Səhərdən “Yerevan – sevgi şəhəri” adı altında tədbirlər silsiləsi keçirilib. Şarlar, musiqi və təbriklər bayram ab-havası yaradıb. Bütün abidələr yuyulub. Təmizlik maşınları isə bayram paradı keçirib.
Gənclərdən ibarət bir qrup velosiped yürüşü, digər qrup isə bayraqla qaçış təşkil edib. “Yerevanın köhnə və yeni rəsmləri” mövzusunda sərgi, caz konsertləri də baş tutub. Sonda isə şəhər sakinləri bayram tortu kəsib, qədim şəhəri atəşfəşanlıqla təbrik ediblər.
Jurnalistlər yerevanlılara onların fikrincə şəhərin qarşısında duraann problemlər haqda suallar da veriblər.
“Şəhərin ən böyük problemi yollardakı tıxacdır. Saatlarla tıxaclarda qalırıq. Gənclərin həyatının böyük hissəsi avtobuslarda keçir”.
Yerevanı sevirəm, amma şəhər rəhbərliyini sevmirəm. Sadəcə gözəəl güllər əkmək yetərli deyil”.
“Əgər zibil problemini həll etsələr, hər şey düzələcək. Şəhər tozludur, zir-zibil çoxdur”.
Cavablardan biri müfəssəl oldu:
“Yerevan gözəl və cazibədar şəhərdir, lap rəfiqəm kimi”.