Zibillikdəki evlər
Sxinval/idə belə görüntülərə tez –tez rast gəlmək olar. Sahibsiz, ot basmış boş yerlər, insanlar tərəfindən tərk edilmiş yarı uçuq evlər.
2010-cu ildə şəhər rəhbərliyi bu vəziyyətdən çox əlverişli çıxış yolu tapdı. Beləliklə, iki problemi həll etmək mümkün oldu: həm şəhərin ümumi görünüşü abadlaşdırıldı, həm də yeni yaşayış obyektləri tikildi. Nəzərə almaq lazımdır ki, məsələnin bu cür həlli ilə şəhər rəhbərliyi büdcədən əlavə pul xərcləməkdən azad oldu. İki problem demək olar ki, eyni zamanda həll edildi- boş yerlər pulsuz olaraq ev problemi olan ailələrə, 3 il ərzində özünə ev tikib ətraf ərazini abadlaşdırmaq şərti ilə verildi. Ümumilikdə, şəhər rəhbərliyinin bu lahiyəsi 50 ailəni əhatə edib.
Beş il keçib, lakin məndəcərlərdə xüsusi dəyişiklik olmayıb. “Əlbəttə, şəhər rəhbərliyi ev tikməyin asan başa gəlmədiyini anlayır- bu həm maddi, həm də vaxt məsələləri ilə bağlı olan problemdir,- Sxinval/i meriyasının mətbuat katibi, Cerassa Kozaeva deyir.
Bir çox ailələr ərazidəki zibilliyi də təmizləməyib. “Biz əraziyə adamlar göndərdik, xəbərdarlıq elədik. Öz tərəfimizdən onlara təmkinlə yanaşıldı və vəziyyət izah edildi. Artıq məhkəmə ilə üz –üzə qalmaq təhlükəsi yaşayan 7 ailəyə, mənfi halları aradan qaldırmaq üçün daha 2 ay müddətində vaxt verilib- Cerassa Kozaeva deyir.
Nəticədə 2015-ci ilin senytabr ayında şəhər administrasiyası sözügedən 7 ailəni məhkəməyə verdi. Meriya torpaq sahələrini onlardan geri almağı düşünür. İkinci dəfə cəhd etmək qərarına gəldilər. Pulsuz torpaq sahəsini almaqla, yaşadıqları ərazini abadlaşdırmaqdan məmnun olacaq ailələrin siyahısı hazırlanır.
Artıq məhkəmə şəhər administrasiyasının xeyrinə ilk qərarını verib. Məhkəmə prosesi ilin sonuna qədər davam edəcək.