İnsanlar artıq yol verilən yanlışlara görə heç kimin cavabdeh olmamasından narazıdır" />

Bakıda “inşaat özbaşınalığına” son qoyulmalıdır – prezident bildirib. Şəhər sakinləri bu problemin həlli üçün gec olduğu fikrindədirlər

İnsanlar artıq yol verilən yanlışlara görə heç kimin cavabdeh olmamasından narazıdır

Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhər İcra Hakimiyyətinin ötən il təyin edilən başçısı Eldar Əzizovu qəbul edib. Prezident paytaxtın çoxsaylı problemlərindən danışıb və həll edilməsini tələb edib.

Bu görüş sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Şəhər sakinləri skeptik əhvaldadır.

• Bakı gecələrinin təhlükəsi və gözəlliyi

• Yerevanın qəzalı binalarının sakinlərinin gedəcək yeri və ümidi

Ağrılı mövzu

Şəhər başçısı və onun fəaliyyəti Bakı üçün ağrılı mövzudur.

Birincisi, şəhər başçısını paytaxt sakinləri seçmir, prezident təyin edir. Baxmayaraq ki, Azərbaycan hökuməti hələ lap çoxdan bu vəzifəni seçkili etməyə söz verib.

İkincisi, təxminən 20 il əvvəl İcra Hakimiyyəti başçısı Hacıbala Abutalıbov olub və şəhər sakinlərinin yaddaşında öz qəribə çıxışları və əməlləri ilə qalıb. Hamı paytaxtın onun “əlindən alınacağı” günü səbrsizliklə gözləyirdi.

Nəhayət, 2918-ci ilin yazında Bakının rəbərliyi Eldar Əzizova tapşırıldı. Daha əvvəl o, başqa iri şəhərə – Sumqayıta rəhbərlik edirdi. O, çoxları üçün prezidentin ad günündə bişirtdirdiyi nəhəng tortlarla assosiasiya olunur.

Prezident və şəhər başçısı nə haqda danışıb?

Noyabrın 4-də baş tutan görüşdə İlham Əliyev və Eldar Əzizov həyətlərin və çoxmərtəbəli binaların abadlaşdırılması, köhnə liftlərin dəyişdirilməsi və digər “məişət” məsələləri haqda danışıblar.

Həmçinin prezident qanunsuz və yanlış inşaatla bağlı da fikrini bildirib.

“Biz çalışmalıyıq ki, Bakı şəhərinin hər tərəfi abad olsun, vətəndaşları narahat edən problemlər, o cümlədən də inşaatla bağlı məsələlər aradan qaldırılsın. Mən bu haqda müvafiq sərəncam vermişəm. Bəzən tikinti üçün ərazilər zəbt eidilir, bəzən qanunsuz sərəncamlar verilir, ağaclar kəsilir. İndən belə Bakıda şəhərsalma qaydalarına tam əməl olunmalıdır”, – o bildirib.

Söhbət elə bu əsnada davam edib – prezident problemləri sadalayıb, Əzizov isə həmin problemlərin necə həll olduğu haqda danışıb.

Bundan başqa bildirilib ki, indi Bakı “yaşıl parklar və bağlar şəhəridir”“ekoloji vəziyyət getdikcə yaxşılaşır”.

Şəhər sakinlərinin reaksiyası

Bu görüşdə danışılanlar şəhhər sakinləri tərəfindən skeptik əhvalla qarşılanıb.

Eldar Əzizovun səriştəsi çoxlarında şübhə doğurur.

“Eldar Əzizov Sumqayıtın icra başçısı olanda, məktəbin idman meydançasında məcburi qaçqınlar üçün onmərtəbəli bina tikmişdi”, – jurnalist Natiq Cavadlı xatırladıb. Bununla o, Əzizovun yaxın keçmişdə heç bir norma və qaydalara əməl etmədən inşaat işləri ilə məşğul olduğunu diqqətə çatdırıb.

Bəziləri hesab edir ki, bu tədbirlər artıq gecikib və keçmiş icra başçısı Hacıbala Abutalıbovu bunda qınayırlar:

“Bu artıq gülməli də deyil. Mümkün olan hər kəsi gün işığından məhrum buuraxandan, bütün ən xırda yerlərdə belə bina tikəndən sonra inşaat normalarının pozulduğu haqda xatırlayıblar. İndi budur, məktəblərin düz yanında inşaat işləri aparmaq qəti şəkildə qadağan edilib. Bəs artıq inşa edilmiş binalar necə olacaq? Və buna görə kim cavab verəcək?”

“Bütün bu tikintilərə verilən icazələri imzalamış şəhərin keçmiş icra başçısını necə cəzalandırdılar? Onların yuxarıda sadaladıqları tikintilərə. Fəxri fərman və yüksək pensiya ilə?”

İqtisadçı, müxalif Respublika Alternativi Partiyasının üzvü Natiq Cəfərli prezidentin mövqeyini belə şərh edib:

Prezidentin son 1 ayda səsləndirdiyi tənqidlərdən, problemlərdən, hökumətə, icra qurumlarına iradlarından belə anladım ki, həm iqtidar, həm də müxalifət olmaq istəyir”.


More on JAMnews