Yoxa çıxmış dəmiryolu – Gürcüstandan qiyamət fotoları və hekayəsi


Gürcüstanın Rustavi şəhərində yerli sakinlərin məmnunluqla xatırladığı keçmiş uşaq dəmiryolu


Bu qeyri-adi layihə 1986-cı ildə açılıb. Yolun ümumi uzunluğu düz beş kilometr idi


Qatar platformalı əsl stansiyadan yola düşürdü. Sonra bir müddət düzəngahdan keçirdi


Daha sonra “Ququ quşu” adlanan gölün üzərindəki körpünü ötüb Kür çayına doğru enirdi


Buradan sola burulur, çayın sahili ilə 200 metr irəliləyir və meşəyə girirdi


Sonra yenə bir qədər çəmənliklə gedir, və yarım kilometr uzunluğu olan süni tuneldən keçirdi


Parоvoz və iki açıq sərnişin vaqonu xüsusilə maraqlı idi


Gecə parоvoz kiçik, amma əsl depoya yollanırdı


Yəqin məhz elə bu depo, parоvoz və vaqonların rahatlığı 1990-cı illərdə sahibkarlarda qeyri-adi ideyanın yaranmasına səbəb olub


Artıq sovetdən sonrakı bərbad dövr başlayırdı


Dəmiryolu artıq tərk edilmişdi, amma hələ qiyamət gününü xatırladan hazırkı vəziyyətinə düşməmişdi


Parоvoz və vaqonlar paslansa da, hələ möhkəm idi. Rustavililərin danışdıqlarına görə, burada bir zamanlar “böyüklər üçün” gizli mini-kinoteatr fəaliyyət göstərib – erotik filmlər nümayiş olunub


İndi stansiya tədricən bataqlığa qərq olur


Yalnız dəmiryolu boyunca qalan dar cığır JAMnews-un fotoqrafına oraya yaxınlaşmağa imkan verib


Uşaq dəmiryolunu bərpa etmək cəhdi olub


2002-ci ildə Gürcüstan-Amerika Klubu ictimai təşkilatı burada “Park Ayova” adlanacaq əyləncə kompleksi yaratmağı təklif edib


Ərazini təmizləyib, ağac əkməyə başlayıblar, hətta stansiya binasını, parоvoz və vaqonları da rəngləyiblər


Amma bununla da hər şey yarım qalıb