Hüquq müdafiəçiləri onun həyatının və sağlamlığının ciddi təhlükə altında olduğu haqda xəbərdarlıq edir " />

Belarus Çeçenistanın güc strukturları tərəfindən təqib olunan idmançını Rusiyaya təhvil verməyə hazırlaşır

Hüquq müdafiəçiləri onun həyatının və sağlamlığının ciddi təhlükə altında olduğu haqda xəbərdarlıq edir

Belarus bir neçə ildir Qroznının mühakimə etmək istədiyi – hüquq müdafiəçiləri ittihamların saxta olduğunu bildirir –  tanınmış çeçen idmançını Rusiyaya təhvil verməyə hazırlaşır.

“Amriyevin məcburi şəkildə Rusiyaya göndərilməsi üçün sənədlər hazırlanır. Ekstradisiya bir sutka ərzində – bu gün axşam və ya iyunun doqquzu səhər həyata keçiriləcək”, – Belarusun Qomel vilayəti administrasiyasının rəsmi nümayəndəsi Yuri Pilkeviç tut.by portalına bildirib.

Bununla belə “Novaya qazeta” yazır ki, Çeçenistanın polis əməkdaşları Amriyevlər ailəsinə qan qisası elan edib və Murad Amriyev yenidən Çeçenistana gedərsə, orada işgəncə görə, hətta öldürülə bilər.

Bütün hekayə 2013-cü ildə Murad Amriyevi saxlayıb Çeçenistan polisində ona işgəncə vermələri ilə başlayıb. Cavan oğlanın özünü heç nədə ittiham etməyiblər. Tələb ondan ibarət olub ki, Qroznının polis rəisi Maqomed Daşayevi öldürməyə cəhddə günahlandırılan böyük qardaşı Almaniyadan Çeçenistana qayıtsın.

Murad Amriyevi buraxan kimi o, dərhal Çeçenistanı, daha sonra isə Rusiyanı tərk edərək, qardaşının yanına Almaniyaya gedib. Bu illər ərzində o, orada uğurlu idman karyerası qurub və qarışıq əlbəyaxa döyüşlər üzrə dünya çempionu olub.

Rusiyada ona qarşı qaldırılan cinayət işinə xitam verilib, amma 2017-ci ilin fevralına qədər, sonra isə onun haqqında Çeçenistanda yenidən axtarış elan ediblər. Amriyevin bundan xəbəri olmayıb, mayda pasportunu təzələmək üçün Rusiyaya gəlib və saxlanılıb.

Onun saxlanılması xəbəri Çeçenistana çatan kimi Amriyevi təhvil alıb Qroznıya gətirmək üçün əməliyyat qrupu yola düşüb. Amma onlar istəklərinə nail olmayıblar, dindirilmədən sonra idmançını buraxıblar və o, vəkili ilə birlikdə dərhal Belarusa gedib.

“İşgəncələrə qarşı Beynəlxalq Komitə” bəyan edib ki, Amriyevin həyatı təhlükə altındadır.

Facebook Comments

More on JAMnews