Anna Hakopyan Mehriban Əliyevanın Qarabağda muğam dinləmək arzusu haqda sözlərinə belə cavab verib" />

Ermənistan baş nazirinin xanımı Azərbaycanın birinci xanımını Qarabağa dəvət edib, amma şərtlərlə

Anna Hakopyan Mehriban Əliyevanın Qarabağda muğam dinləmək arzusu haqda sözlərinə belə cavab verib

Anna Hakopyan, Mehriban Əliyeva, birinci xanım, Dağlıq Qarabağ, Qarabağ münaqişəsi, münaqişənin nizamlanması
Анна Акопян, Мехрибан Алиева, первая леди, Нагорный Карабах, карабахский конфликт, урегулирование конфликта, мугам

Mehriban Əliyeva

Ermənistan baş nazirinin xanımı Azərbaycanın birinci xanımına gözlənilməz təkliflə müraciət edib – o, Mehriban Əliyevanın Telegram social şəbəkəsində yazdığı statusa cavab olaraq onu birlikdə Qarabağa getməyə dəvət edib. Bakıdan bu dəvətə hələ heç bir reaksiya verilməyib.

“Bizim yeganə arzumuz Qarabağ şikəstəsini birlikdə Qarabağ torpağında dinləməkdir!” – Azərbaycanın birinci xanımı və vitse-prezidenti dekabrın 2-də yazıb.

Bu status ünvanlı olmasa da, dekabrın 4-də Ermənistanın baş nazirinin xanımı buna cavab verib.

Анна Акопян, Мехрибан Алиева, первая леди, Нагорный Карабах, карабахский конфликт, урегулирование конфликта,

Anna Hakopyan

“Mən Mehriban Əliyevanı Artsaxa dəvət edirəm və o, bizim qonağımız olacaq. Bizim xalqımız, artsaxlılar qonaqları necə qarşılamaq və hörmət etmək lazım olduğunu bilir.  …Bizim muğam təşkil edə bilərik, biz onun arzusunu həyata keçirə bilərik və o, öz sevimli muğamını Qarabağda dinləyər”, – Anna Hakopyan Yerevanda BMT-nin Təhlükəsizlik Şurasının “Qadınlar, dünya və təhlükəsizlik” qətnaməsi üzrə beynəlxalq konfransda bəyan edib.

Amma o deyib ki, əgər arzu müharibə nəticəsində Qarabağa gəlib, muğam dinləməkdən ibarətdirsə, “bu cür arzu həyata keçməmiş qalacaq”.

“Əgər onlar yeni müharibəyə başlasalar, böyük ehtimalla yeni yaşayış mıntəqələri yaranacaq ki, orada onların muğam dinləmək arzusu real olmayacaq. …Bu arzuya çatmağın ancaq bir yolu var – sülh, Artsaxla dost münasibətlər və qonaq qismində qarşılıqlı səfərlər”, – Anna Hakopyan bildirib.

O, əlavə edib ki, Bakıya qarşılıqlı səfər etməyə hazırdır.

Nə Mehriban Əliyevadan, nə də Azərbaycanın rəsmi strukturlarından Anna Hakopyanın sözlərinə hələ heç bir reaksiya gəlməyib.

Azərbaycan və Ermənistan arasında ikitərəfli əlaqələr heç vaxt olmadığı dərəcədə fəallaşıb

2019-cu ilin payızında Ermənistan-Azərbaycan arasında müxtəlif səviyyələrdə ikitərəfli əlaqələr kəskin fəallaşıb.

17-21 noyabrda Ermənistandan olan iki və Dağlıq Qarabağdan olan bir jurnalistin Azərbaycana səfəri baş tutub, Azərbaycandan olan üç jurnalist isə Ermənistana və Dağlıq Qarabağa səfər edib.

Sonuncu dəfə erməni jurnalistlər mütəşəkkil şəkildə Azərbaycana 2001-ci ildə getmişdilər.

Dekabrın 4-də Ermənistanın baş nazirinin bildirdiyinə görə, Ermənistanın rəsmi nümayəndə heyəti 14-cü TRASECA iclasında, o cümlədən də strukturun 20 illiyinə həsr olunmuş konfransda iştirak etmək üçün Bakıya yollanıb. Rəsmi Bakı Ermənistan nümayəndə heyətinin Bakıya səfərini hələlik təsdiqləməsə də, təkzib də etməyib.

TRASECA – Avropa İttifaqının 1993-cü ildə təklif etdiyi əməkdaşlıq proqramıdır. Onun məqsədi Qara dəniz, Qafqaz və Xəzər dənizi vasitəsilə Avropadan Orta Asiya ölkələrinə nəqliyyət dəhlizinin inkişaf etdirilməsi, bir növ Böyük İpək Yolunun bərpa edilməsidir.

Sonuncu dəfə Ermənistanın rəsmi şəxsləri Bakıya 2017-ci ildə səfər edib. O zaman “Euronest” Parlament Assambleyasının Bakıda keçirilən konfransına Ermənistan parlamentinin xarici əlaqələr komitəsinin sədri Armen Aşotyan və deputat Mane Tandilyan qatılmışdı.

Həmçinin dekabrın 4-dəErmənistan və Azərbaycanın xarici işlər nazirlərinin görüşü baş tutub. Elmar Məmmədyarov və Zohrab Mnatsakanyan hazırda Bratislavadadırlar. Orada ATƏT-in nazirlər konfransı keçirilir. Bu tədbir çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi və iştirakı ilə XİN rəhbərlərinin görüşü baş tutacaq.

 

 

Dağlıq Qarabağ Respublikası Cənubi Qafqazda tanınmamış respublikadır, əhalisinin böyük əksəriyyəti etnik ermənilərdən ibarətdir. Dağlıq Qarabağ 1991-1994-cü illərdə hərbi əməliyyatlar nəticəsində ətraf ərazilərlə birlikdə Ermənistan tərəfinin nəzarəti altına keçib. Münaqişə “dondurulmuş” hesab olunur, qoşunların təmas xəttində hələ də atışmalar davam edir, insanlar həlak olur.


More on JAMnews