə Milli Proqramın rəhbəri Qayane Saakyanın sözlərinə görə, risk qrupuna daxil olan insanlar bir neçə dəfə prosedura dəvət olunur. Amma onlar imtina etdikdə dərmanlar boşuna itmir:

“Əgər risk qrupundan olan insanlar bir neçə dəfə peyvənd üçün poliklinikaya dəvət olunursa, onlar isə imtina edirlərsə, istifadə olunmayan peyvəndlər risk qrupuna daxil olmayan sağlam vətəndaşlara təklif edilir. Onlardan çoxu məmnuniyyətlə razılaşır”.

 Yenə də donuz qripi

Bu mövsümdə regionda yayılmış A (H1N1, H3N2) və B tipli qripə qarşı peyvənd edilir.

Ermənistanda artıq daha çox donuz qripi kimi tanına H1N1 virusuna 10 yoluxma halı qeydə alınıb.

Tibb işçiləri peyvənd olunmağı tövsiyə edir, amma xəbərdarlıq da edirlər: qrip peyvəndi 6 aya qədər uşaqlara və peyvəndin tərkibindəki hər hansı komponentə allergiyası olan insanlara əks göstərilib.

  

 


More on JAMnews