London və Pekində qalmaq asanlaşıb " />

Dünyada bahalı şəhərlər ucuzlaşır

London və Pekində qalmaq asanlaşıb

Pekində diplomatların qəbulu. Rəsm əsəri James Gillray, 1793-cü il. Foto Londonda Milli portret qalereyasının saytından götürülüb 

2016-2017-ci illərdə dünya iqtisadiyyatında baş verən dəyişikliklər nəticəsində dünyanın bəzi çox bahalı şəhərlərində həyat əməlli-başlı ucuzlaşıb.

BBC xəbər verir ki, “Economist Intelligence Unit” (EIU) beynəlxalq analitika şirkəti tərəfindən tərtib olunan illik Yaşayış Minimumu İndeksində London və Pekin birdən özlərini əvvəlkindən xeyli daha aşağı mövqelərdə gördülər.

London

Ölkənin Avropa İttifaqından çıxması ilə bağlı keçirilən referendumda səsvermənin nəticəsi dərhal funt sterlinqin məzənnəsində özünü göstərdi – o dərəcədə ki, uzun müddət dünyanın yaşayış üçün ən bahalı paytaxtlarından biri olan London cəmi bir ilə “Economist Intelligence Unit” indeksində on səkkiz mövqe endi.

Digər ölkələrdən olan turistlər indi onlar üçün daha ucuz olan malları olmaq üçün Britaniyanın paytaxtına axışdılar. Bəzi hesablamaları görə, Londonda əcnəbilərin xərclərinin səviyyəsi ötən illə müqayisədə 36 faizdən çox artdı.

Pekin

Çinin bir çox şəhərləri EIU indeksində öz yüksək mövqelərini itirdilər – bəziləri 10-dan çox mövqe aşağı düşdü, misal üçün, Pekin.

EIU sənədində səbəblər göstərilməsə də, bəzi mənbələrə görə, bu, Çin ixracına tələbatın azalması və yuanın dollara nisbətdə zəifləməsi səbəbindən baş verib.

Təxminən Londonda olduğu kimi, mənzil kirayələməyin mümkünlüyü şəhərin mərkəzindən nə qədər uzaqlıqda qalmağa hazır olmağınızdan asılıdır. Paytaxt mərkəzindən şərqə doğru 22 kilometr aralıda yerləşən Tuncjou rayonunda ayda təxminən 300 dollara ev kirayələmək olar.

Ötən il ərzində həyatın xeyli ucuzlaşdığı dünyanın digər paytaxtları arasında Nigeriyanın paytaxtı Laqos və Meksikanın əsas şəhəri olan Mexiko da var.


More on JAMnews