Əsas nəticələr: çox şey əldə olunub, amma əsas addımlar hələ irəlidədir" />

Biznesi hakimiyyətdən ayırmaq – Nikol Paşinyanın ilk 100 günü ərzində Ermənistan iqtisadiyyatında nələr baş verib

Əsas nəticələr: çox şey əldə olunub, amma əsas addımlar hələ irəlidədir

Nikol Paşinyanın Ermənistanın baş naziri postunda hakimiyyətinin ilk 100 günü belə görünür ki, ilk növbədə çoxsaylı korrupsiya ifşaları və səs-küylü həbslərlə yadda qalacaq.

Amma bu aksiyalar “inqilabi” Ermənistan hökumətinin yeni iqtisadi proqramının təkcə səs-küylü, qalmaqallı hissəsidir. Yeni baş nazir Nikol Paşinyan Ermənistanda hakimiyyətə 2018-ci ilin aprel ayında “məxməri inqilab” nəticəsində gəlib. Ənənəvi 100 gün keçib – hansı iqtisadi islahatlar işə salınıb, hansı nəticələr əldə olunub, hansı istiqamətlər bəyan edilib? Ekspertlərin şərhlərinə əsaslanan addım-addım icmalı təqdim edirik.

İqtisadiyyatın stabilləşdirilməsi

Ermənistanda 2018-ci ilin altı ayının nəticələrinə görə iqtisadi fəallığın göstəricisi 8,9 % təşkil edib – ötən ildə həmin dövr ərzində 6,1 % olub. Milli valyuta inqilab günlərində və ondan sonra əhəmiyyətli dərəcədə dəyişib.

Bununla belə, bəzi sahələrdə göstəricilər aşağı düşüb. Buna görə də Nikol Paşinyan hökumətin birinci dərəcəli vəzifəsi kimi iqtisadiyyatın sabitləşməsini göstərib.

Ermənistanın Karen Karapetyanın başçılığı ilə əvvəlki Nazirlər Kabineti 2018-ci ilə 4,5%-lik iqtisadi artım planlaşdırıb. Birinci yarımillikdən sonra aydın oldu ki, bu göstərici əhəmiyyətli dərəcədə yüksək olacaq. İlin nəticələrinə görə, mütəxəssislər azı Ermənistan iqtisadiyyatının 6,5 faizlik artımını planlaşdırırlar.

Qrant Mikaelyan, iqtisadçı:

“İqtisadiyyatın inqilaba reaksiyası adətən belə hallarda olduğu kimi, stressli idi. Amma təsir o qədər də dərin olmadı. Mənim qənaətimə görə, iqtisadiyyat ÜDM-nin artımının ümumi həcmindən 2,5 faiz itirib”.

Baqrat Asatryan, iqtisadçı:

“Məxməri inqilab” maliyyə bazarlarında çətinliklər yaratdı, pulun geriyə axını qeydə alındı. 2018ci ilin aprel ayında Ermənistanın beynəlxalq ehtiyatları 200 milyon dollar azaldı.

Amma başlayan iqtisadi enişi artıq düzəltmək mümkün olub.

İli artıq indi də kənd təsərrüfatı üçün uğurlu hesab etmək olar. Yekun nəticələr barədə danışmaq hələ tezdir, amma iyula olan məlumata görə, meyvə və tərəvəzin ixracı 70 faiz artıb. Başqa sahələrdə də əhəmiyyətli artım qeydə alınıb”.

Qrant Mikaelyan, iqtisadçı:

“Hazırda xidmət və ticarət sahəsində yaxşı artım müşahidə olunur. Hansısa dərəcədə inşaatda da. Bu, Ermənistan ətrafında ümumi müsbət fonla bağlıdır. Ermənistan AİB-ə inteqrasiya olunub, amma həm də ABŞ və Aİ ilə də GSP və GSP+ rejimləri də işləyir. Gürcüstanla ticarət müqaviləsi işləyir. İran sanksiyaların altından çıxıb (ən azı, ABŞ-ın yeni sankskiyalarına qədər)”.

Bazarda monopoliyalara qarşı mübarizə

Yeni hökumət öz işinin ilk günündən Ermənistan bazarında süni monopoliyalara qarşı mübarizə aparacığını bildirib. Baş nazir Paşinyan deyib ki, hər bir vətəndaşın Ermənistana istənilən malı maneəsiz gətirmək imkanı olmalıdır.

Paralel olaraq məlum olub ki, ticarətlə məşğul olan bir sıra şirkətlər, o cümlədən iri “Yerevan City” supermarketlər şəbəkəsi illərlə vergi ödəməyib. Bütün bu qurumlar dövlət büdcəsinə ödəmədikləri vergiləri qaytarıb və yeni qaydalarla işləməyə başlayıblar. Bununla belə, heç bir şirkət fəaliyyətini dayandırmayıb.

Qrant Mikaelyan, iqtisadçı:

“Yeni hakimiyyət məqbul, hətta iri inhisarçılara qarşı ekstrimsiz siyasət yürütməyə çalışır və bu, hələlik özünü doğruldur – bütün oyunçular bazarda qalıb, amma artıq başqa şərtlərlə”.

Biznesin hakimiyyətdən ayrılması

Biznesi hakimiyyətdən ayırmaq məqsədi də əsas məqsədlərdən biri kimi bəyan edilib. Nikol Paşinyan qismən də olsa buna nail ola bilib. Onun Nazirlər Kabinetinin tərkibində bir nəfər də olsun oliqarx və ya hakimiyyəti öz şəxsi məqsədləri üçün istifadə edə bilən insan biznesdə yoxdur.

Tənqid

Ümumi müsbət fona və ictimai dəstəyə baxmayaraq, hökumətin ünvanına tənqid də az deyil.

Əsas səbəb – iqtisadi proqramda rəqəmlərlə proqnoz yoxdur və ümumiyyətlə indiyə qədər hər hansı üzunmüddətli iqtisadi inkişaf  konsepsiyası təqdim olunmayıb.

Baqrat Asatryan, iqtisadçı:

“Korrupsiyaya qarşı mübarizə, bizneslə hakimiyyətin birləşməsi struktur dəyişikliklərinin ən mühüm hissəsidir. Amma bu, hələ iqtisadi siyasət deyil. Bilavasitə iqtisadi siyasətdə dəyişikliklər olmalıdır ki, bu da həm xarici, həm də daxili sərmayələrin cəlb edilməsinə xidmət etsin. İqtisadi model elə olmalıdır ki, uzunmüddətli layihələr reallaşdırılsın”.

Nəticələr

Üç ay ərzində qeydə alınan iqtisadi göstəriciləri mütəxəssislər müsbət kimi qiymətləndirir. Eyni zamanda ekspertlər ən mühüm və əsas addımların hələ irəlidə olduğunu qeyd edir, çünki Ermənistanda indiyə qədər də köhnə iqtisadi model fəaliyyət göstərir.

Və məhz yeni iqtisadi strategiya göstərəcək ki, Paşinyan hökuməti Ermənistanda səbirsizliklə gözlənilən iqtisadi inkişafı təmin edə biləcəkmi.


More on JAMnews