Qafqazda koronavirus. Kadırov xəstələnib, Gürcüstanda yük maşını sürücüləri yoluxub, Ermənistanda 335 yeni hal təsdiqlənib
-
Çeçenistan prezidenti koronavirus şübhəsilə Moskvada xəstəxanaya yerləşdirilib
Çeçenistan prezidenti Ramzan Kadırov koronavirus şübhəsi ilə əlaqədar olaraq Moskvada həkimlərin nəzarəti altındadır. Bu haqda “Novaya qazeta” “İnterfaks” agentliyinə və “Baza” Telegram kanalına istinadən məlumat yayıb.
“Çeçenistan rəhbərinin ağciyərlərinin 70 faizi zədələnib, həkimlər anonim olaraq bildirirlər. Moskvada ən sanballı koronavirus xəstələrinin yerləşdirildiyi Mərkəzi Kliniki Xəstəxananın xüusi şöbəsində görünməmiş təlaş var. Xəstəxanadan çıxarılması mümkün olan məmurları evə göndərirlər, digərlərini başqa palatalara köçürürlər ki, hansısa super-qonaq üçün böyük “qapalı” məkanı təmizləsinlər. Mühafizə gücləndirilib, hər şey yüksək gizlilik şəraitində həyata keçirilir”, – “FortangaORG” Telegram kanalı yazıb.
-
Azərbaycan, Ermənistan, Gürcüstan – yoluxmaların statistikası
Azərbaycan Ermənistan Gürcüstan Yeni yoluxma halları 118 335 8 Yoluxanlar 3 749 5 606 721 Yeni ölənlər +1 +3 0 Ölənlər 44 70 12 Sağalanlar 2 340 2 581 485 -
Azərbaycanda daha bir ölüm
Epidemiya başlayandan Azərbaycanda ümumilikdə 44 nəfər ölüb.
Sutka ərzində 118 nəfər xəstələnib, epidemiya başlayandan 3749 yoluxma halı qeydə alınıb.
2340 nəfər artıq sağalıb.
• «Buraxılmış semestrə görə niyə pul ödəməliyəm?» və Azərbaycanın təhsil sisteminə başqa suallar
-
Rusiyada koronavirus üzrə informasiya mərkəzinin rəhbəri: “Hamımız xəstəliyi keçirəcəyik. Kim ölməlidirsə, öləcək”
Koronavirus vəziyyətinin monitorinqi informasiya mərkəzinin rəhbəri Aleksandr Myasnikov bu fikirləri “Solovyov LIVE” Youtube kanalında səsləndirib.
“İstənilən əlamətdə məhz koronavirus axtarmaq lazım deyil. Hətta lap koronavirusdursa – nə olsun? Əlbəttə, gedib analiz vermək lazımdır ki, digərlərini yoluxdurmayasan. Amma siz axı anlayırsız ki, bu illüziyadır.
Siz sadəcə yaşayın. İnfeksiya özününkünü alacaq. Biz hamımız xəstəliyi keçirəcəyik. Kim ölməlidirsə, öləcək”, – Myasnikov məsləhət görüb.
-
Ermənistanda pandemiya başlanandan artıq 70 nəfər ölüb, gündəlik yeni yoluxma halları əvvəlkindən daha çoxdur
Sutka ərzində 335 nəfər xəstələnib, epidemiya başlayandan 5606 yoluxma halı qeydə alınıb.
2581 nəfər artıq sağalıb.
Ermənistanda koronavirusla mübarizə tədbirləri
Ermənistanda fövqəladə vəziyyət rejimi iyunun 13-dək qüvvədədir. Amma hərəkət məhdudiyyəti artıq aradan qaldırılıb və demək olar ki, bütün biznes sahələri açılıb: müəssisələr, mağazalar, bərbərxanalar, muzeylər.
Mayın 18-dən ictimai nəqliyyatın hərəkətinə icazə verilib. Nəqliyyat vasitələri ciddi şəkildə dezinfeksiya ediləcək.
Bütün sərnişinlər nəqliyyatdan istifadə etmək üçün maska taxmalıdırlar.
-
Gürcüstanda yük maşınlarının sürücüləri arasında yoluxanlar var, onların mütləq testdən keçirilməsi qaydası tətbiq edilir
Gürcüstanda 8 yeni yoluxma halı qeydə alınıb, ümumilikdə yoluxanlar 721 nəfərdir.
Onlardan 485 nəfər sağalıb, 12 nəfər ölüb.
Yeni yoluxanlardan iki nəfər yük maşını sürücüsüdür. Buna görə də Gürcüstanda müəyyən zaman dayanmalı olan bütün sürücülərin mütləq testdən keçirilməsi qaydası tətbiq edilib. Ərazidən dayanmadan tranzitlə keçən sürücüləri isə testdən keçirməyəcəklər.
“Bu tədbir Gürcüstanı əhatə edən ölkələrdə – Rusiya, Ermənistan, Azərbaycan və Türkiyədə epidemioloji vəziyyətin yaxşı olmadığı üçün lazımdır”, – Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze deyib.
Testdən keçirmək üçün hədəf qrupuna əczaçılar və stomatoloqlar da daxil ediləcək.
-
Şimali Osetiyanın səhiyyə naziri koronavirusa yoluxub
Şimali Osetiyanın səhiyyə naziri Tamerlan Qoqiçayev yaydığı videoda koronavirusa yoluxduğunu təsdiqləyib. Hələlik o, evdə özünütəcrid rejimindədir.
Qoqiçayev respublika sakinlərinə müraciət edib və özlərini qorumalarını, ictimai yerlərdən uzaq qalmağı və fərdi müdafiə vasitələrindən istifadə etməyi məsləhət görüb.
Rəsmi məlumata əsasən, Şimali Osetiyada 2 387 nəfər koronavirusa yoluxub, 22 nəfər ölüb, 1164 nəfər sağalıb.
-
Dünyada yoluxanların sayı beş milyon nəfəri keçib. Əsas yoluxma ocaqları – ABŞ, Rusiya, Braziliya, Böyük Britaniy
ABŞ — 1 milyon 576 950 nəfər yoluxub, 93 858 nəfər ölüb. Rusiya — 308 705 nəfər yoluxub, 2 972 nəfər ölüb. Braziliya — 275 382 nəfər yoluxub, 18 130 nəfər ölüb. Böyük Britaniya — 248 818 nəfər yoluxub, 35 341 nəfər ölüb.______________________________________________________________Londonda demək olar ki, yay başlayıb, artıq parklara çıxmağa icazə verilir, amma məsafəni ciddi şəkildə gözləmək şərtilə. REUTERS/Simon Dawson -
Azərbaycan, Ermənistan, Gürcüstan – yoluxmaların statistikası
AzərbaycanErmənistanGürcüstanYeni yoluxma halları11323011Yoluxanlar3 6315 271713Yeni ölənlər+2+30Ölənlər436712Sağalanlar2 2532 419475 -
Azərbaycanda bir gündə iki ölüm
Epidemiya başlayandan Azərbaycanda ümumilikdə 43 nəfər ölüb.
Sutka ərzində 33 nəfər xəstələnib, epidemiya başlayandan 3631 yoluxma halı qeydə alınıb.
2253 nəfər artıq sağalıb.
• Çimərliyə getmək üçün icazə almaq – Azərbaycanda belə bir sistem tətbiq etmək istəyirlər
-
Ermənistanda yeni yoluxanların sayı kəskin artır. Baş nazir xəbərdarlıq edib: “Əgər normalara əməl olunmasa, qurbanların sayı yüzlərlə olacaq
Ermənistanda bir sutkada üç ölüm, 230 yeni yoluxma halı. Ümumilikdə epidemiya başlanandan 67 nəfər ölüb.
5 271 nəfər yoluxub. 2 419 nəfər sağalıb və xəstəxanadan evə buraxılıb.
Ermənistanda koronavirusla mübarizə tədbirləri
Ermənistanda fövqəladə vəziyyət rejimi iyunun 13-dək qüvvədədir. Amma hərəkət məhdudiyyəti artıq aradan qaldırılıb və demək olar ki, bütün biznes sahələri açılıb: müəssisələr, mağazalar, bərbərxanalar, muzeylər.
Mayın 18-dən ictimai nəqliyyatın hərəkətinə icazə verilib. Nəqliyyat vasitələri ciddi şəkildə dezinfeksiya ediləcək.
Bütün sərnişinlər nəqliyyatdan istifadə etmək üçün maska taxmalıdırlar.
Yerevan koronavirusa yoluxanların artmasına baxmayaraq, normal həyata qayıdır
-
Gürcüstanda Covid-19 virusuna 11 yeni, o cümlədən də bir təkrar yoluxma halı
Gürcüstanda 11 yeni infeksiya meydana gəldi, cəmi 713.
Epidemiya başlayandan 12 nəfər ölüb.
475 nəfər artıq sağalıb.
Yeni yoluxanlar arasında Saçxere şəhərində koronavirusdan müalicə olunmuş və xəstəxanadan evə buraxılmış bir pasiyent də var. Amma onda yenidən əlamətlər özünü göstərib və orqanizmində virus yenə də təsdiqlənib. Xəstəliklərlə Mübarizə Milli Mərkəzinin direktor müavini Paata İmnadze bildirib ki, Gürcüstanda bu, ilk dəfədir ki, baş verir, amma bütün dünyada 150-ə yaxın təkrar yoluxma halı qeyd olunub.
Gürcüstanda fövqəladə vəziyyət
Martın 21-də elan olunub, mayın 22-ə qədər davam edəcək. Amma bir çox qadağalar artıq aradan qaldırılıb.
Bir çox bizneslər işə başlayıb.
İctimai nəqliyyat hələlik işləmir, 21:00-dan 06:00-a qədər komendant saatı qüvvədə qalır.
• 100 il əvvəl Qafqazda epidemiya: ağzınızı sabunla yuyun və ananızı öpməyin
-
Rusiya Müdafiə Nazirliyi Dağıstanda yoluxanların və ölənlərin sayı ilə bağlı kritik vəziyyətin həllinə cəlb olunub
Prezident Putinin qərarı ilə Dağıstana hərbi və mülki mütəxəssislərdən ibarət dəstələr göndərilib, onlar respublikada bütün obyektlərin dezinfeksiyasını həyata keçirəcəklər. Həmçinin onların Dağıstanda azı 200 yerlik yeni tibb mərkəzi inşa edəcəkləri də elan olunub.
Şimali Qafqaz müsəlmanlarının Koordinasiya Mərkəzinin rəhbəri, Qaraçay-Çərkəz Respublikasının müftisi İsmayıl Berdiyev reanimasiyada ağır vəziyyətdədir.
Rəsmi məlumata görə, Dağıstanda 3553 koronavirusa yoluxma halı qeydə alınıb, 32 nəfər ölüb.
Amma hakimiyyət epidemiya başlayandan 700 nəfərin pnevmoniyadan öldüyü təsdiqləyib, 15 min nəfərə yaxın insan isə bu diaqnozla xəstəxanadadır.
Rusiyada koronavirusun qəribə statistikası: çox yaxşı səhiyyə və ya Putin hakimiyyətdə qalmaq istəyir?
-
Koronavirus pandemiyası ilə bağlı Qafqazda hadisələrin xronikası