Ölkə hakimiyyəti vurğulayır ki, Suriyada sırf humanitar fəaliyyətlə kifayətlənirlər " />

Ermənistan Suriyaya növbəti humanitar yardım göndərib

Ölkə hakimiyyəti vurğulayır ki, Suriyada sırf humanitar fəaliyyətlə kifayətlənirlər

Ermənistan Rusiya ilə birlikdə Suriyaya növbəti yük göndərib. Yerevan müharibə başlayandan Dəməşqə sülhyaradıcı yardım göstərir.

Pankisi dərəsində həyəcan – Suriyadakı müharibənin əks-sədası Gürcüstana qədər çatıb

Rəy: Putinin liberal olmadığını unudun. Onun müharibələrini xatırlayın

Yük nədən ibarətdir?

Humanitar yardım hərbi əməliyyatlar zamanı ziyan çəkən Suriya əhalisi üçün nəzərdə tutulub.

Bütün yük 9 konteynerdən ibarətdir. Bunlar ət və balıq konservləri (87,5 ton), şəkər (40 ton), həmçinin quru ərzaq payından (14,5 ton) ibarətdir.

Ermənistan və Rusiya tərəfi humanitar yardımı Suriyanın Qızıl Ayına təhvil verəcək, cəmiyyət isə yükü paylaşdıracaq.

Ermənistanın Suriyadakı humanitar missiyası

Suriyada hərbi əməliyyatların fəal fazası başa çatandan sonra, 2019-cu ilin fevralında Ermənistan Suriyaya humanitar missiya göndərib. 83 nəfərlik qrup istehkamçı və həkimlərdən ibarət olub. Bunlar minadan təmizləmə üzrə mütəxəssislər və tibb personalı idi.

Ermənistan tərəfi dəfələrlə vurğulayıb ki, Suriyada yalnız dinc məqsədlər güdür və sırf humanitar fəaliyyətlə kifayətlənir.

“Yardım hərbi əməliyyatlar aparılan zonadan kənarda göstəriləcək. Ermənistan mütəxəssisləri minadan təmizləmə, əhalinin mina əleyhinə məlumatlandırılması, həmçinin Hələbdə tibbi yardımın göstərilməsi ilə əlaqədar humanitar fəaliyyət həyata keçirəcəklər”, – Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovannisyan bildirib.

Ermənistan və Rusiya arasında razılaşma

Ermənistanın Suriyada humanitar əməliyyatda iştirakla bağlı qərarı haqda hələ ötən ilin sentyabrından məlum idi. Ermənistanın baş naziri Nikol Paşinyan artıq o zaman bildirmişdi ki, ermənistanlı mütəxəssilər hərbi əməliyyatlara cəlb olunmayacaq:

“Bu, sərf humanitar proqramdır və heç bir hərbi anlam daşımır. Biz bu proqramı Ermənistanın büdcə imkanları daxilində həyata keçirmək niyyətindəyik. Humanitar proqramın həyata keçirilməsinin bütün xərcləri 2019-cu il büdcə layihəsində nəzərdə tutulub”.

Amma Müdafiə Nazirliyinin mətbuat katini Artsrun Hovannisyan dəqiqləşdirib ki, Ermənistan mütəxəssislərinin Suriyaya göndərilməsi, həmçinin logistik təminatı “Rusiya tərəfinin dəstəyilə həyata keçirilir”.

Niyə Ermənistan bu missiyada iştirak edir?

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi aydınlaşdırıb:

“Suriya xalqına humanitar yardım göstərilməsi haqda qərar bu ölkədə, o cümlədən də Hələbdə hərbi əməliyyatlar nəticəsində yaranan ağır şərait, BMT Təhlükəsizlik Şurasının 2017 və 2018-ci il müvafiq qətnamələri, Suriya tərəfinin yazılı müraciətləri, həmçinin orada çoxsaylı erməni icmasının yaşaması amili nəzərə alınaraq verilib”.


More on JAMnews