Uşaq kimi gizlənən kənd. Burada uşaqlar yoxdur. Böyüklərə də rast gəlmək olmur" />

Daha siqnal səsləri yoxdur

Uşaq kimi gizlənən kənd. Burada uşaqlar yoxdur. Böyüklərə də rast gəlmək olmur

Aşağı Ruk kəndi. Cav rayonu, Cənubi Osetiya. Osetin dilində bu, Dallaq Ruk kimi səslənir.

Kəndin ən yaşlı sakini- Aleksandr Sergeyeviç Pliev. O, burada dünyaya gəlib və demək olar ki, 50 il əhali sayı 200 nəfər olan yaxın 9 kəndin yeganə həkimi olub. Uşaqlıqdan hamı ona Puşkin deyirdi, və bir çoxu hətta əmin idi ki, onun pasportunda da adı belə yazılıb. O özü isə deyir ki, adının və soyadının böyük şairlər eyni olması ona qoyulan ləqəbin əsl səbəbi deyil.

Ruk kəndi Qafqazın ən qədim kəndlərindəndir. Bir çox tarixi faktlar kəndin əsasının 12-13-cü əsrdə qoyulduğunu deyir. Lakin, güman ki onun tarixi daha əvvəllərə gedir.

Kənd əhalisinin ən çox olduğu zamanlarda 3000 nəfər əhalisi olub. Demək olar ki, Ruk kəndində günümüzə qədər gəlib çatan hər bir evin qalası var. Bu qalalar ya müdafiə ya da yaşayış evi funksiyasını daşıyırdı. Əgər qış olduqca sərt və qarlı keçərdisə qalanın aşağı mərtəbəsi heyvanların saxlanılması üçün istifadə edilirdi. Osetin kəndlərinin bir çoxunda siqnal qalaları da vardı ki, bu qalalar digər kənddən aydın şəkildə görünürdü. Hər hansı bir təhlükə barədə xəbərdarlıq etmək üçün qalanın başında ocaq qalanırdı.

Bu evin divarı 19-cu əsrin sonlarında tikilibdir. Yerli əhalinin sözlərinə görə Ruk kəndi 1920-ci ildə sovet Rusiyasının tərkibinə qatılmaq istəyən Cənubi Osetiya və yeni qurulan Gürcüstan Respublikasının arasında başlayan müharibə zamanı tamamilə yandırılmışdır. Gürcüstan Respublikası Sovetlərin tərkibinə qatılmaq və ya onunla hər hansı əməkdaşlıq etmək istəmirdi. Həmin vaxt kənddə yalnız qədim qalalar qalmışdı.

Yerli əhali deyir ki, neçə illər kənd boş qalmış yalnız 6 il sonra kəntdə yaşayış yenidən bərpa olunmuşdur.

Puşkinin atası bu evi 1926-ci ildə tikib. Dördkünc heç bir pəncərəsi olmayan bir qapılı sadə ev.

Aleksandr Sergeyeviç oğluna baba evini söküb yerində yeni ev tikməsinə icazə verməyib. Daha sora ata ilə oğul ortaq məxrəcə gəlib evin bir hissəsinə müasir tikili əlavə ediblər. Püşkin deyir ki, o evinin köhnə hissəsini daha çox sevir

Müasir dam ötüyünün atında osetin milli ornamentləri ilə bəzənən yeni balkon var.

Bu məktəb 1862-ci ildə tikilib. Sənədlərə görə burada 300 nəfər şagird təhsil alıb. Məktəb uzun illər istifadəsiz qalıb.

 

Puşkin tərk edilmiş evləri istifadə etməyin üulunu tapıb – o orada heyvanları saxlayır.

11Bu anası ölmüş quzudur.Onun anasını dişi canavar həyətdən oğurlayıb. Puşkinin nəvələri quzuya KOKO adını verib.

Puşkin və Bella 42 ildir ki, evlidir. Onlar 1973-cü ildə evləniblər. O Bellanın evində düz 3 dəfə öz elçilərini göndərib. Onlar arasında yaş fərqi 10 ildir. Lakin Puşkin öz dediyindən dönmür və sevdiyi xanımla evlənir.

Puşkin və xanımı xırda buynuzlu heyvanlar və arılar saxlayır. Onların böyük ailəsi var. Lakin ailə üzvlərinin çoxu şəhərdə və ya şəhərə yaxın yerlərdə yaşayır. Nəvələr nənə -babalarının yanına istrahətə gəlir, lakin ilin çox hissəsini pensionerlər tək qalır.

Bu yerlərdə yaşayış evlərindən çox dağılmış evlərin xarabalıqları var. Lakin Puşkin deyir ki, o buraları heç vaxt tərk edib getməz.

O deyir ki, onun həyatı evinin müasir və köhnə hissəsinin sintezindən ibarətdir. Yeri gəlmişkən, evin giriş qapısı dəyişilməyib.

Puşkinin nəzarət etdiyi qonşularının evləri. Evin alt hissəsi ötən əsrin ilk illərində tikilib. Yuxarı hissəsi isə daha müasirdir.

Ruk kəndi öz qalaları ilə Qafqazı gözlər önünə sərir. Baş Qafqaz sıra dağlarına gəldikdə ilk öncə qarşınıza Yuxarı Ruk kəndi (Uallaq Ruk) çıxır. Bu kənd açıq hava altında müzeydir.

Evlərin qala divarları tikilən zaman tikinti materialının içərisinə toyuq yumurtasının sarısını qatıblar. İndi burada qartallar yuva qurub.

Nəşr olunan materiallardakı terminlər, toponimlər, fikirlər və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materialların altında yazılan və təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuran kimi dəyərləndirilən şərhləri silmək haqqını öz üzərində saxlayır

More on JAMnews