Məlum olub ki, heykəl sovet vaxtından burada qalıb və indi onu istifadə olunmayan əşyalar anbarına yerləşdirməyə hazılaşırlar " />

Ermənistan: Deputat Milli Məclis binasında Leninin heykəlini tapıb

Məlum olub ki, heykəl sovet vaxtından burada qalıb və indi onu istifadə olunmayan əşyalar anbarına yerləşdirməyə hazılaşırlar

Milli Məclis binasında deputatlardan biri sovet öndəri Vladimir Leninin heykəlini tapıb. Müxalif “Yelk” fraksiyasından olan deputat Nikol Paşinyan parlament otaqlarının birində tapdığı heykəlin şəklini Facebook səhifəsində paylaşıb.

“İndicə Milli Məclisdə görmüşəm bunu. Yəqin gətiriblər ki, apreldə Milli Məclis zalına qoysunlar. Sonuncu bolşevikin seçkiqabağı kampaniyasının başlanğıcı”, – Nikol Paşinyan paylaşdığı fotoya şərh yazıb.

2028-ci ilin aprelində parlamentdə baş nazir seçkiləri baş tutacaq. Konstitusiya dəyişikliyinə əsasən baş nazir dövlət başçısı funksiyasını yerinə yetirəcək.

Milli Məclisin ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Arsen Babayan bildirib ki, bu heykəl hələ sovet vaxtından parlament binasında qalıb.

“Sadəcə onu istifadə olunmayan əşyaların saxlandığı yerə aparmaq qərarına gəliblər”, – o deyib.

Onun sözlərinə görə, Leninin heykəlinin taleyi “aparat bu işlə məşğul olmaq qərarına gəldiyi zaman” biryolluq məlum olacaq.


More on JAMnews