Onların məlumatına görə, ilk dörd ay ərzində Rusiya tam 2018-ci ildən daha çox mühacir qəbul edib " />

Ermənistan sakinlərinin Rusiyaya axını yenə artıb – Rusiya mənbələrinə görə, bir neçə dəfə

Onların məlumatına görə, ilk dörd ay ərzində Rusiya tam 2018-ci ildən daha çox mühacir qəbul edib

Rusiyanın Qaydar adına İqtisadi Siyasət İnstitutunun tədqiqatına əsasən, Rusiyaya Ermənistandan mühacirlərin sayı artıb. 2019-cu ilin göstəricisi əvvəlki on ilin rəqəmlərindən daha çoxdur.

Niyə erməni fəhlələrə Rusiyaya getmək daha əlverişli deyil?

Gürcüstandan Avropaya gedən mühacirlər Rusiyada işləyənlərdən daha çox evə pul köçürür

Konkret rəqəmlər 

Qaydar adına İqtisadi Siyasət İnstitutunun tədqiqatında deyilir ki, 2019-cu ilin ilk dörd ayı ərzində Rusiya əhalisinin miqrasiya artımı ümumilikdə 98 min nəfər təşkil edib. Müqayisə üçün — ötən ilin analoji dövründə bu göstərici 57,1 min nəfər təşkil edib.

Daha çox Ermənistan və Ukraynadan olan mühacirlərin sayı artıb.

Əgər 2018-ci ilin yanvar-aprel aylarında Ermənistandan Rusiyaya 4 900 mühacir gəlibsə, 2019-cu ildə bu göstərici 2,5 dəfədən çox artıb və 12 800 nəfər təşkil edib.

Bu, Tacikistan (31 min), Qazaxıstan (26 500) və Ukraynadan (14 800) sonra dördüncü göstəricidir”, — hesabatda deyilir.

Bundan başqa, tədqiqata əsasən, 1 iyun 2019-cu ilə olan vəziyyətə görə, Rusiya ərazisində 490 mindən çox Ermənistan vətəndaşı olub.

Rusiya və Ermənistanda ekspertlər nə düşünür

Rusiyalı ekspertlər isə miqrasiya artımının bu qədər yüksək olmasına şübhə ilə yanaşır. 

“Bunun [bir çox ölkələrdən kəskin miqrasiya artımı] səbəbləri aydın deyil. Düşünürəm ki, miqrasiya uçotu sistemi və ya miqrasiya informasiyasının emalı hələlik haqqında bilmədiyimiz dəyişikliklərə məruz qalıb, çünki Rusiyanın Statistika Komitəsi bu haqda məlumat vermir. Bu, nəsə süni artımdır”, — Ali İqtisadiyyat Məktəbinin Demoqrafiya İnstitutunun aparıcı elmi işçisi Nikita Mkrtçyan deyir.

Ermənistanda ekspertlər mümkün göstərici artımının səbəblərini izah etməyə çalışırlar. Yerevan mətbuat klubunun sədri Boris Navasardyan hesab edir ki, ənənəvi mövsümi miqrasiya, həm də ölkədə gözlənilən dəyişikliklərin tempindən müəyyən məyusluq öz rolunu oynaya bilərdi:

“İnsanlar, xüsusən də xaricdə özlərinə yer tapmayanlar inqilabdan ilhamlanıb [söhbət 2018-ci ilin yazında baş verən “məxməri” inqilabdan gedir — JAMnews]. Onlarda ümid yarandı ki, Ermənistanda daha yaxşı yaşamaq mümkündür. Amma onların gözlədikləri dəyişikliklər baş vermədiyinə və ya baş verməyə imkan tapmadığına görə son illərdə müşahidə olunan tendensiya sadəcə təkrar başlayıb. İndi də insanlar artıq Ermənistandan kənarda özlərinə yer axtarır”.

Baş nazir müsbət saldo barədə 

Hələ 2019-cu ilin əvvəllərində həmin vaxt baş nazir vəzifələrini icra edən Nikol Paşinyan özünün Facebook səhifəsində ölkədən gedənlərin sayı barədə yazı yazıb. Yazıb ki, 2018-ci ilin yanvarın 1-dən dekabrın 25-nə qədər Ermənistanı tərk edənlərlə həmin dövr ərzində Ermənistana gələnlərın sayı arasında fərq plyus 20 713 təşkil edib:

“Ötən ilin göstəricisi minus 25 932 olub. Yəni ölkədən gedənlərin sayı gələnlərdən 25 932 nəfər çox olub”.

Sosial şəbəkələrdə nə yazırlar 

Sosial şəbəkələrdə insanlar fərqli fikirlər söyləyir. Bəziləri hesab edir ki, rəqəmlər çox şişirdilir – əslində o qədər də çox adam ölkədən getmir, digərləri göstəricilərin artımında artıq yeni hakimiyyəti günahlandırırlar.

Bu da şərhlərdən bəziləri:

“Əvəzinə Ermənistandakı hindlilərin güclü rəqabəti olmayacaq. Tezliklə də vizasız rejim olacaq, onların da sayı artacaq”.

 “Bunu Paşinyana demək lazımdır, iş olduğunu deyəndə, amma bu işə hansı maaşın verildiyini qeyd etməyəndə! Adamları səfeh yerinə qoyurlar!”

 “Boş-boş danışmaq lazım deyil! Adamlar sadəcə mövsümi işə gedir və tezliklə qayıdacaqlar!”

 “Hara getsələr də axırda qayıdacaqlar. Adamlar başa düşür ki, Ermənistandan yaxşı yer tapmayacaqlar. Həm də elə deyil ki, orada qucaqlarını açıb, onları gözləyirlər!”

 “Rusiyada həyat əvvəlki kimi yaxşı deyil, gələnlər də 500 rubla işləmək istəmir və geri qayıdır”.


More on JAMnews