Yayda nəyə baxmaq olar?
1. Qorxulu filmlər – “Ştamm
https://youtu.be/-KlP5dNzF0s
Amma yox. Qilyermo del Toro iyulda “Ştamm serialının yeni, artıq üçüncü mövsümünü təqdim edir, burada vampir kinosu, zombi-apokalipsis, mutantlar haqqında qorxulu hekayələr və tarixi trillerin elementləri birləşib. Qəribə olsa da çox maraqlı alınıb.
90-cı illərdə bizə iki “Mutantlar və “Bleyd filmlərini bağışlayan del Torro onların estetikasını özünün “Ştamm kitab trilogiyasında uğurla birləşdirdi. Bəli, rejissor əvvəlcə kitab yazdı ki, bu da artıq yaxşı haldır. Bu o deməkdir ki, serial tam mənasını itirənə qədər davam etməyəcək və onu reytinqin aşağı düşməsi səbəbindən bağlamayacaqlar. Onun sonu artıq var və bu əladır.
2. Bir az da mistika – “Wayward Pines (“Ueyuord Payns)
Əsl klassik mistika bu yay demək olar ki, olmayacaq. Bununla belə, FOX NBC-ə çatmaq və hətta onu arxada qoymaq ümidilə M.Nayt Şyamalayanı hardansa çıxarıb, ona “Wayward Pines serialını çəkməyi tapşırır.
Məsələ nədədir? İki il əvvəl uzun müddət səs-səmiri çıxmayan Devid Linç NBC-ə yeni Tvin Pinksi çəkmək təklifi ilə müraciət etdi. Kayl Maklaxlen də yenidən agent Kuperi oynamaq istəyini bildirdi.
FOX da vaxt itirmədən öz blakjaki və agentləri olan versiyasını yaratdı.
İyunda “Wayward Pines serialının artıq ikinci mövsümünün yayımı başladı. Burada hər şey var – yadplanetlilər və mutantlar, dəhşətli eksperimentlər və həqiqət axtarışı, məkan və zaman halqasının anomaliyaları, bütün bunlar da agent Byorkun gəlib çıxdığı kiçik Ueyuord Payns şəhərində baş verir.
Maraqlıdır ki, “Wayward Pines orijinal kitab trilogiyasının müəllifi Bleyk Krauçun özü də etiraf edib ki, onu bu kitabı yazmağa “Tvin Piks ilhamlandırıb. Bu da sizə zaman halqası.
3. Əsl detektiv – “Aquarius (“Dolça)
Bu il Devid Duxovnının detektiv rolunda oynadığı valehedici vintaj “Aquarius serialının ikinci mövsümü davam edir.
Ən maraqlısı odur ki, serial real və çox səs-küylü hadisələrə, daha doğrusu, öz ardıcılları ilə birlikdə dəhşətli qətllər törədən manyak Çarlz Mensonun həyatına əsaslanır. Onlardan birinin qurbanı rejissor Roman Polanskinin gənc həyat yoldaşı Şeron olub.
Əlbəttə, serialda bədii uydurma da çoxdur, bununla belə çox da inandırıcı gorünür.
4. Trekerlər üçün – “Dark Matter (“Qara materiya)
Sy-Fy kanalı hər yaşda olan uşaqlar üçün onlarla şou yaradıb: “Stargate (“Ulduz qapıları), “BattleStar Galactica (“Qalaktika ulduz kreyseri), “Farscape.
Bu yay kanal bizim kimi infantil insanları “Killjoy və “Dark Matter seriallarının ikinci mövsümləri ilə sevindirdi. Amma birincisi say-fay fanatlarını vaxtsız tərk edən “Firefly (“İşıldaböcək) serialına açıq-aşkar bənzəməsi ilə əməlli-başlı məyus etdi, özü də bənzətmə heç də uğurlu alınmayıb.
Ən dəhşətlisi isə odur ki, “Killjoy qəhrəmanları zarafat etməyə çalışır.
Bu mənada “Dark Matter daha yaxşı görünür. Birincisi, burada bayağı zarafatlar yoxdur (ağır xasiyyətli qəhrəmanlar ümumiyyətlə yumor hissindən uzaqdırlar), ikinicisi də, əsas intriqa əvvəlcədən yaxşı qurulub.
Birinci mövsüm ondan başlayır ki, gəmidə oyanan altı qəhrəman kim olduqlarını və bura hardan gəlib çıxdıqlarını xatırlamırlar. Bu zaman gəminin başına bir neçə hadisə gəlir, qəhrəmanları hədələyir, onları öldürməyə çalışırlar, ümumiyyətlə hamı onlardan nəsə istəyir. Onlar bir-birlərinə də etibar etmirlər və nəhayət, məlum olur ki, bu dörd nəfərdən biri digərlərini aldadırmış.
Birinci seriyası bundan bir neçə gün əvvəl ekranlara çıxan ikinci epizod intriqa və həyəcanlı narahatlıqla doludur.
5. Oxuyan uşaqlar üçün – “Halt and Catch Fire (“Dayan və yan)
Nə qədər qəribə olsa da, əvvəlcədən aşağı reytinqləri olan “Halt and Catch Fire serialının bu il üçüncü mövsümü çəkildi. Görünür, dünyada bu şounun dayanmasına imkan verməyən çoxlu “oxuyan uşaq var.
“Halt and Catch Fire serialında hadisələr 1980-ci ildə İBM-in balaca, amma cəsarətli rəqibinin öz fərdi kompüterini kəşf etmək cəhdindən başlayır.
Burada kütləvi masaüstü fərdi kompüter bazarının necə inkişaf etməsi haqda çox sayda gerçək hekayə var. Qəhrəmanlar ustalıqla oynayır, sən əsl gözəl menecer, dahi qik mühəndis, gənc dahi koder görəcəksən.
Bu kiçik şedevrin nə qədər yaşayacağı məlum deyil, amma ona yeni təəssüratlar qazanmaq, elə biliyini artırmaq üçün də baxmağa dəyər.
6,7. Komiks seriallar – “Preache (“Moizəçi), “Outcast (“Səfil)
Bu yay komiks əsasında iki yeni serial çıxır, hər ikisinin də maraqlı olacağını düşünmək mümkündür, ən azı çox qəribə olduqlarına görə.
“Preache Vertigo şirkətinin eyni adlı komiksi əsasında çəkilib, göylərdən qaçan mələk və irland vampiri ilə birlikdə tanrını axtaran, özü də elə belə yox, öldürmək üçün axtaran keşişin həyat hekayəsidir.
“Outcastı ən azı ona görə izləməyə dəyər ki, o Robert Kirkmanın komiksi əsasında çəkilib. Bu, “Yeriyən ölüləri yaradan həmin o oğlandır.
Yeni serialda şeytanların təsiri altında olan anasını və öz həyatını qorumağa çalışan oğlandan bəhs olunur.
8,9. Vinil və vintaj – “Roadies (“Qastrolçular), “The Get Down (“Enmək)
Martin Skorseze və Mik Caqqerin HBO kanalında gedən və şou-biznesin tarixindən bəhs edən birgə “Vinil serialının reytinqləri yüksək olsa da, ikinci mövsümü çəkilmədi. Problem büdcənin böyük olması ilə bağlı idi.
Əvəzində həmin mövzuda olan tamamilə yeni seriallar yaradıldı: “Roadies Showtime və “The Get Down Netflix.
Hər iki halda studiyalar daha çox aktyor tərkibinə deyil, rejissor işinə diqqət yetirdilər. “Roadies “Cerri Maquayer, “Vanil səma filmlərini çəkən Kemeron Krounun işidir. “The Get Down serialının rejissoru isə “Romeo + Culyeta, “Mulen Ruj və “Dahi Getsbi filmləri ilə tanınan Baz Lurmandır.
Birinci serial rok konsertlərin təşkilatçısı olan komanda haqqındadır, ikincisi isə disko dövründən bəhs edən gözəl, zövqlü musiqi komediyasıdır.
Bir sözlə, bu yay baxılası seriallar olacaq.
Dərc edilib 14. 07. 2016