Dörd parlament qüvvəsindən ikisi “əleyhinə” səs verib " />

Ermənistan parlamenti hökumət tərəfindən təqdim olunan “inkişaf proqramını” təsdiq edib

Dörd parlament qüvvəsindən ikisi “əleyhinə” səs verib

Ermənistan parlamenti bu gün yaxın 5 il üçün hökumətin proqramını təsdiq edib. Çoxluq, yəni 105 deputatdan 64-ü “lehinə”, 31 nəfər “əleyhinə” səs verib.

Parlamentdə təmsil olunan dörd siyasi qüvvədən ikisi – “Tsarukyan” və “Yelk” fraksiyaları hökumət proqramının əleyhinə səs verib. Onu iki digər qüvvə: Respublika fraksiyasının simasında baş nazirin komandası və onun koalisiya üzrə tərəfdaşı – “Daşnaksütun” partiyası dəstəkləyib.

Hökumət proqramı 5 faizli illik iqtisadi artım, təxminən iki dəfə yoxsulluq səviyyəsinin azaldılması, minimal maaşın artırılması, ixracın əhəmiyyətli artımını nəzərdə tutur.

Karen Karapetyanın sözlərinə görə, proqramın əsasında “təhlükəsiz, ədalətli və intellektual Ermənistan” konsepsiyası durur, o, həyatın keyfiyyətinin dəyişdirilməsinə istiqamətlənib – insanların rifahı yaxşılaşdırılmalıdır, biznes üçünsə daha stabil və təhlükəsiz mühit yaradılmalıdır.

Baş nazir bildirib ki, qarşıdan gələn beş il ərzində diaspora erməniləri və yerli sakinlər üçün münbit və rəqabət üçün mühiti yaradılmalıdır ki, Ermənistan “yaradıcılıq və quruculuq üçün dayaq” olsun, “sahibkarlar özlərini rahat hiss etsinlər”.

Karen Karapetyan korrupsiya ilə mübarizənin vacibliyindən danışıb. O vurğulayıb ki, Ermənistanda yeni anti-korrupsiya orqanının və qanunsuz varlanmanı kriminallaşdıran qanunun yaradılması korrupsiyaya qarşı “dözümsüzlük”dən xəbər verir.

Müxalifətçi deputatlar və iqtisadçılar bununla belə, təqdim olunan proqramdan razı deyillər. Onların fikrincə, hökumət Karen Karapetyanın başçılığı altında dərhal cavabların verilməsini tələb edən çox mühüm iqtisadi məsələləri iqnor edirlər.

Misal üçün, iqtisadçı Vaaqn Xaçatryan deyib ki, təqdim olunan “antiproqram”dır və o, Ermənistanda həyatın səviyyəsini dəyişməyəcək. Daha bir iqtisadçı Mesrop Arakelyan qeyd edib ki, Ermənistan vətəndaşları normal yaşamaq, ölkədən çıxmadan ailənin tələbatlarını ödəmək istəyirlər. Amma “bu, proqramda elan olunan 5 faizlik iqtisadi artımı həyata keçirməyə imkan verəcəkmi”? Arakelyanın fikrincə, bu sualın cavabı yoxdur.

Müxalifətçi deputatların diqqət mərkəzində daha bir məsələ varıydı: Karen Karapetyan 2018-ci ildən sonra öz vəzifəsində qalacaqmı.

Konstitusiyaya daxil edilən dəyişikliklərə əsasən, 2018-ci ildən sonra ölkəyə prezident deyil, baş nazir başçılıq edəcək – Ermənistan parlament üsul-idarəsi formasına keçib.

Bununla bağlı müxalifətçi deputatları aşağıdakı sual narahat edirdi: bu proqram fəaliyyətdə olan baş nazirin dövründə həyata keçiriləcək yoxsa 2018-ci ildən sonra hökumət rəhbəri dəyişəcək və tamamilə fərqli sənəd ortaya çıxacaq.

Bu sual artıq birinci dəfə deyil ki, təkrar edilir, Karen Karapetyan da nəhayət cavab verməli olub ki, “baş nazir olmağa hazırdır”.


More on JAMnews