Yerevanda partlayış nəticəsində bina qismən uçub, xilasedicilər 21 nəfəri dağıntıların altından çıxarıb
Bu gün səhər 7:18-də Yerevanın Raynis keçəsində yaşayış binalarının birində ilkin versiyaya görə qaz sızması nəticəsində partlayış baş verib. 58 yaşlı bir kişi hələ də qismən uçmuş panel binanın dağıntıları altındadır.
Ermənistanən FHN rəhbəri bildirib ki, bu, ikinci mərtəbədə yaşayan sakindir, partlayışın da elə orada baş verdiyi ehtimal edilir. Xilasedicilər yalnız kran köməyi ilə panelləri qaldırandan sonra onu çıxara biləcəklər.
Ziyan çəkənlərdən ikisi xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır. 21 nəfər xilasedicilərin köməyi ilə dağıntılar altından çıxarılıb.
Bina niyə uçub?
Təfərrüatlar hələlik məlum deyil.
FHN rəhbəri Feliks Tsolakyanın sözlərinə görə, partlayışın dəqiq səbəbi yalnız istintaq nəticələri tədqiq edildikdən sonra bəlli olacaq. O, ümid edir ki, binanın qalan hissəsi uçmayacaq, çünki möhkəm binadır.
Zərərçəkənlər haqda
Üç nəfər zərər çəkib. Onlardan birini hələ də binanın dağıntıları altından çıxarmağa çalışırlar.
“Böyük ehtimalla o, partlayış zamanı yatmış olub, telefonu isə ondan uzağa düşüb”, – FHN rəhbəri Feliks Tsolokyan fərz edib.
Zərərçəkənlərdən ikisi xəstəxanaya yerləşdirilib. Həkimlər 71 yaşlı qadının vəziyyətini orta ağır kimi dəyərləndirirlər. Onun körpücük və almacıq sümüyü sınıb.
50 yaşlı kişi isə kəskin ağır vəziyyətddə reanimasiyadadır. Onun qolları və ayaqları yanıb, ağciyərlərin süni ventilyasiyası aparatına qoşulub.