Zimbabve hərbçiləri dövlət telekanalını ələ keçirib. General-mayor Mayo efirə çıxaraq, ordunun ölkə prezidenti Robert Muqabenin ətrafındakı “canilərə” qarşı çıxdığı haqda bəyanatla çıxış edib. Mayo onu da bildirib ki, prezidentin özü və ailəsi təhlükəsizlikdədir və onlara həyatına heç bir təhdid yoxdur.
Hərbçilər israrla bildirirlər ki, baş verənləri dövlət çevrilişi kimi dəyərləndirmək lazım deyil.
Robert Muqabe artıq 37 ildir ki, Zimbabvedə hakimiyyətdədir. Bir neçə gün əvvəl o, ölkənin vitse-prezidenti Emmerson Mnanqaqvanı vəzifəsindən azad edib. Mnanqaqva 93 yaşlı Muqabenin varisi olmalı idi. İndi isə bu rola hazırkı prezidentin həyat yoldaşı iddia edir. Bu vəziyyət hərbçilərlə hakimiyyət arasında münaqişə yaranması üçün təkan olub.
Noyabrın 13-də ordu komandanı Konstantino Çivenqa bəyan edib ki, tərəfdaşlarının bu cür vəzifədən uzaqlaşdırılmasına imkan verməyəcək. Onu da əlavə edib ki, ordu Zimbabvenin daxili siyasətinə müdaxilə edə bilər.