Artıq vətənə qayıdanlar danışır " />

Ermənilər Çində niyə ingilis dili dərsi keçir?

Artıq vətənə qayıdanlar danışır

Son zamanlar Ermənistan gəncləri əmək miqrasiyası üçün yeni istiqamət kəşf edib – Çin. Üstəlik təəccüblü olan yalnız ölkə seçimi yox, həm də əksər miqrantların ixtisasıdır. Onlar Çinə ingilis dili dərsi deməyə gedirlər. Çində hazırda 900 nəfərə yaxın erməni müəllim var.

Okeanın o tərəfində iş

Hollandiya əsilli erməni iş adamları haqda 

Artıq Çində iş təcrübəsi olan gənclər yola düşmək üçün tələsməməyi və hər şeyi yaxşı-yaxşı götür-qoy etməyi tövsiyə edirlər.

Sveta. Uğur hekayəsi

Gümrili Sveta Qukasyan üç il əvvəl Çinə ilk yola düşənlərdən olub. O, Yerevanda “ingilis dili müəllimi” ixtisası üzrə bakalavr, Ermənistanın Amerika Universitetində isə magistr təhsili alıb.

 

2016-cı ildə o, AIESEC-ə (Association Internationale des Étudiants en Sciences Économiques et Commerciales) müraciət edib. Bu beynəlxalq təşkilat 18-30 yaş arası gənclərə Ermənistanda və ölkə hüdudlarından kənarda özünü realizə etmək imkanları təqdim edir. Orada Svetaya Çində iş tapmaqda kömək ediblər.

İxtisaslı mütəxəssis kimi ona əvvəlcə ayda 2500 dollar maaş verir, mənzil kirayəsini ödəyir və hər üç aydan bir maaşını qaldırırdılar. Bu, ona görə mümkün olub ki, Sveta Çində ixtisasartırma keçib, ingilis dili müəllimi ixtisasına yiyələnib və 12 yaşa qədər uşaqlara xüsusi metodika üzrə dərs demək hüququ əldə edib. Onun yolu ilə getmək istəyən hər kəsə xəbərdarlıq edir:

“Bəzilərinin ingilis dili ortababdır və onlar Ermənistanda heç orta səviyyəli menecer vəzifəsində də işləyə bilməzlər. Amma onlar uydurma ingilis dilini Çində tədris etməyə gedirlər. Onları əməkhaqqı həvəsləndirir – Ermənistanda ayda 200 dollar ala bilərdilər, Çində isə 1200-1500 ödəyirlər. İndi orda yoxlama keçirməyə başlayıblar, çünki anlayıblar ki, gələnlərin heç də hamısının ingilis dili biliyi lazımi səviyyədə deyil”.

Alvard. Niyə Çin müəllimləri “idxal” edir?

“Bu, onlar üçün nüfuz məsələsidir ki, məktəbdə əcnəbi müəllim olsun. Əgər sən xarici görünüşcə asiyalı deyilsənsə, deməli, sən ingilis dilini bilirsən, sənin dil daşıyıcısı olub-olmamağın da önəmli deyil. əksən çinllilər belə düşünür. Məktəblər isə şagird cəlb eləmək üçün əcnəbi müəllimləri işə götürürlər”, – gümrili Alvard Qriqoryan danışır.

O, Gümri Dövlət Pedaqoji İnstitutunu “ingilis dili tərcüməçisi” ixtisası üzrə bitirib. Çinə yüksək əməkhaqqı dalınca gedib.

 

İlk dərsdən sonra Alvard çinlilərin müəllimləri niyə xaricdən gətirdiklərini anlayıb: 

“Çinlilərin ingilis dilini zarafatyana “çinqliş” adlandırırlar. Onlar samitlə bitməyən bütün sözlərin sonuna “e” səsinə bənzər səs artırırlar, o cümlədən də ingilis dilində. Məsələn, sinifimdən soruşuran: What is this? Onlar mənə cavab verir: “İte ize buke”. Çinli ingilis dili müəlllimləri uşaqları elə bu cür öyrədirlər. Xarici mütəxəssislər onların tələffüzünü düzəltməyə çalışır”.

Alvard yenidən Çinə getməyi və əvvəl işlədiyi məktəbdə işləməyi planlaşdırır, orada ona artıq daha yüksək əməkhaqqı vəd edirlər.

 

Hasmik. Etibarlı vasitəçi tapmaq lazımdır 

Hasmikin sözlərinə görə, o, Gümridə sevdiyi işi atıb Çinə gedib, çünki dünyanı görmək arzusu olub.

Hasmik vətənini tərk edənlərin Çində qarşılaşdığı problemlər haqda danışır: 

“Erməni miqrantlar ucuz işçi qüvvəsi hesab olunur. Onların əməkhaqqı ingilis dilinin dövlət dili olduğu ABŞ, İngiltərə və ya Cənubi Afrikadan gələnlərin əməkhaqqından 500-1000 dollar azdır”.

Hasmik deyir ki, ilk və əsas addım etibarlı vasitəçi tapmaqdır.

Ermənistanın Çindəki səfiri. Niyə insanlar deportasiya olunur?

Ermənistanın Çindəki səfiri Sergey Manasaryan danışır: 

“Çin məktəbində ingilis dilini bu dilin ana dili olduğu insanlar və ya ingilis dili müəllimliyi üzrə beynəlxalq sertifikatı olanlar, bir də öz bilik və təcrübəsini sübut edə bilənlər tədris edə bilər.

Ermənistandan gələn insanların əksəriyyəti nə birinci, nə də ikinci meyara uyğun gəlmir. Onlar ingilis dilini bilir, amma bilmək və tədris etmək ayrı-ayrı anlayışlardır. Və mütləq biznes-viza lazımdır, əks təqdirdə işverənlə münasibətlərdə siz heç bir hüquqa sahib deyilsiz”, – Sergey Manasaryan izah edir.

Ötən il Ermənistanın 15 vətəndaşı biznes-vizaları olmadığı üçün deportasiya olunub. Bundan sonra onlar 5 il müddətində Çinə gəlmək hüququndan məhrum olurlar.

Statistika kəskin artım qeydə alıb 

2003-cü ildə Çində Ermənistandan olan 60 nəfərdən az əmək miqrantı yaşayırdı.

2013-cü ildə onların sayı 500 nəfərə çatıb. 

2019-cu ilin ilkin göstəricilərinə görə, Ermənistan pasportu ilə Çində yaşayan və işləyənlərin sayı 2500 nəfər civarındadır.


More on JAMnews