Yuliya Navalnaya videomüraciət yayıb və öldürülən əri Aleksey Navalnının işini davam etdirəcəyini bildirib. Bu barədə siyasətçinin YouTube kanalında məlumat verilib. Həyat yoldaşı siyasətçinin ölümündən sonra yeni açıqlama verib. O, mərhum siyasətçinin işini davam etdirəcəyini bildirib və hamını onun yanında olmağa çağırıb.
“Putin Alekseyi öldürməklə mənim yarımı – ürəyimin və ruhumun yarısını öldürdü. Amma hələ də o biri yarısı var və bu, mənim geri çəkilməyə haqqımın olmadığını göstərir. <…> Mübarizə edin və təslim olmayın. Mən qorxmuram və siz də qorxmayın”, – deyə o bildirib.
Videosunda Navalnaya siyasətçinin niyə öldürüldüyünü bildiyini deyib: “Biz bilirik ki, Putin Alekseyi 3 gün əvvəl məhz nə üçün öldürüb. Bu barədə sizə tezliklə məlumat verəcəyik. Bu cinayəti dəqiq kimin və necə icra etdiyini mütləq öyrənəcəyik. Biz onların adlarını çəkib üzlərini göstərəcəyik”, – Navalnaya deyib.