Avropa İnsan Haqları Məhkəməsinin qərarı ölkəni 10 il ərzində ödədiyi kompensasiyaların ümumi məbləğindən daha çox məbləği ödəməyə mükəlləf edir" />

Ermənistan ilk dəfə hüquqları pozulduğu üçün öz vətəndaşına milyon avro ödəyəcək

Avropa İnsan Haqları Məhkəməsinin qərarı ölkəni 10 il ərzində ödədiyi kompensasiyaların ümumi məbləğindən daha çox məbləği ödəməyə mükəlləf edir

Avropa İnsan Haqları Məhkəməsi Ermənistanı 83 yaşlı ölkə vətəndaşı Yuri Vardanyana 1,6 milyon avro məbləğində cərimə ödəməyə mükəlləf edib. Bu məbləğ 2007-ci ildən 2018-ci ilə qədər Ermənistana qarşı qəbul edilmiş bütün qərarlara görə təyin edilmiş kompensasiyaların ümumi məbləğindən çoxdur.

Ermənistana qarşı birdən-birə üç qərar – Avropa İnsan Haqları Məhkəməsində

Ermənistanda məxməri inqilabı həyata keçirmiş şəxslər haqqında beş hekayə

Kimə və nəyə görə ödəyəcəklər

2007-ci ildə Yerevan sakinləri, Büzanda küçəsi, ev 13 ünvanında yaşayan Yuri Vardanyan, Artaşes Vardanyan və Şuşanik Nanuşyan Avropa İnsan Haqları Məhkəməsinə iddia ərizəsi ilə müraciət ediblər. Onlar bildiriblər ki, mülkləri, ələlxüsus: ev və torpaq sahəsi – dövlətin xeyrinə əllərindən alınıb və bunun müqabilində müqayisəyə gəlməz kompensasiya alıblar – və yalnız əmlaklarının bir hissəsinə görə.

2000-ci illərdə paytaxtın mərkəzi hissəsində köhnə evlər sökülürdü, belə ki, Şimal prospekti adlanan ərazini tikmək qərara alınmışdı. Onun tikintisi zamanı Yerevanın kiçik mərkəzinin yüzlərlə sakini zərər gördü – onları bəzən cüzi kompensasiya müqabilində öz evlərini tərk etməyə məcbur etmişdilər.

Təzə Yerevan köhnəni məhv edir

Konkret olaraq, AİHM-yə müraciət etmiş ailəyə kompensasiya şəklində bazar qiymətindən bir neçə dəfə az məbləğ ödənilmişdi. Müəyyən edilib ki, verilməli olan 276 milyon dram (570 min dollar) əvəzinə Vardanyanlar 54 milyon dram (111 min dollar) alıblar.

O ki qaldı torpağa görə kompensasiyaya, onu ümumiyyətlə ödəməyiblər. Bu qərar ona əsaslanıb ki, torpaq sahəsi Vardanyanların mülkiyyəti deyil.

AİHM-nin qərarı

Yuri Vardanyanın və onun ailəsinin hüquqlarının pozulmasını Avropa İnsan Haqları Məhkəməsi hələ 2016-cı ildə müəyyən etmişdi.

O zaman AİHM Ermənistanın Kassasiya məhkəməsinin sədri Arman Mkrtumyanı qeyri-obyektivlikdə və insanın ədalətli məhkəmə araşdırması hüququnu pozmaqda ittiham etmişdi.

Ermənistanda bu fakt çox fəal şəkildə müzakirə edilirdi və hətta peşəkar ictimaiyyət Mkrtumyanın öz vəzifəsini tərk etməsi tələbi ilə çıxış etmişdi. Lakin hakim tələsmirdi və yalnız 2018-ci ilin “məxməri” inqilabından və hakimiyyət dəyişikliyindən sonra vəzifəsindən getmişdi.

2019-cu ilin iyulunda isə Avropa İnsan Haqları Məhkəməsi kompensasiyanın məbləği haqqında qərar qəbul etdi.

 “Bu, insan haqlarının pozulmasının dəyəridir”

Avropa İnsan Haqları Məhkəməsində Ermənistanın nümayəndəsi Yegişe Kirakosyan “Azatutyun” (“Azadlıq”) radiosuna müsahibəsində  bildirib ki, məhkəmənin qərarı qüvvəyə mindikdən sonra Ermənistan hökuməti nə etməyə hazırlaşır.

«Əlbəttə, bu, Ermənistanın dərhal həyata keçirməli olduğu mükəlləfiyyətdir. Şərtsiz öhdəlikdir. Hazırda hökumətdə [ödənişin] mümkün variantları müzakirə edirlər ki, dövlət büdcəsinə ağır yükü nəzərə alaraq, büdcəyə təsiri yumşaltmaq istəyirlər Misal üçün, hissələrlə ödəniş kimi…»

Lakin iddiaçı bu təkliflə razılaşmazsa, Kirakosyanın sözlərinə görə, dövlət dərhal bütün məbləği ödəməlidir.

Hadisə cəmiyyət arasında da müzakirə olunur. İnsanlar narazıdır ki, hazırkı hökumət vergi ödəyicilərinin cibindən keçmiş hakimiyyətin qanunsuz qərarları nəticəsində baş vermiş pozuntuya görə nəhəng cərimə ödəməlidir.

Yegişe Kirakosyan izah edib ki, Ermənistan Respublikası bu qərarı kimin verməsindən asılı olmayaraq, öz öhdəliklərini yerinə yetirməlidir:

«Bu öhdəlik var və Ermənistan Respublikası məsuliyyət daşıyır. [Konkret] hökumət – Nikol Paşinyanın hökuməti və ya hər hansı digəri deyil… Əlbəttə, təəssüf ki, belə böyük məbləğ ödənilməlidir. Lakin onu qeydə almaq lazımdır ki, biz baş vermiş konkret hüquq pozuntusuna görə ödəyirik. Üzərinə öhdəlik götürmüş dövlət kimi biz dərk etməliyik ki, bu, müəyyən qədər hüquq pozuntusunun dəyəridir».


More on JAMnews