İdxalla məşğul olan şirkətlər artıq qaz saxlanması üçün rezervuarların sayını artırır ki, gələcəkdə kəskin defisit yaşanmasın " />

Ermənistan maye qazsız qalıb – Yuxarı Lars yolu bağlanıb

İdxalla məşğul olan şirkətlər artıq qaz saxlanması üçün rezervuarların sayını artırır ki, gələcəkdə kəskin defisit yaşanmasın

Ermənistanda qar yağışı üzündən Yuxarı Lars nəzarət-keçid məntəqəsindən maye qaz keçirmək mümkün deyil. Öz avtomobillərində maye qaz üçün nəzərdə tutulan balonlar quraşdırmış sürücülər artıq bir həftədir ki, onları doldura bilmir.

Defisit niyə yaranıb?

Ermənistanda maye qaz defisiti bir neçə səbəbdən yaranıb. Başlıca səbəb hava şəraitidir. Ölkəyə maye qaz əsasən Rusiyadan gətirilir. Yeganə yol isə Yuxarı Lars nəzarət-keçid məntəqəsindən keçir. Dekabrın 31-dən qar yağışı üzündən bu keçid tez-tez bağlanmağa başlayıb. Ermənistanın cənubunda da yollar keçilməz hala düşüb, buna görə də İrandan qaz gətirilməsi də çətinləşib. Nəticədə Ermənistana artıq iki həftədir ki, maye qaz gətirilmir.

İkinci səbəb maye qaza olan tələbatın artmasıdır. Getdikcə daha çox sürücü öz maşınında xüsusi balonlar quraşdırır, çünki maye qaz benzindən daha ucuzdur.

Moskva-Suxum/i-Tbilisi-Yerevan

Gürcüstan-Rusiya arasında yük tranziti Abxaziya və Cənubi Osetiyadan keçəcəkmi?

Rusiya Ermənistan üçün qazın qiymətini qaldırıb

Sürücülər nə deyir?

Sürücülər artıq bir həftədir ki, yanacaq problemi ilə üz-üzədir. Bir çox qazdoldurma məntəqəsində “Qaz yoxdur” yazılmış lövhələr qoyulub.

“Bu gün bir neçə yerdə oldum. Heç yanda qaz yoxdur. Məcburən benzinlə sürməli oluram. Və bu vəziyyət artıq bir neçə gündür ki, davam edir”, – sürücülərdən biri deyir.

Qazın olmaması yalnız sürücülər üçün yox, eviləri hələ də qazlaşdırılmamış ölkə sakinləri üçün də böyük problemə çevrilib. Onlar da qaz balonlarını doldura bilmirlər.

Nəticədə hələ də maye qaz satılan qazdoldurma məntəqələrində uzun növbələr əmələ gəlir.

Vəziyyət yaxın zamanda həll ola bilər

Ola bilər ki, vəziyyət yaxın zamanda düzəlsin. Yuxarı Lars nəzarət-keçid məntəqəsi vaxtaşırı olaraq açılır. Məlumdur ki, maye qaz dolu iki sistern artıq Yerevana çatıb, amma hələ də kəskin çatışmazlıq hiss olunur.

İdxalçı şirkətlərdən birinin vitse-prezidenti Jirayr Axanecyan bildirib ki, 6 sistern də artıq şəhərə çatmaq üzrədir:

“Biz dekabrın 31-dən qaz almırıq, çünki yol bağlı idi. Yuxarı Larsla bağlı problem həmişə yaranır, amma bu il  pis hava şəraiti uzun çəkdi. Bizim bütün ehtiyatlarımız da tükəndi. Bu müddət ərzində biz qaz saxlanması üçün rezervuarlarımızın sayını artırmışıq. Odur ki, gələcəkdə belə vəziyyət yarana bilməz”.


More on JAMnews