Yol polisi bakılılardan maşınlarını yumağı xahiş edir
Mətbuat vasitəsilə sürücülərə müraciət edən Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsi onlardan avtomobillərinin xarici görünüşünə fikir verməyi və təmiz saxlamağı xahiş edib. Yol polisinin müşahidələrinə görə, son zamanlar şəhərin küçələrində o dərəcədə çirkli maşınlara rast gəlinir ki, onların hətta nömrə nişanları da görünmür. Bu, şəhərin estetik görünüşünə xələl yetirir və onu turistlərin gözündən salır. Bundan başqa da Azərbaycanın İnzibati Xətalar Məcəlləsində buna görə 40 manat (təxminən 24$) cərimə nəzərdə tutulur.