Dərinləşdirilmiş iqtisadi əməkdaşlıq mümkündür, lakin Belarus suverenliyini güzəştə getməyəcək – Vladimir Makey bildirib" />

Belarusun xarici işlər naziri: biz Rusiya ilə siyasi inteqrasiya planlaşdırmırıq

Dərinləşdirilmiş iqtisadi əməkdaşlıq mümkündür, lakin Belarus suverenliyini güzəştə getməyəcək – Vladimir Makey bildirib

Belarusun xarici işlər naziri Vladimir Makey Rusiya ilə Belarusun inteqrasiyası üçün maneələri açıqlayıb. Onun sözlərinə görə, bu maneələri dekabrın 8-nə qədər aradan qaldırmaq olar – həmin gün Belarus və Rusiya prezidentləri müvafiq proqramı imzalaya bilərlər. Bu barədə The Moscow Times xəbər verib.

Nazirin nöqteyi-nəzərinə görə, Belarus-Rusiya iqtisadi münasibətlərində əsas problemlər bunlardır:

Neft

2019-cu ilin yanvarından Rusiyanın neft və neft məhsulları üçün rüsumlarının aşağı düşməsi başlayıb. Altı il ərzində bunlar hazırkı 30%-dən sıfıra enməlidir. Bununla birlikdə faydalı qazıntıların hasilatı vergisi artacaq. İslahat nəticəsində Belarus üçün neftin qiyməti dünya qiymətləri səviyyəsinə qalxacaq. Proqnozlara görə, altı il ərzində Belarusun itkiləri 10,5 milyard dollardan çox olacaq.

Qaz

Hazırda Minsk qazı hər min kub metrinə görə 127 dollara alır. Belarus hakimiyyəti dəfələrlə bildirib ki, Rusiyanın Smolensk vilayətinin qaz alışı qiymətinə ümid edir. Yəni hər min kub metr üçün təxminən 70 dollara. Rusiya qazının qiymətinin azalması Minskin iqtisadi inteqrasiya haqqında sənədi imzalamağa razılaşması üçün şərtlərdən biri ola bilər.

Sanksiya tətbiq edilmiş mallar

Moskva dəfələrlə Minski ittiham edib ki, Belarus ərazisindən Rusiyaya Belarus malı adı altında ölkədə barələrində sanksiyaların qüvvədə olduğu qərb malları daxil olur.

Lakin Vladimir Makey qeyd edib ki, iqtisadi münasibətlərin inkişafı o demək deyil ki, Belarus öz müstəqilliyini güzəştə gedəcək, söhbət iki ölkənin siyasi inteqrasiyasından və vahid valyutanın yaradılmasından getmir.

Belarusun xarici işlər naziri Vladimir Makey Rusiya ilə Belarusun inteqrasiyası üçün maneələri açıqlayıb. Minsk, Belarus October 2, 2019. REUTERS/Vasily Fedosenko


More on JAMnews