Yaponiya Bakıda
Kospley məşhur personajların (daha çox yapon animesindən) kostyumlarına bəzənmək və bu cür kostyumların hazırlanmasıdır. Azərbaycan gəncləri arasında çox populyar olan bu tədbir iyulda keçiriləcək, hələliksə yapon mədəniyyəti sevərləri kostyumları tamaşaçılar qarşısında “yoxlamaq şansı əldə ediblər. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi Yaponiya Xarici İşlər Nazirliyinin dəstəyiylə yapon mədəniyyəti festivalı keçirdi.
Universitet binasında iki mərtəbə ayırıb, onlardan birini Yaponiyada keçirilən tədbirlərin ruhunda düzəltdilər. Yəni otaqların hər birində maraqlı nələrsə baş verirdi – misal üçün, kalliqrafiya sənətinə və ya oriqami düzəltməyi öyrədirdilər.
Ənənəvi yapon paltarları olan yukata və ya kimono geyinmək üçün ayrıca bir otaq ayrılmışdı.
.jpg)
BDU-nin müəllimi Sudo Nabuxiro Azərbaycan dilini o qədər yaxşı bilir ki, Azərbaycan dilli həmkarının köməyinə ehtiyac qalmadı. Ona ancaq Sudo Nabuxironun yanında durub, gülümsəmək qalırdı.
.jpg)
Qonaqların sayı o qədər çox idi ki, BDU-nun iki mərtəbəsi onlara kifayət etmədi
.jpg)
Kiki, “Əcinnənin çatdırma xidməti və Edvard, “Tamamilə metaldan düzəldilmiş kimyagər
.jpg)
Zorro, «One piece
.jpg)
Akatsuki “Naruto: Qasırğalı xronika
.jpg)
Eyniadlı animedən şahzadə Mononoke
.jpg)
.jpg)
Bu qızlar isə öz personajlarını yaratdılar
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
Ən çətin iş izdihama nəzarət etməyə çalışan tələbələrin üzərinə düşmüşdü

Bayram yukatası

Katana — yapon qılıncı

Orta əsrlərin Yaponiyasının təsvir olunduğu miniatür

Dərc edilib: 05.06.2016