Mysticism and history in silk craft. Photo story" />

Basqal kəndi: kəlağayı məskənindən fotoreportaj

Mysticism and history in silk craft. Photo story

Kəlağayı ənənəvi qadın baş örtüyüdür. YUNESKO-nun qeyri-maddi mədəni irsi siyahısına daxil edilib.

Kəlağayının fərqliliyi nədədir? Birincisi, ancaq təbii ipəkdən və təbii boyaq maddələrindən istifadə olunmasında. Yaylıq nazik və incə, eyni zamanda möhkəm alınır. Kəlağayının ölçüsü ya 160 sm-in 160 sm-ə, ya da 150 sm-in 150 sm-ə olur. Bu cür kvadrat forma başı və çiyinləri gözəl örtmək üçün idealdır.

Naxışların həkk olunması əsrlər öncəki kimidir, ornamentlər isə “şifrələnib”, simvollardan ibarətdir.

İsmayıllı rayonunun Basqal kəndi kəlağayının vətənidir. Buraya kəlağayının necə hazırlandığına baxmaq üçün ekskursiyalar təşkil olunur.

Cəlil Əfəndiyev

Basqalda yerləşən “Basqal ipək mərkəzi “Kəlağayı”” özəl sexdir, Cəlil Əfəndiyevə məxsusdur. O deyir ki, əvvəllər Basqalda bütün evlər iki mərtəbə tikilirdi, birinci mərtəbədə ipəyi toxuyur, ikinci mərətəbədə isə rəngləyirdilər. Yəni bütün kəndlilər usta olub.

Kəlağayıda istifadə olunan rəngləri Sarağan ağacının budaqlarından alırıq. Bu budaqlar qırmızı təhər olur. Budaqları doğrayırıq, sonra daşın üstündə döyməyə başlayırıq. Bir saat qaynadandan sonra rəng alırıq. Sonra həmin rənglərdən digər rəngləri alırıq”, – Nizami usta deyir.

Cəlil Əfəndiyev isə deyir ki, kəlağayı naxışları elə-belə vurulmur:

“Naxışı necə gəldi vurmaq olmaz. Kəlağayının kənarında istifadə olunan dağ naxışı dünyanı simvolizə edir, insanları qorumaq anlamındadır. Ortasında olan isə o biri dünyanı simvolizə edir, o daha parlaq və rəngarəng təsvir olunur”.

Kəlağayı üçün xarakterik naxışlar gül, quş və günəşdir. Onlarda gizlənən simvolika kəlağayıya mistik məna verir. Ustalar kəlağayının qoruya, sağalda bildiyinə və uğur gətirdiyinə inanır.

Cəlil Əfəndiyev:

“Rənglər hazırlanan yerə hər adamı qoymuruq. Orda rəngləri istehsal edən adamlar seyid adamlardı. Uşaq xəstələnəndə isə bura gətiririk, sağalır”.


More on JAMnews