Bu il bütün gələnlər üçün pulsuz olan 11 ictimai çimərlik fəaliyyət göstərəcək" />

Ermənistan. Sevan gölünün ictimai çimərlikləri açıldı

Bu il bütün gələnlər üçün pulsuz olan 11 ictimai çimərlik fəaliyyət göstərəcək

Bu gün Sevan gölündə ictimai çimərliklərin ictimai açılışı oldu, bütün arzu edənlər bu çimərliklərdən pulsuz istifadə edə bilər.

Göl ətrafında 11 istirahət zonası fəaliyyət göstərəcək, onlardan üçü əlavə pulsuz xidmətlər də göstərəcək: şezlonqlar və çətirlər, tibbi yardım, burada pulsuz idman və oyun meydançaları, xilasedici xidməti də fəaliyyət göstərəcək.

Bütün bunlar haqda Təbiəti Mühafizə Nazirliyinin Aparat rəhbərinin müavini, ictimai çimərliklə görə məsul olan Aşot Avalyan məlumat verib. O qeyd edib ki, qızmar günlərdə ictimai çimərliklər böyük ehtimalla basırıq olacaq və istirahət edənlərin təhlükəsizliyini təmin etmək üçün onların hər birində 4-5 xilasedici işləyəcək.

Avelyan əmin edib ki, Sevanın ictimai çimərlikləri yaxşı vəziyyətdədir. Onun sözlərinə görə, ötən il mövsüm zamanı bu çimərliklərə 180 min insan gəlib.

Sevanda ictimai çimərliklərlə yanaşı şəxsi, pullu çimərliklər də fəaliyyət göstərir.


More on JAMnews