İndi bu preparatı yayanları həbs gözləyə bilər " />

Cənubi Osetiyada “Lirika”ya görə cəza sərtləşdirilib

İndi bu preparatı yayanları həbs gözləyə bilər

Cənubi Osetiyada “Lirika”ya görə məsuliyyət sərtləşdirilib. İndi bu preparatı yayanları həbs edə bilərlər.

“Lirika” ağrıkəsicisi insult keçirənlərə təyin edilir.

Amma son zamanlar bu preparatın tibbi təyinat olmadan istifadəsi hallarının artması qeydə alınıb. Əvvəllər qanuna görə, onun yayılması və istifadəsinə görə inzibati məsuliyyətə cəlb olunurdular, cərimə isə “Lirika” həblərinin miqdarından asılı olaraq, 15 dollardan 150 dollara qədər dəyişirdi.

Cənubi Osetiya parlamentinin deputatları yekdilliklə “Lirika” preparatı və onunu analoqlarının yayılmasına görə inzibati və cinayət məsuliyyəti haqqında qanunun qəbul edilməsinin lehinə səs verib. “Lirika”nın yayılmasına görə qanun pozuntusunun inzibati kateqoriyadan cinayət kateqoriyasına keçirilməsini doğru sayıram. “Lirika” satıcısı üçün cərimə onun gün ərzində qazana bildiyi məbləğlə – 100 min rublla (1.5 min dollar) müqayisədə heç nədir. Bir həbin qiyməti 1000 rubla (15 dollara) çatır. “Lirika” bizə Şimali Qafqazdan gəlir. Təəssüf ki, gömrükdə narkotikin aşkar edilməsi üzrə xüsusi öyrədilmiş itlər “Lirika”nın izini götürmür, ona gör də bu preparatın böyük partiyasını keçirmək heç də çətin deyil. Əgər deyək ki, yaymaya görə tutulan adamdan 1-2 həb götürülübsə, o, inzibati cəza alacaq, inzibati məsuliyyət təyin olunan vaxt da bu və ya digər adamın neçə dəfə saxlanması faktı da nəzərə alınacaq”, – Cənubi Osetiya parlamentinin deputatı Aleksandr Pliyev Jamnews-a bildirib. – “Bu preparat özünün depressiyanın müxtəlif növləri, hətta suisidal depressiyaya qədər gətirib çıxaran psixoloji fəsadları ilə təhlükəlidir. Bu yaxınlarda bir neçə nəfər (“Lirika”dan asılı – redaktor qeydi) Şimali Osetiyaya müalicəyə getməli oldular”, – deyə Aleksandr Pliyev izah edib.

İlk dəfə “Lirika” Cənubi Osetiyada 2015-ci ilin iyul ayında qadağa altına qoyulub, bu zaman parlament bu preparat və onun analoqlarının qanunsuz  gətirilməsi, satışı və istifadəsini qadağan edən qanun qəbul edib.


More on JAMnews