«Biz soyqırımının qiymətini bilirik və davamlı olaraq çalışmalıyıq ki, ədalət qələbə çalsın», - Ermənistanın xarici işlər naziri" />

Bütün dünya erməniləri erməni soyqırımı qurbanlarının xatirə gününü qeyd edirlər

«Biz soyqırımının qiymətini bilirik və davamlı olaraq çalışmalıyıq ki, ədalət qələbə çalsın», - Ermənistanın xarici işlər naziri

Ermənistanda aprelin 24-də Osmanlı İmperiyasında ermənilərin soyqırımının qurbanlarının xatirə günü qeyd olunur. Əsas etibarilə 1915-ci il hadisələrinin qurbanlarının törəmələrindən ibarət olan bütün erməni diasporu dünyanın bütün ölkələrində yas mərasimləri təşkil edirlər.

Yerevanda hər il səhərdən etibarən minlərlə insan çiçəklərlə bir milyon beş yüz min nəfər həlak olanların xatirəsinə ucaldılmış “Tsitsernakaberd” xatirə kompleksinə gedir.

Aprelin 24-də Ermənistanda rəsmi olaraq soyqırımı qurbanlarının xatirə günü qeyd olunur. Erməni soyqırımı 1915-ci ildə Osmanlı İmperiyasında törədilmiş kütləvi qətliamdır. O vaxta kimi Osmanlı İmperiyasının ərazisində iki milyon yarıma qədər erməni yaşayırdı.

Qətllər və  kütləvi deportasiya nəticəsində onların yarıdan çoxu həlak olub. Ermənistan və bir neçə Qərb ölkəsi və təşkilatları rəsmən həmin hadisələri soyqırımı kimi tanıyırlar. Türkiyə bu ifadəni qəti olaraq qəbul etmir.

Osmanlı türkiyəsində erməni soyqırımı barədə danışmağa qoyulmuş qadağadan xatirə kompleksinin tikintisinə qədər olan yolu Ermənistan necə keçdi

Ermənistan-Türkiyə: Bundan betəri olmur

 «Cəzasızlıq yolverilməzdir»

Hökumət başçısı Nikol Paşinyan da bütün ermənilərin katolikosunun, prezidentin və Ermənistanda təmsil olunmuş diplomatik korpusun müşayiəti ilə soyqırımı qurbanlarının xatirəsini yad edib.

Xarici işlər naziri Zöhrab Mnatsakanyan “Tsitsernakaberd” xatirə kompleksindəki əbədi məşəldən aralanan kimi jurnalistlərin suallarına cavab verib. O bildirib ki, Ermənistan soyqırımlarının qarşısının alınması üçün səylərini əsirgəmir:

«Erməni soyqırımının tanınması yalnız bizə qarşı ədalətin bərpa olunmasına doğru atılmış addım deyil. həm də soyqırımlarının qarşısının alınmasına doğru atılmış addımdır. Biz soyqırımının qiymətini bilirik və biz borcluyuq ki. ədalətin qələbə çalması naminə davamlı olaraq çalışaq. Cəzasızlıq, sadəcə olaraq, yolverilməzdir».

O ki qaldı Türkiyə ilə qarşılıqlı münasibətlərə və Ermənistan-Türkiyə sərhədinin açılması ilə bağlı danışıqların yeni mərhələsinin başlanmasının mümkünlüyünə, Mnatsakanyan deyib:

«Təəssüf ki, rəsmi Ankaradan gələn xəbərlər ümidvar etmir. Lakin biz heç vaxt deməmişik ki, soyqırımının tanınması ilkin şərtdir [diplomatik münasibətlərin qurulması və digər məsələlər üzrə danışıqlar üçün – JAMnews]».

Türkiyənin bəyanatına Ermənistan XİN-in cavabı

Dünən Türkiyə hökuməti bəyanat verərək bildirib ki, Ermənistan 1915-ci il arxivlərini açmağa qorxur, belə ki, bundan sonra dünya 1915-ci hadisələrinin “erməni soyqırımı olmadığının, əksinə, Osmanlı İmperiyasında erməni dəstələri tərəfindən müsəlman əhalisinin məhv edilməsi olmasının” sübutlarını əldə edəcək.

Ermənistan XİN-in mətbuat katibi Anna Nağdalyan bu bəyanata cavab verib:

«İnkar pərdəsi altında soyqırımına bəraət qazandırılması biabırçı və təhlükəli haldır. Biz bütün bu müddət ərzində Türkiyə tərəfindən erməni soyqırımının inkar edilməsinin müxtəlif formalarının şahidi olmuşuq. İnkar davamlı olsa da, formaları və məzmunu belə olmayıb.

Bunlar hər zaman dəyişikliyə uğrayıb: gah soyqırımının günahkarları ilə qurbanlarını tərəzinin eyni gözünə qoymağa cəhd edilib. gah da bu halda olduğu kimi, soyqırımının qurbanları ittiham edilib və günahkarlarına haqq qazandırılıb. Tez-tez saxtakarlıqlara yol verilir, misal üçün, bildirilir ki. arxivlərimiz qapalıdır, halbuki, soyqırımı üzrə bütün ekspertlərə məlum olduğuna görə, Ermənistan arxivləri açıqdır».

 ABŞ-ın mövqeyi

“Tsitsernakaberd” xatirə kompleksini ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi də ziyarət edib.

Səfir Vaşinqton tərəfindən erməni soyqırımının tanınması məsələsində hər hansı yeniliyin olub-olmaması sualını cavablandırarkən bildirib ki, ABŞ tarixi faktları inkar etmir:

«1915-ci ildə baş verənlər XX əsrin ən böyük vəhşiliklərindən biridir, bizi erməni xalqının dözümü ilhamlandırır».

Erməni soyqırımı hələlik ABŞ tərəfindən federal səviyyədə tanınmayıb. Lakin onu ayrı-ayrılıqda ölkənin, Missisipi ştatı istisna olmaqla, bütün .ştatları tanıyıb.

Nəşr olunan materiallardakı terminlər, toponimlər, fikirlər və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materialların altında yazılan və təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuran kimi dəyərləndirilən şərhləri silmək haqqını öz üzərində saxlayır

More on JAMnews